1 qəpiyə yumurta olar? - Bazarda nə baş verir?

1 qəpiyə yumurta olar? - Bazarda nə baş verir?
22.06.2026 15:52 Cəmiyyət

Son günlər yumurta bazarında müşahidə olunan dəyişikliklər insanlarda müxtəlif suallar doğurub. Yumurtanın qiymətinin birdən-birə kəskin ucuzlaşması istehsal və ixrac amilləri ilə əlaqələndirilir.

Məsələ ilə bağlı TodayPress TV-yə açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, yumurtanın maya dəyərindən aşağı satılması iqtisadi baxımdan mümkün deyil və bu, quşçuluq təsərrüfatlarını ciddi zərərə, hətta iflasa apara bilər.


Onun sözlərinə görə, qiymət enişinin əsas səbəblərindən biri ixracın dayanmasıdır:

“Keçən il və bu ilin əvvəlində biz Amerikaya, Rusiyaya və digər ölkələrə yumurta ixrac edirdik. Hazırda isə bu ixrac dayandırılıb. Nəticədə daxili bazarda bolluq yaranıb və bu da qiymətlərin kəskin enməsinə gətirib çıxarıb”.

Ekspert əlavə edib ki, belə vəziyyət uzun müddət davam edə bilməz, çünki istehsalın maya dəyəri var və bazar qiymətləri bunun üzərində formalaşmalıdır.

“Əgər qiymətlər uzun müddət aşağı qalarsa, quşçuluq fermaları iflas edə bilər. Bu isə gələcəkdə daha ciddi nəticələrə, yumurtanın kəskin şəkildə bahalaşmasına səbəb ola bilər”, — deyə, Natiq Cəfərli bildirib.

O qeyd edib ki, hazırda yaranmış vəziyyətin tənzimlənməsi üçün müxtəlif mexanizmlərin tətbiqi mümkündür və bazarda tarazlığın bərpası vacibdir.

Həmçinin sosial şəbəkələrdə yumurtaların keyfiyyətsiz olduğu ilə bağlı da iddialar yayılıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, ərzaqlıq yumurtaların keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə daimi olaraq monitorinq və yoxlama nəzarət tədbirləri aparılır. Yoxlamalar zamanı uyğunsuzluq aşkarlanmayıb. Məhsullar baytarlıq arayışı və ekspertiza aktları ilə təmin olunub.

Xanım Musayeva

XƏBƏR LENTİ
08 AVQUST 2026
Dərmanlara ehtiyacı azaldan üsul tapıldı! - Alimlərdən vacib tövsiyələr 23:51 Cərrahi əməliyyatdan sonra ölən şəxslə bağlı CİNAYƏT İŞİ AÇILDI 00:16 17 yaşlı qızın toy mərasimi təxirə salındı, çəkiliş heyətinə hücum edildi - VİDEO 19:41 Tramp bal zalının tikintisi ilə bağlı Ali Məhkəməyə müraciət edəcək 23:44 Tarixi Vaşinqton Bəyannaməsindən BİR İL ÖTÜR 00:07 Fabian Buntiç: "Qarabağ"da xoşbəxtliyimi itirmişdim" 23:28 "Müharibə niyyətimiz yoxdur, amma..." - Pezeşkian 23:31 İtaliya İspaniya ilə sərhəddə nəzarəti LƏĞV ETMİR 23:24 Almaniya hərbi bazası üzərində şübhəli DRONLAR - Cinayət işi açıldı 23:21 ABŞ ordusundan 400 milyonluq anlaşma 23:14 "Ağ Ev sənin şəxsi mülkün deyil!" - Məhkəmədən Trampı qəzəbləndirəcək bəyanat 23:07 Adını dəyişib kredit borcundan yayınmaq mümkündür? - Hüquqşünasdan XƏBƏRDARLIQ 22:52 "Özümüzə güvənməyin vaxtıdır" - Əraqçi 22:46 Dunay çayı quruyur, istilər artır - Rumıniya hansı tədbirləri görəcək? 22:33 Luka Zidan "Qranada" ilə müqaviləsini LƏĞV ETDİ 22:17 Qara dənizdə Türkiyə gəmisi VURULDU 22:11 22:10 Sadəcə qələbə kifayət deyil: Azərbaycan Cənubi Qafqazın oyun qaydasını necə yenidən yazdı? 22:03 Cəbrayılın iki kəndi alova büründü 21:52 Yaxın günlərdə ATƏŞKƏS ola bilər - Bessent ELAN ETDİ 21:47 Səudiyyə Ərəbistanı ABŞ tankerlərindən imtina edir - İDDİA 21:35 İranda PARTLAYIŞ: Hərbçilər hədəf alındı, ölənlər var 21:31 Rusiya və İrana qarşı yeni sanksiyalar TƏSDİQLƏNDİ 21:18 Qırmızı dənizdə neft tankerinə hücumun qarşısı alındı - DETALLAR 21:09 ABŞ-dən İrana yeni ZƏRBƏ: Yüz milyonlarla dollarlıq maliyyə şəbəkəsi hədəfdə! 21:04 Bütün Xəbərlər