Ekspert: "İş saatları dəyişərsə, tıxac azalacaq"

Ekspert: "İş saatları dəyişərsə, tıxac azalacaq"
11.02.2026 15:09 Cəmiyyət

Tıxac problemi hələ də tam həll olunmayıb. Müxtəlif təkliflər olsa da, ciddi nəticə yoxdur. İş və dərs saatlarını dəyişmək tez-tez təklif olunan fikirlərdən biridir. Dünyada nəqliyyat sıxlığını azaltmaq üçün ideal iş saatları dəyişkəndir.

Bəs bu sistem ölkəmizdə də işləyə bilər?

Mövzu ilə bağlı TodayPress TV-yə nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, tıxac problemi doğrudan iş, təhsil və şəhər planlamasının üst-üstə düşdüyü saatlarla bağlıdır. 


Onun sözlərinə görə, hazırkı vəziyyətdə əsas yük səhər saat 08:00–10:00, axşam isə 17:00–19:00 aralığında formalaşır:

"Çünki minlərlə insan eyni vaxtda evdən çıxır və eyni vaxtda geri qayıdır. Nəticədə yol infrastrukturu bu kütləni eyni anda daşımaq gücündə olmur. Dünyada tətbiq olunan mərhələli iş saatları mexanizmi məhz bu pik yüklənməni bölmək məqsədi daşıyır. İş vaxtının 07:00, 08:00, 09:00 və 10:00-da başlaması nəqliyyat axınını dörd ayrı zaman diliminə yayır. Bu isə tıxacın tam aradan qalxması olmasa da, əhəmiyyətli dərəcədə azalmasına səbəb olur".

Ekspert vurğulayıb ki, bu modelin ölkəmizdə tətbiqi mümkündür və realdır. Amma bunun üçün bir neçə vacib şərt var:

"İlk növbədə, bu addım vahid qərarla və sistemli şəkildə atılmalıdır. Yəni yalnız bir neçə qurumun iş saatını dəyişmək effekt verməyəcək. Dövlət müəssisələri, özəl sektor, təhsil müəssisələri və xidmət sahələri arasında koordinasiya olmalıdır.

İkinci vacib məqam sektorlar üzrə fərqləndirmədir. Məsələn, istehsalat və zavod tipli müəssisələr üçün 07:00–15:00, dövlət orqanları üçün 08:00–16:00, ofis və bank sektoru üçün 09:00–17:00, xidmət və ticarət sahələri üçün isə 10:00–18:00 iş saatları daha uyğun ola bilər. Bu yanaşma həm iş prosesini pozmur, həm də nəqliyyat yükünü balanslaşdırır".

O vurğulayıb ki, iş saatları dəyişdirilirsə, avtobus və metro qrafikləri də buna uyğun tənzimlənməlidir. Əks halda insanlar erkən və ya gec saatlarda alternativ tapmadıqları üçün yenə şəxsi avtomobildən istifadə edəcək və problem yerində qalacaq:

"Sosial baxımdan da bu mexanizmin üstünlükləri vardır. Valideynlər üçün məktəb saatlarına uyğunlaşma, işçilər üçün daha az stress, şəhər üçün isə daha stabil hərəkət rejimi formalaşır. Ən önəmlisi isə vaxt itkisi azalır və yanacaq sərfiyyatı aşağı düşür".

Adil Nəbiyev qeyd edib ki, iş və dərs saatlarının mərhələli şəkildə tənzimlənməsi tıxac probleminin yeganə həlli olmasa da, ən real və qısa müddətdə nəticə verə biləcək addımlardan biridir. Onun fikrincə, bu mexanizm doğru planlama və mərhələli tətbiqlə Azərbaycan üçün də effektiv ola bilər. Burada əsas məsələ qərarın kağız üzərində yox, praktikada və ardıcıl şəkildə icra olunmasıdır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 Bütün Xəbərlər