İran səfirliyi “Azərbaycan” qəzeti ilə bağlı dərc olunan məqaləyə etiraz etdi

İran səfirliyi “Azərbaycan” qəzeti ilə bağlı dərc olunan məqaləyə etiraz etdi
31.12.2025 11:26 Siyasət

İran İslam Respublikasının Azərbaycandakı Səfirliyi yerli mediada dərc olunmuş və tarixi faktların təhrif edildiyi iddia edilən məqalə ilə bağlı rəsmi bəyanat yayıb.

TodayPress TV xəbər verir ki, səfirliyin mətbuat xidmətindən bildirilib ki, 26 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının informasiya agentliklərindən birində yayımlanan “«Azərbaycan» qəzeti; Səttarxanın ilk sayını görüb ağladığı qəzet – araşdırma” adlı materialda tarixi hadisələr reallığa uyğun olmayan formada təqdim edilib və bu yanaşma İran ilə Azərbaycan arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir.

Bəyanatda qeyd olunub ki, sözügedən yazı formal olaraq “Azərbaycan” qəzetinin tarixinə həsr edilsə də, məzmun baxımından İranda baş vermiş tarixi proseslərə dair elmi əsaslara söykənməyən, seçmə və yönlü şərhlər ehtiva edir. Səfirlik vurğulayıb ki, tarixi hadisələrin araşdırılması yalnız obyektiv, metodoloji və sənədlərə əsaslanan elmi yanaşma çərçivəsində mümkün ola bilər.

Bu baxımdan, İran İslam Respublikasının Bakıdakı Səfirliyi tarixi mövzular üzrə çalışan mütəxəssis və tədqiqatçılara İranın mötəbər elmi və arxiv mərkəzlərində, o cümlədən Xarici İşlər Nazirliyinin Sənədlər və Diplomatiya Tarixi Mərkəzində saxlanılan etibarlı mənbələrlə tanış olmaqda dəstək göstərməyə hazır olduğunu bəyan edib. İlkin addım kimi, 1918-ci ilin yanvar–mart aylarında Bakıda fars dilində nəşr edilmiş “Azərbaycan” qəzetinin tam arxiv toplusunun aidiyyəti media qurumuna təqdim edilə biləcəyi bildirilib.

Bəyanatda xüsusi olaraq qeyd olunub ki, İrana dərin bağlılığı ümumi şəkildə qəbul edilən Səttarxan şəxsiyyətinin tarixi rolunun təhrif edilməsi elmi tədqiqat prinsipləri və peşəkar etik normalarla uzlaşmır. Bu kontekstdə iki xalqın ortaq tarixi, mədəni, dini və sivilizasion bağlarının sənədlərə əsaslanan şəkildə araşdırılması üçün nüfuzlu mütəxəssislərdən ibarət birgə tədqiqat komitəsinin yaradılması təklif edilib.

Səfirlik eyni zamanda tarixi əsası olmayan termin və anlayışlardan istifadə edilməsini tənqid edərək, bunun elmi standartlara və media etikasına zidd olduğunu bildirib. Qeyd olunub ki, bu cür yanaşmalar tarixin siyasiləşdirilməsinə xidmət edir və vaxtilə Sovet İttifaqının uğursuz müstəmləkəçi siyasətlərini əsaslandırmaq cəhdləri ilə oxşarlıq təşkil edir.

Bəyanatda diqqətə çatdırılıb ki, sözügedən məqalənin İran İslam Respublikasının Azərbaycan Respublikasının müstəqilliyini tanımasının 34-cü ildönümü ərəfəsində dərc edilməsi də suallar doğurur. Səfirlik xatırladıb ki, İranın həmin tarixi qərarı iki xalq arasındakı dərin tarixi bağlara və qarşılıqlı hörmətə əsaslanıb və Azərbaycanın müstəqilliyinə, suverenliyinə açıq hörmət nümunəsi olub.

Sonda kütləvi informasiya vasitələrinə çağırış edilib ki, tarixi mövzuların işıqlandırılmasında obyektivlik və sənədlərə əsaslanma prinsiplərinə riayət etsin, İran və Azərbaycan arasında mövcud olan dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verən yanaşmalara üstünlük versin və iki ölkə arasındakı əlaqələrə zərər vurmağa yönəlmiş cəhdlər üçün informasiya platformalarının sui-istifadə predmetinə çevrilməsinə imkan verməsin.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bütün Xəbərlər