Etna vulkanında aktivlik son 15 ildə xeyli artıb - SƏBƏB
İtaliyalı vulkanoloq Marko Vikkaro bildirib ki, Siciliyada yerləşən Etna vulkanının aktivliyi son 15 ildə əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb.
TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, son illərdə zirvə kraterləri yaxınlığında püskürmələr daha tez-tez baş verir.
Alim bunu maqmanın vulkanın dərin qatlarından səthə daha asan qalxması ilə izah edib.
Vikkaro qeyd edib ki, 2025–2026-cı illərdə baş verən iki püskürmədən sonra Etna bir neçə ay nisbi sakitlik dövrü yaşayıb. Lakin 2026-cı ilin iyun ayından etibarən zirvə kraterlərində, xüsusilə Vorajin kraterində aktivlik yenidən artmağa başlayıb.
5 iyulda Vorajin kraterindən vulkanik kül emissiyası başlayıb və qısa müddətdə güclənərək Etna zirvəsi üzərində təxminən 1,5 kilometr hündürlüyündə kül buludu əmələ gətirib. Buna görə fəaliyyətini dayandıran Kataniya Hava Limanı isə iki gün sonra yenidən açılıb.
Türkan İsgəndərli
TodayPress TV