Husilər Səudiyyə gəmisini vurdu - ekipaj üzvləri həlak oldu
Yəməndəki husilərin Bab əl-Məndəb boğazında Səudiyyə Ərəbistanına məxsus ticarət gəmisinə raket zərbəsi endirdiyi bildirilir.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, İranın "ISNA" xəbər agentliyi və ərəb mediasının yaydığı məlumata görə, hücum nəticəsində ən azı 3 ekipaj üzvü həlak olub.
İlkin məlumatlara görə, zərbə Yəmənin Taiz şəhərinin şərqindən həyata keçirilib.
Həlak olanlardan 2-nin Pakistan, 1-nin isə İndoneziya vətəndaşı olduğu bildirilir.
Qeyd edək ki, husilər iyulun 20-də Səudiyyə Ərəbistanı ilə əlaqəli gəmilərə qarşı dəniz blokadası elan edib və onların Qırmızı dənizin cənub girişində yerləşən Bab əl-Məndəb boğazından keçməsinə qadağa qoyub.
Bundan sonra boğazdan keçən Səudiyyə gəmilərinə qarşı bir neçə hücumun həyata keçirildiyi bildirilir.
Hücumla bağlı əlavə təfərrüatlar hələlik məlum deyil.
Jalə Rövşən