Adı dillərdən düşməyən deputatlar – Sonuncu dəfə hansı açıqlamalarına görə gündəm olublar?

Adı dillərdən düşməyən deputatlar – Sonuncu dəfə hansı açıqlamalarına görə gündəm olublar?
10.06.2026 10:38

Müasir parlamentarizmin və şəffaflığın ən əsas prinsiplərindən biri millət vəkillərinin həm media, həm də cəmiyyət qarşısında hesabatlı olmasıdır.

TodayPress TV burdan yola çıxaraq Milli Məclisin deputatları ilə sorğu keçirdi.

Onlara ünvanlanan sual bu idi: “Deputat kimi sonuncu dəfə hansı açıqlamanız və ya təklifiniz səs-küy yaradıb, tənqid edilib, həmçinin hansı müsbət qarşılanıb?”

Deputat Elman Nəsirov 6 il öncə tənqid edildiyi məsələdən danışdı:

“Altı il bundan öncə, hələ İkinci Qarabağ müharibəsi başlamamışdan əvvəl söyləmişdim ki, erməni əsgəri Azərbaycan əsgərinin qarşısında qorxur və əyilə-əyilə gəzir. Bu fikir təsadüfən yaranmamışdı. Məsələ ondan ibarət idi ki, erməni zabiti səngərə girəndə bütün əsgərlər ona hərbi salam vermişdilər. Lakin bir əsgər səngərin küncünə sıxılmış vəziyyətdə qalmış və ayağa qalxmamışdı. Belə vəziyyətdə həmin zabit soruşmuşdu ki, o niyə ayağa qalxıb hərbi salam vermir və niyə küncə sıxılıb qalıb? Səbəb nədir?


Ona bildirmişdilər ki, Azərbaycanın PUA-larının yaratdığı qorxu onda ciddi psixoloji gərginlik formalaşdırıb və o, özündə deyil. Bundan sonra tapşırıq verilmişdi ki, onu səngərdən çıxarıb təmiz havaya çıxarsınlar. Lakin əsgəri təmiz havaya çıxaranda da o, dik dayana bilməmiş, yenidən əyilmiş vəziyyətdə hərəkət etməyə başlamışdı. Mən bu vəziyyəti kadrlarda görmüşdüm və buna görə də demişdim ki, Azərbaycan əsgərinin qarşısında erməni əsgəri qorxusundan əyilə-əyilə gəzir. Bu fikir xeyli səs-küyə səbəb olmuşdu. Hətta mən təəccüblənmişdim ki, niyə belə bir ajiotaj yaranıb? Guya məni ittiham edirdilər ki, əsgər onsuz da səngərdə əyilə-əyilə gəzir. Amma görünür ki, onlar müasir səngərləri görməyiblər. Onların səngər haqqında təsəvvürləri 1941–1945-ci illər müharibəsinin səngərləri səviyyəsində qalıb.

Parlamentari bildirdi ki, müsbət qarşılanan hadisələr isə dəfələrlə olub. Onlardan biri:

“Hökumətin parlament qarşısında hesabatı zamanı baş nazir və bütün nazirlər Milli Məclisdə keçirilən iclasda iştirak edirdilər. Mən İranla sərhəd kəndlərinin çox ciddi yol problemindən bəhs etdim və bildirdim ki, əgər həmin yollar iki-üç il ərzində çəkilməsə, insanlar artıq kütləvi şəkildə İranla sərhəd kəndlərini tərk etməyə başlayacaqlar. Vaxtında yollar çəkilməsə, sonradan onların çəkilməsinin də mənası qalmayacaq. Çünki insanların yaşamadığı ərazilərə niyə büdcə vəsaiti xərclənməlidir? Ona görə də bu məsələyə mütləq reaksiya verilməli və yollar çəkilməli idi.

Mənim bu çıxışımdan sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən mənə zəng olundu. Rəhbərliklə görüşdük və nəticədə 20 kəndə 36,2 kilometrlik yol çəkildi. Bu, həmin kəndlərdə çox böyük əks-səda doğurdu. Mən də bildirdim ki, bu siyasəti ölkə Prezidenti cənab İlham Əliyev həyata keçirir. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsində qeyd olunur ki, dövlətin ali məqsədi vətəndaşların ləyaqətli həyat səviyyəsini təmin etməkdir. Cənab Prezident də hər zaman bildirir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Yol infrastrukturu da sosial rifahın mühüm komponentlərindən biridir. Yol olan yerdə inkişaf var, mədəniyyət var. Bu siyasətin müəllifi də ölkə Prezidenti cənab İlham Əliyevdir. Biz isə deputat mandatımıza uyğun olaraq problemləri qaldırmağı, onları yerli və mərkəzi icra hakimiyyəti orqanları qarşısında təqdim etməyi və həllinə nail olmağı əsas hədəf seçmişik.

Bu istiqamətdə də addımlar atılıb və həmin addımlardan biri, gördüyünüz kimi, çox müsbət nəticə verdi. Dediyim kimi, 20 kəndin asfalt yolu çəkildi. Hətta Təklə kəndinin bərbad vəziyyətdə olan körpüsü də həmin proses çərçivəsində bərpa edildi. Bu hadisə, qeyd etdiyim kimi, çox böyük və müsbət əks-səda doğurmuşdu”.

Deputat Aydın Mirzəzadə buna qiymət vermək hüququnun cəmiyyətdə olduğunu bildirdi:

"Mən daima Milli Məclisin iclaslarında iştirak edirəm, mətbuata müsahibələr verir və müvafiq məsələlərə dair fikirlərimi bildirirəm. Eyni zamanda həm paytaxtda, həm də regionlarda təşkil olunan tədbirlərə qatılıram. Hesab edirəm ki, bütün bunlara, görülən işlərə və verilən açıqlamalara yekun qiyməti vermək artıq cəmiyyətin, vətəndaşların hüququdur”.


Deputat Müşfiq Məmmədli də eyni düşünür:

“Məncə, bu məsələni mənim dəyərləndirməm düzgün olmaz”.


Deputat Ceyhun Məmmədov isə sualımızı düzgün hesab etmədi:

“Qəribə sualdır, cavab verməyə ehtiyac görmürəm. Başqa sualları cavablandıraram. Bu kimi hallar çox olub, lakin məsələnin bu formada təqdim edilməsini doğru hesab etmirəm”.


Bəhruz Məhərrəmov, Tənzilə Rüstəmxanlı, Razi Nurullayev, Günay Ağamalı, Rasim Musabəyov isə sorğumuza cavab vermədilər.

Qiymət Mahir

XƏBƏR LENTİ
20 AVQUST 2026
“Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Azərbaycanlı gimnast Avropa çempionatının finalında! 09:01 Bütün Xəbərlər