Hər 6 müəllimdən 1-i ikinci işdə çalışır - ABŞ-də

 Hər 6 müəllimdən 1-i ikinci işdə çalışır - ABŞ-də
17.07.2026 13:36 Araşdırma

ABŞ-də dövlət məktəblərində çalışan müəllimlərin əhəmiyyətli hissəsi əsas maaşlarının kifayət etmədiyini düşündüyü üçün başqa işlərlə  məşğul olur.

TodayPress TV xəbər verir ki, ABŞ-nin Milli Təhsil Statistikası Mərkəzinin (NCES) məlumatına görə, 2020–2021-ci tədris ilində tam ştatlı dövlət ibtidai və orta məktəb müəllimlərinin 16%-i yay aylarında, 17%-i isə tədris ili ərzində ikinci işdə çalışıb.

Bu isə o deməkdir ki, ölkədə təxminən hər 6 müəllimdən biri əlavə gəlir əldə etmək üçün başqa iş görür.

Müqayisə üçün, ABŞ Əmək Statistikası Bürosunun (BLS) məlumatına əsasən, həmin dövrdə 20 yaşdan yuxarı bütün amerikalılar arasında birdən çox işdə çalışanların payı cəmi 4,6% olub. Beləliklə, müəllimlərin ikinci işdə çalışma ehtimalı ölkə üzrə orta göstəricidən təxminən 3,5 dəfə yüksəkdir.

Pandemiya dövründə təhsil sistemi ciddi dəyişikliklərlə üzləşsə də, müəllimlərin ikinci işdə çalışma səviyyəsi əvvəlki illərlə müqayisədə demək olar ki, dəyişməyib. 2017–2018-ci tədris ilində də müəllimlərin 16%-i yayda, 18%-i isə dərs ili ərzində əlavə işlə məşğul olmuşdu. Bu göstəricilər 2007-ci ildən bəri ümumilikdə sabit qalır.

Daha çox kimlər ikinci işdə çalışır?

Araşdırmaya görə, ikinci işdə çalışan müəllimlər arasında müəyyən  qruplar üstünlük təşkil edir:

Gənc və az təcrübəli müəllimlər;

Bakalavr dərəcəsi olmayan müəllimlər;

Kişi müəllimlər;

Orta məktəb müəllimləri.

Ən diqqətçəkən göstəricilərdən biri odur ki, 1 il və ya daha az təcrübəsi olan müəllimlərin 35%-i yay aylarında əlavə işdə çalışıb. Müqayisə üçün, 30 ildən çox təcrübəsi olan müəllimlərdə bu göstərici cəmi 13% təşkil edib.

Kişi müəllimlərin 22%-i, qadın müəllimlərin isə 14%-i yay aylarında ikinci işdə çalışıb. Orta məktəb müəllimləri də ibtidai sinif müəllimlərinə nisbətən əlavə işə daha çox üz tutublar.

Bəs ikinci iş müəllimlərə nə qədər qazandırır?

Əlavə məşğulluq müəllimlərin gəlirlərində nəzərəçarpacaq paya malikdir.

Yay aylarında ikinci işdən orta hesabla 3 550 dollar gəlir əldə edilir ki, bu da illik gəlirin təxminən 5%-i deməkdir.

Tədris ili ərzində isə əlavə işdən orta hesabla 6 090 dollar qazanılır. Bu məbləğ illik gəlirin təxminən 9%-ni təşkil edir.

Təcrübəsi və təhsili daha az olan müəllimlər üçün bu gəlirin əhəmiyyəti daha böyükdür. Məsələn, bakalavr dərəcəsi olmayan müəllimlərdə yay işindən əldə edilən qazanc ümumi illik gəlirin 12%-ni təşkil edib.

Müəllimlərin yarıdan çoxu maaşından narazıdır. 

2023-cü ildə Pew Araşdırma Mərkəzinin keçirdiyi sorğu göstərib ki, ABŞ dövlət məktəbi müəllimlərinin 51%-i aldığı maaşdan bir qədər və ya heç razı deyil.

Sorğu nəticələri isə belədir: 

51% – maaşından narazıdır;

34% – qismən razıdır;

15% – maaşından çox və ya tam razıdır.

Eyni zamanda ABŞ-də insanların  74%-i müəllimlərin daha yüksək maaş almalı olduğunu düşünür. Onların 39%-i isə maaşların əhəmiyyətli dərəcədə artırılmasının tərəfdarıdır. 


Jalə Rövşən 

XƏBƏR LENTİ
17 IYUL 2026
Putinin reytinqi əriyir 15:07 Turist Şahdağdan Qəbələyə getmək üçün xəritəyə baxdı və şoka düşdü 15:05 SEPAH ABŞ üçün ölüm zonası yadadır 14:51 Trampın paylaşımları ödənişli olur 14:50 Putin mülki obyektləri "vur əmri" verdi - İDDİA 14:42 İspaniya millisinin futbolçusu "Real"a keçə bilər 14:39 Rusiya problemi "kökündən həll edir" - "zaprafkalar"ı satışa çıxardılar 14:29 Almaniyanın "öldüyü yer" - Stalinqrad döyüşü 14:23 Körfəzdə infrastruktur böhranı: İranın hücumu Küveytin enerji bloklarını sıradan çıxardı 14:14 Azərbaycan pilotları çətin döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetirdilər 14:05 Avropadan danışırıqsa, niyə onun ölçülərindən uzaqlaşırıq? 14:00 Şənbə gününün havası açıqlandı - Neçə dərəcə isti olacaq? 13:59 Hər 6 müəllimdən 1-i ikinci işdə çalışır - ABŞ-də 13:44 Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına dair iclas keçirildi 13:29 Rusiya son bir ayda Ukraynada cəmi 31 kvadrat km ərazi işğal edib və yarım milyon əsgər itirib 13:18 Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş başladı 13:08 A milli yoldaşlıq oyunu keçirəcək 13:00 Dünyanın boğulacağı üç boğaz - Yeni müharibələr bu üç nöqtədə olacaq 12:45 Rusiya Odessaya zərbə endirdi: Liman infrastrukturu hədəfə alındı 12:33 Müharibənin amansız siması: İranda son bir həftənin bilançosu açıqlandı 12:26 İranın Suriyaya zərbələrinin arxasında nə dayanır? 12:12 Putinlə Tramp bir-birinə qarşı savaşa çıxdı: İranı məğlub edə bilmirsən deyə... 12:01 Prezident bu səfirlərin etibarnaməsini qəbul etdi - YENİLƏNDİ 3 - FOTOLAR 11:39 Rusiya sabahdan Türkiyəyə qadağa tətbiq edəcək 11:51 Azərbaycan səfirliyi İrəvanın harasında olacaq? 11:36 Bütün Xəbərlər