Şimpanzelər fikirlərini dəyişə bilirlər - ARAŞDIRMA

Şimpanzelər fikirlərini dəyişə bilirlər - ARAŞDIRMA
31.10.2025 19:15

Kaliforniya və Utrekst universitetlərinin psixoloqları müəyyən ediblər ki, şimpanzelər yeni və daha güclü dəlillər təqdim edildikdə öz fikirlərini rasional şəkildə dəyişə bilirlər.

TodayPress TV xəbər verir ki, bu nəticə göstərir ki, primatlar da insanlar kimi məntiqi düşünmə qabiliyyətinə malikdirlər.

Tədqiqat Uqandadakı Nqamba adasında yerləşən şimpanze ziyarətgahında aparılıb. Təcrübə zamanı heyvanlara biri yeməklə dolu olan iki qutu göstərilib. Əvvəlcə onlara hansı qutuda yeməyin gizləndiyini göstərən bir ipucu verilib, daha sonra isə digər qutuya işarə edən daha inandırıcı ipucu təqdim edilib.

Nəticələrə görə, şimpanzelər yeni, etibarlı sübutlar əldə etdikdə əvvəlki fikirlərini dəyişib yeni qərar qəbul ediblər. Alimlər bildirirlər ki, bu cür zehni çeviklik təxminən dörd yaşlı uşaqlar üçün xarakterikdir və şimpanzelərdə bu qabiliyyətin mövcudluğu böyük elmi maraq doğurur.

Tədqiqatçılar heyvanların davranışlarının məntiqi mülahizələrə əsaslandığını sübut etmək üçün dəqiq təcrübələr və kompüter modelləri tətbiq ediblər. Təhlillər göstərib ki, şimpanzelər sadəcə reaksiyalara deyil, dəlillərin gücünə əsaslanan qərarvermə strategiyasına üstünlük verirlər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
08 AVQUST 2026
Vellinqton ağ örpəyə büründü – 15 ildən sonra ilk dəfə qar yağdı! 00:44 Gecələr tez-tez oyanırsınızsa... - Terapevt SƏBƏBİNİ açıqladı 00:34 İtlər həqiqətən küsə bilir? - Ekspert izah etdi 00:28 Qlobal ərzaq qiymətləri artdı: 2023-cü ildən bəri ən yüksək səviyyə! 00:23 "Google Assistant" silinir, yerinə bu gəlir! 00:02 Dərmanlara ehtiyacı azaldan üsul tapıldı! - Alimlərdən vacib tövsiyələr 23:51 Cərrahi əməliyyatdan sonra ölən şəxslə bağlı CİNAYƏT İŞİ AÇILDI 00:16 17 yaşlı qızın toy mərasimi təxirə salındı, çəkiliş heyətinə hücum edildi - VİDEO 19:41 Tramp bal zalının tikintisi ilə bağlı Ali Məhkəməyə müraciət edəcək 23:44 Tarixi Vaşinqton Bəyannaməsindən BİR İL ÖTÜR 00:07 Fabian Buntiç: "Qarabağ"da xoşbəxtliyimi itirmişdim" 23:28 "Müharibə niyyətimiz yoxdur, amma..." - Pezeşkian 23:31 İtaliya İspaniya ilə sərhəddə nəzarəti LƏĞV ETMİR 23:24 Almaniya hərbi bazası üzərində şübhəli DRONLAR - Cinayət işi açıldı 23:21 ABŞ ordusundan 400 milyonluq anlaşma 23:14 "Ağ Ev sənin şəxsi mülkün deyil!" - Məhkəmədən Trampı qəzəbləndirəcək bəyanat 23:07 Adını dəyişib kredit borcundan yayınmaq mümkündür? - Hüquqşünasdan XƏBƏRDARLIQ 22:52 "Özümüzə güvənməyin vaxtıdır" - Əraqçi 22:46 Dunay çayı quruyur, istilər artır - Rumıniya hansı tədbirləri görəcək? 22:33 Luka Zidan "Qranada" ilə müqaviləsini LƏĞV ETDİ 22:17 Qara dənizdə Türkiyə gəmisi VURULDU 22:11 22:10 Sadəcə qələbə kifayət deyil: Azərbaycan Cənubi Qafqazın oyun qaydasını necə yenidən yazdı? 22:03 Cəbrayılın iki kəndi alova büründü 21:52 Yaxın günlərdə ATƏŞKƏS ola bilər - Bessent ELAN ETDİ 21:47 Bütün Xəbərlər