Xəzər rayonunda qardaş qardaşı qətlə yetirdi

Xəzər rayonunda qardaş qardaşı qətlə yetirdi
30.03.2026 23:10

Paytaxtın Xəzər rayonunun Şağan qəsəbəsində qətl hadisəsi baş verib.

TodayPress TV-nin məlumata görə, bu gün axşam saatlarında 1990-cı il təvəllüdlü Qismət Teymurov ailə münaqişəsi zəminində qardaşı, 1985-ci il təvəllüdlü Qamət Teymurovu ov tüfəngi ilə qətlə yetirib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
Bütün Xəbərlər