Qəbələdə yol qəzası - Xəsarət alanlar var

Qəbələdə yol qəzası - Xəsarət alanlar var
18.06.2025 21:00

Qəbələdə yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV xəbər verir ki, VAZ-2107 markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb.

Hadisə nəticəsində Nic qəsəbə sakini, 1994-cü il təvəllüdlü İslamlı Elsevər Etibar oğlu və Vəndam qəsəbə sakini Paşazadə Taleh Yaqub oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
20 AVQUST 2026
Bütün Xəbərlər