“Formula-1” tarixi yeniliyin astanasında

“Formula-1” tarixi yeniliyin astanasında
22.08.2025 16:18 İdman

“Formula-1”in yeni nəsil bolidləri 2026-cı ildən etibarən trasların düz hissələrində 400 km/saata qədər sürət yığa biləcək. 

TodayPress TV xəbər verir ki, bu göstərici elektrik mühərriklərinin gücünün artırılması və təkmilləşdirilmiş aktiv aerodinamikaya görə mümkün olacaq.

“Tam güc tətbiq ediləndə sürət demək olar ki, 400 km/saata çatır", – deyə “Mersedes” komandasının rəhbəri Toto Volf bildirib. 

“Aston Martin”in ehtiyat pilotu Felipi Druqoviç isə əlavə edib: 

“Maşın döngədən elə sürətlə çıxır ki, sanki raketdə oturmusan”.

Beynəlxalq Avtomobil Federasiyasının məlumatına görə, 2026-cı il bolidləri hazırkılardan daha qısa, dar və kompakt olacaq. Ön və arxa qanadların forması dəyişdiriləcək, bəzi elementlər ləğv ediləcək, aktiv aerodinamika isə düzlüklərdə müqaviməti minimuma endirəcək.

Yeni nəsil bolidlərdə güc qurğularının göstəriciləri də artacaq: ən yaxşı daxiliyanma mühərrikləri 575 at gücünə, elektromotorlar isə 475 at gücünə qədər işləyəcək. 

Bu, “Formula-1” tarixində rekord fırlanma anı təmin edəcək. Döngələrdə isə aşağıdakı təzyiq qüvvəsi və daha dar şinlər səbəbindən sürət azalacaq, lakin pilotlar enerji axınına və batareyanın idarəetmə taktikalarına daha çox nəzarət imkanı əldə edəcəklər.

Namiq HUN

XƏBƏR LENTİ
30 IYUL 2026
Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Bütün Xəbərlər