Sevgilisi tərəfindən tərk edilmiş, qohumu tərəfindən öldürülən azərbaycanlı qıza erməni qadınından inanılmaz əməl

Sevgilisi tərəfindən tərk edilmiş, qohumu tərəfindən öldürülən azərbaycanlı qıza erməni qadınından inanılmaz əməl
03.07.2026 10:07 Hadisə

Tbilisidə xüsusi amansızlıqla qətlə yetirilən 21 yaşlı Azərbaycan vətəndaşı Fatimə Kərimovanın işi ilə bağlı yeni təfərrüatlar məlum olub.

TodayPress TV xəbər verir ki, Gürcüstan mətbuatının yaydığı məlumata əsasən, hadisə iyunun 26-da baş verib.

İddialara görə, Fatimə bir neçə gün əmisi oğlu tərəfindən mənzildə saxlanılıb, fiziki zorakılığa məruz qalıb və daha sonra boğularaq qətlə yetirilib. Bildirilir ki, meyitin üzərində işgəncə izləri aşkarlanıb.

Məlumata görə, Fatimə əvvəlcə sevgilisi ilə birlikdə Gürcüstana gedib. Maddi imkanları tükəndikdən sonra sevgilisinin onu döydüyü, mobil telefonunu lombarda qoyduğu və gənc qızı tərk edərək Azərbaycana qayıtdığı iddia olunur.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, köməksiz vəziyyətdə qalan Fatiməyə əvvəlcə yerli sakin sığınacaq verib. Daha sonra onun əmisi oğlu Fatimə ilə əlaqə saxlayaraq kirayə mənzil tutacağını və onu Azərbaycana qaytaracağını vəd edib. Lakin sonradan onun qətldə əsas şübhəli olduğu ortaya çıxıb.

Mərhumun yaxınları bildiriblər ki, Fatimə yetim olub və ailəsindən yalnız 19 yaşlı bacısı sağ qalıb.

Gürcüstanın qadın hüquqlarını müdafiə edən "Sapari" təşkilatının rəhbəri Baia Pataraya bildirib ki, hadisə barədə ona rusiyalı bloger müraciət edib. Onun sözlərinə görə, Fatimə ailəsi tərəfindən əvvəllər başqa bir şəxslə nişanlandırılıb. Həmin şəxsin Fatimədən borc aldığı, lakin pulu qaytarmadığı iddia edilir. Bundan sonra Fatimə yeni həyat qurmaq ümidi ilə sevgilisi ilə birlikdə Gürcüstana yollanıb.

Baia Pataraya qeyd edib ki, Fatiməyə sonradan erməni əsilli yerli qadın kömək edib və onun ailəsi ilə əlaqə yaradılıb. Daha sonra əmisi oğlu Tbilisiyə gələrək Fatiməni özü ilə aparıb. Bir müddət sonra isə gənc qızla əlaqə tamamilə kəsilib.

Bildirilib ki, Fatimənin bacısı iki gün onunla əlaqə saxlaya bilmədikdən sonra həmin qadından mənzilə baş çəkməsini xahiş edib. Qapı açılmadığından polisə məlumat verilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları mənzilə daxil olarkən Fatimənin meyitini aşkar ediblər.

Hüquq müdafiəçisinin sözlərinə görə, qətldə şübhəli bilinən şəxs hadisədən sonra Türkiyəyə qaçıb və axtarışa verilib. "Sapari" təşkilatı artıq Gürcüstan Prokurorluğuna müraciət edərək mərhumun bacısının zərərçəkmiş tərəfin hüquqi nümayəndəsi kimi tanınmasını istəyib.

Hazırda faktla bağlı istintaq davam edir. Gürcüstan hüquq-mühafizə orqanları şübhəlinin saxlanılması və ölkəyə ekstradisiyası istiqamətində tədbirlərin görüldüyünü bildirirlər.

Qeyd edək ki, iş üzrə bəzi məlumatlar hüquq müdafiəçilərinin və mərhumun yaxınlarının açıqlamalarına əsaslanır. Bu iddiaların hüquqi qiyməti istintaq və məhkəmə araşdırmalarının nəticələri ilə müəyyən olunacaq.

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUL 2026
Paşinyan Pezeşkianla Tehranda danışıqlar aparır 12:11 Azərbaycandan Ermənistana tonlarla buğda göndərildi? AÇIQLANDI 12:03 Pakistanda avtobus dərəyə aşdı - 40 nəfər ölüb 11:54 Prezident Aleksandr Lukaşenkoya təbrik ünvanladı 11:34 Paşinyanın ən yaxın silahdaşı belə “vuruldu” – Simonyanla bağlı şok iddialar 11:25 İsrail Qalibaf və Əraqçini hədəfə aldı: sui-qəsd planı belə pozuldu – İnanılmaz detallar 11:22 Fransada anomal istilər qırğın törədir: Bir həftədə 2 mindən çox şəxs... 11:18 Moldovanın Baş naziri istefa verdi 11:11 İlkin hərbi qeydiyyatda əyani təmasa son: Valideynlərin və çağırışçıların işi asanlaşır 11:05 Dövlət torpaqlarını qanunsuz satanlar cinayət məsuliyyətinə cəlb olundu 10:56 Azərbaycan neftinin ucuzlaşması büdcəyə necə təsir edəcək? - AÇIQLANDI 10:37 Ermənistanın ən böyük itkisi, ölkə Xamenei üçün göz yaşı tökür... 10:34 Niyə azərbaycanlılar Əliyevə alternativ görmürlər? 10:32 Sevgilisi tərəfindən tərk edilmiş, qohumu tərəfindən öldürülən azərbaycanlı qıza erməni qadınından inanılmaz əməl 10:10 Əmtəə bazarlarında qızıl növbəti rekorda yaxınlaşır? 09:53 DÇ-2026: 1/8 finalın 6 cütlüyü müəyyənləşdi 09:47 Brent neftində müsbət tendensiya davam edir 09:36 İranda Xameneinin vida mərasimi başladı - VİDEO 00:06 Paşinyan Tehrandadır 09:21 Hakim "Arzum"un cəzası ilə bağlı açıqlama yaydı 09:02 Mariupol vuruldu: Yük maşınları hədəfdə - VİDEO 08:54 Çin Arktikanı araşdıracaq - İqlim böhranı gerçəkləşir? 08:42 Dünyanı narahat edən ölümcül virusla bağlı YENİ STATİSTİKA - YENİLƏNDİ 18:12 Belqoroda hücum: Elektrik və su kəsildi, ölən var - VİDEO 08:31 DÇ-2026: Portuqaliya 1/8 finala yüksəldi 08:22 Bütün Xəbərlər