Babək və Ordubad rayonlarında xeyli hərbi sursat aşkarlandı

Babək və Ordubad rayonlarında xeyli hərbi sursat aşkarlandı
11.09.2025 11:39 Hadisə

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda Babək və Ordubad rayonları ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub.

TodayPress TV FHN-ə istinadən xəbər verir ki, məlumatlarla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd F1 əl qumbarasının gövdə hissəsi, 3 ədəd 100 mm-lik top mərmisi, 1 ədəd 85 mm-lik top mərmisi, 1 ədəd 76 mm-lik top mərmisi, 2 ədəd “BMP-1” mərmisi, 6 ədəd 57 mm-lik “ZİS-2” top mərmisi, 37 ədəd 30 mm-lik “AQS-17” mərmisi, 11 ədəd “2A42 BMP-2” mərmisi, 31 ədəd 12 mm-lik “PK” gilizi, 3 ədəd “MVC” tank əlehinə minaatanın partladıcısı, 25 ədəd “2A42 BMP-2” gülləsi, 2 ədəd 76 mm-lik top mərmisinin qalığı, 16 ədəd “RPQ-7” mərmisinin idarə olunmayan mühərriki, 43 ədəd müxtəlif çaplı minaatan mərmisinin arxa pəri və 3 ədəd müxtəlif çaplı mərminin döyüş başlığı olduğu müəyyən edilib.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb.

TodayPress TV

FOTOLAR

Babək və Ordubad rayonlarında xeyli hərbi sursat aşkarlandı — 1
Babək və Ordubad rayonlarında xeyli hərbi sursat aşkarlandı — 2
Babək və Ordubad rayonlarında xeyli hərbi sursat aşkarlandı — 3
Babək və Ordubad rayonlarında xeyli hərbi sursat aşkarlandı — 4
Babək və Ordubad rayonlarında xeyli hərbi sursat aşkarlandı — 5
XƏBƏR LENTİ
03 AVQUST 2026
Bakıda dəhşət: Maşınlar torpağın altında qaldı - VİDEO 12:23 “Formula-1”də gündəm: “Mersedes”dən gözlənilməz qərar 12:19 Kartdan karta köçürməyə limit qoyuldu - Rəsmi reaksiya 12:16 Van Qal yenidən Niderland millisinin sükanı arxasında? 12:08 Jurnalistdən sensasion iddia: Karri nəzarətdə saxlanılır 12:06 Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi 12:04 HDQ-də buraxılış mərasimi keçirildi - VİDEO 11:59 NBA ulduzunun sağlamlığı üçün ayırdığı məbləğ təəccübləndirdi 11:48 Yeni imperiya qurulur... - XXI əsrin İNANILMAZ SSENARİSİ üzərində işləyirlər 11:39 Osimhenin kapitan qərarı transfer iddialarını alovlandırdı 11:37 Ağdərədə mina partlayıb - YARALILAR VAR 11:34 Ceki Çan Bakıya gəldi 11:25 Moskvadan Bakıya toya gələn iki xalaoğlu dənizdə batdı 11:09 Kolleclərə ixtisas seçimi başladı 10:59 Bir dövr başa çatdı: Bred Hant karyerasını bitirdi 10:41 “Berkan” iddiaları boşa çıxdı: Vozinya Çilidədir 10:34 Qızıl həftəyə yüksəlişlə başladı 10:32 MLS-də superkomanda: De Bröyne də yoldadır? 10:22 Neft qiymətləri 5 %-dən çox aşağı düşdü 10:20 Salah Trabzona gəlir? Klub prezidentindən cavab gəldi 10:12 “Arsenal” iddiaları fonunda Vinisius qərarını verir 10:00 FHN: Ötən həftə 861 yanğına çıxış olub, 59 nəfər xilas edilib - VİDEO 09:55 Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək 09:40 Zidanın ilk oyunu rekord maraqla qarşılandı 09:28 Maaş endiriminə razı olmadı, ayrılıq qaçılmaz oldu 09:23 Bütün Xəbərlər