Bir zənglə borca düşənlərin dərdinə çarə tapıldı - Daha aldanmayacaqsınız

Bir zənglə borca düşənlərin dərdinə çarə tapıldı - Daha aldanmayacaqsınız
29.06.2026 13:53

Mərkəzi Bank məsafədən istehlak kreditlərinin verilməsi qaydalarında dəyişiklik edib. Yeni qaydalara əsasən, vətəndaşlar istədikləri halda məsafədən kredit rəsmiləşdirilməsinə könüllü qadağa qoya biləcəklər. Bundan başqa, onlayn rəsmiləşdirilən kreditlər üzrə vəsaitin köçürülməsi zamanı müəyyən gözləmə müddəti də tətbiq olunacaq. Məqsəd məsafədən kreditləşmə zamanı baş verən dələduzluq hallarının qarşısını almaq və vətəndaşların maliyyə təhlükəsizliyini gücləndirməkdir.

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov TodayPress TV-yə bildirib ki, Mərkəzi Bankın tətbiq etdiyi dəyişikliklər vaxtında atılmış və müsbət qiymətləndirilməli addımlardır.


“Bu dəyişiklikləri düzgün hesab edirəm və müsbət qarşılayıram. Son dövrlərdə məsafədən kredit rəsmiləşdirilməsi zamanı dələduzluq halları xeyli artıb. Təcrübədə tez-tez rastlaşırıq ki, vətəndaşlar bankla bağladıqları müqavilədə onlayn kredit imkanını nəzərdə tutan bəndə ciddi diqqət yetirmirlər. Daha sonra isə dələduzlar müxtəlif üsullarla onların məlumatlarını və təsdiq kodlarını əldə edərək adlarına kredit rəsmiləşdirirlər.

Belə hallarda vətəndaş təkcə pulunu itirmir, eyni zamanda xəbəri olmadan borclu olurlar. Əksər hallarda insanlar aldadılaraq kodlarını özləri təqdim edirlər. Bəzi vətəndaşlar isə bildirirlər ki, heç bir məlumat paylaşmayıblar, amma buna baxmayaraq adlarına kredit götürülüb. Belə hallar az olsa da, mövcuddur.

Yeni qaydalara əsasən, vətəndaşa məsafədən kredit xidmətindən könüllü şəkildə imtina etmək imkanı yaradılır. Xüsusilə maliyyə və hüquqi savadı zəif olan şəxslər bu seçimdən istifadə edərək özlərini əlavə risklərdən qoruya bilərlər. Eyni zamanda, onlayn kredit vəsaitinin köçürülməsi zamanı tətbiq olunacaq gözləmə müddəti də banklara əməliyyatın həqiqətən vətəndaşın iradəsi ilə həyata keçirildiyini yoxlamaq üçün əlavə vaxt qazandıracaq.

Hesab edirəm ki, bu dəyişikliklər vətəndaşların maliyyə təhlükəsizliyinin artırılmasına xidmət edəcək və dələduzluq yolu ilə rəsmiləşdirilən kreditlərin sayının azalmasına müsbət təsir göstərəcək”, – deyə ekspert qeyd edib.

Xanım Musayeva

FOTOLAR

Bir zənglə borca düşənlərin dərdinə çarə tapıldı - Daha aldanmayacaqsınız — 1
XƏBƏR LENTİ
29 IYUN 2026
Tramp: Sabah Dohada İranla görüş baş tutacaq 15:42 Birinci Türkoloji Qurultaya həsr olunan beynəlxalq tədbir keçiriləcək 15:39 İnsulin müqaviməti necə formalaşır? Qarşısının alınması və idarəsi 14:25 Anomal istilər Almaniyada onlarla şəxsin həyatına səbəb oldu - STATİSTİKA 15:30 İctimai yerlərdə sındırılan məhsulun pulu kimin boynunda qalır? 15:14 Bakı metrosunun "Bənövşəyi xətti" yay qrafikinə keçir 15:08 Prezidentdən Naxçıvanla bağlı qərar 15:06 Bu ölkə ilə viza tələbi ləğv edildi - QANUN 14:57 Xəbərdarlıq: Bakıya doğru gəlir – Elə istilər olacaq ki... 14:45 Azərbaycanın Səfəviləri özününkü sayması İran millətçilərini qəzəbləndirdi - Bakıya kin seli axdı - VİDEO 14:43 Azərbaycanın ən müqəddəs qələmi onun idi - Zərdabinin yaşayan xətti 14:42 "Demokratiya TV"nin rəhbəri həbs edildi 14:38 Sürücülər, EHTİYATLI OLUN! - Yer yarılır, içinə girə bilərsiniz 14:32 Sızan bağırsaq sindromu barədə nə bilinir? Simptomlar və yanaşmalar 14:20 Rusiya yüzlərlə Ukrayna PUA-sını vurdu 14:18 Meteohəssas şəxslərin NƏZƏRİNƏ! Geomaqnit qasırğası olması ehtimalı var 14:09 ABŞ Müdafiə naziri gecə ilə Bakıya uçdu - Rusiya və İranı təşvişə salan 100 milyonluq layihə… 13:59 Pirşağıda dənizdə qadın batdı 13:56 Bir zənglə borca düşənlərin dərdinə çarə tapıldı - Daha aldanmayacaqsınız 13:53 Rus dilinin hökmdar olduğu cəmiyyətdə Azərbaycan dilini kimlər necə dövlət dili edə bildilər? 13:45 Rusiya Ukraynanı "qaranlığa" qərq etdi - 8 vilayətdə işıqlar söndü! 13:33 Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək 13:21 Nazirə ağır itki üz verdi 13:07 İyunun son günündə neçə dərəcə isti gözlənilir? 12:44 İran Bəhreyndəki ABŞ bazalarına zərbə endirdi - VİDEO 12:36 Bütün Xəbərlər