Rusiya Sumıya zərbə endirdi, dörd nəfər öldü - YENİLƏNDİ
Rusiyanın idarəolunan aviabombalarla Sumı (Ukrayna) şəhərinə endirdiyi zərbə nəticəsində azı dörd nəfər ölüb.
TodayPress TV xəbər verir ki, bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov sosial şəbəkələrdə bildirib.
Onun sözlərinə görə, daha yeddi nəfər yaralanıb və xəstəxanalara çatdırılıb.
O.Qriqorov qeyd edib ki, xilasetmə əməliyyatı davam edir, hücumun nəticələri barədə məlumat isə dəqiqləşdirilir.
***
16:18
Ukraynanın şimalında yerləşən Sumı şəhərində partlayış baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə "Obşestvennoye. Novosti" nəşri məlumat yayıb.
Məlumata görə, hadisənin təfərrüatları hələlik açıqlanmayıb.
Bununla yanaşı, Sumı vilayəti də daxil olmaqla Ukraynanın bir sıra bölgələrində hava həyəcanı elan edilib.
Qiymət Mahir