İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub

İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub
11.07.2026 16:06 Daxili siyasət

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilmiş "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub.

TodayPress TV xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına görülmüş işlər barədə məlumat verib.

Qeyd edək ki, "Yasəmən" hotelinin açılışı 2023-cü ildə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub.

Orijinal görkəminə uyğun üslubda bərpa edilən "Yasəmən" hotelinin eksteryer və interyeri Şuşanın orta əsr üslubuna uyğun layihələndirilib. XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbi tərzində inşa edilmiş bina işğal zamanı dağıdılmışdı. Heydər Əliyev Fondu həmin binada layihələndirmə işləri aparıb və 2023-cü ildən - bərpa işlərindən sonra binada fəaliyyət göstərən hotelin iki korpusu artıq qonaqları qəbul edir. Hazırda isə "Yasəmən" hotelinin yeni korpusları olan daha 4 binada Heydər Əliyev Fondu tərəfindən bərpa və tikinti işləri görülüb.

Bərpa layihəsində qədim Şuşa evlərinin memarlıq xüsusiyyətləri əsas götürülərək yeni konsepsiya əsasında planlaşdırma aparılıb. Butik konseptli yeni korpuslarda, həmçinin aynabənd və terras zonalar yaradılıb.

Bərpadanəvvəlki arxiv fotoşəkillərinə əsasən qapı və pəncərələr orijinal memarlıq üslubuna uyğun olaraq yenidən hazırlanıb. Həyətyanı sahədə yaşıllaşdırma və abadlaşdırma işləri aparılıb.


XƏBƏR LENTİ
11 IYUL 2026
Polşa başına bomba yağdırmaq istəmir, əlində olanları Ukraynaya verir 16:36 Tayvanda baş verən dəhşətli tayfununun GÖRÜNTÜLƏRİ 16:45 Rusiya Sumıya zərbə endirdi, dörd nəfər öldü - YENİLƏNDİ 16:12 Flik köhnə tanışını "Kamp Nou"ya gətirir! – Kərim Adeyemi "Barselona" ilə müqavilə imzalayır 16:01 İsrail Livanın cənubuna hava zərbələri endirdi 15:58 "Qələbənin memarı: Cənab Ali Baş Komandan" kitabının təqdimatı oldu 16:25 İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub 16:06 "Apple"ın ilk qatlana bilən smartfonu gəlir 15:53 İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub 15:35 Türkiyənin NATO-da söz sahibinə çevirilməsi Azərbaycan üçün inanılmaz imkanlar açdı 15:21 Müctəba Xamenei qisas andını içdi: "Atamın qanını o şərəfsiz qatillərdən alacam" 15:15 “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu 15:37 Morten Yulmannın "Sportinq"dəki 141 matçlıq erası bitdi 14:43 Nə səsi var, nə də mühərriki... – NASA-nın gizlətdiyi görüntülər açıldı... 14:37 Bakıda 3 küçə tamamilə məhdudlaşdırılacaq – SƏBƏB... 14:15 Şuşanın daha bir parçası canlanır – Kiçik Qaladərəsinə daha 11 ailə qayıdacaq 14:13 İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşdü 14:10 Prezidenti maliyyələşdirən investor hökumətin başına keçir: Sandu baş nazir postunu ona verir 13:51 "Ağ-qaralar"ın təcrübəli kapitanı formanı təhvil verdi 13:42 Kim qapıları bağladı! – "Biz yox, NATO və tərəfdaşlarınız silahsızlaşsın" 13:34 Dağlıq rayonlarda yaşayanların nəzərinə! Temperatur... 13:18 Pərdəarxası Hörmüz bazarlığı – Vaşinqton Tehrandan hansı rəsmi bəyanatı tələb edir? 12:47 Azərbaycanlıların rayonunda amerikalı ailəni 4 yaşı oğlu ilə dərədə öldürdülər - İllərə damğa vuran olay 12:17 Fatimənin qatili Batumi aeroportunda saxlanıldı - FOTO/VİDEO 12:22 Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - Video 12:11 Bütün Xəbərlər