Şamxani: "Vaşinqtonun etirazlara müdaxilə cəhdlərinin qarşısı alınacaq"

Şamxani: "Vaşinqtonun etirazlara müdaxilə cəhdlərinin qarşısı alınacaq"
02.01.2026 14:59 Dünya

İranın ali dini liderinin baş müşaviri Əli Şamxani bildirib ki, Tehran Vaşinqtonun ölkədə keçirilən etirazlara müdaxilə cəhdinə sərt reaksiya verəcək.

TodayPress TV xəbər verir ki, Şamxani bu barədə "X"dəki səhifəsində yazıb.

"İran xalqı yaxşı bilir ki, amerikalıların "xilas etməsi" nə deməkdir - İraqdan və Əfqanıstandan Qəzzaya qədər. Hər hansı müdaxilə cəhdinin qarşısı alınacaq. İranın milli təhlükəsizliyi qırmızı xətdir, avantürist "tvitlər"in yeri deyil", - deyə Şamxani yazıb.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazmışdı ki, İranda dinc nümayişlər silahla yatırılacağı təqdirdə Vaşinqton İranda keçirilən etirazlara müdaxilə etməyə hazırdır.

Xatırladaq ki, İranda ağır iqtisadi vəziyyətlə əlaqədar kütləvi etiraz aksiyaları keçirilir. Qeyri-rəsmi məlumata görə, etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalarda ölənlər və yaralananlar var.

XƏBƏR LENTİ
16 IYUN 2026
ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 Bütün Xəbərlər