Nə səsi var, nə də mühərriki... – NASA-nın gizlətdiyi görüntülər açıldı...

Nə səsi var, nə də mühərriki... –  NASA-nın gizlətdiyi görüntülər açıldı...
11.07.2026 14:45 Maraqlı

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) naməlum uçan obyektlərlə (UNO) bağlı məxfilikdən çıxarılan sənədlərin dördüncü hissəsini ictimaiyyətə təqdim edib.

TodayPress TV xəbər verir ki, xüsusi internet səhifəsində ümumilikdə 40 material – 14 sənəd, 19 video, 4 audioyazı və 3 fotoşəkil dərc olunub.

Məlumata görə, materiallar NASA, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), Federal Təhqiqat Bürosu (FBI) və ABŞ Energetika Nazirliyi tərəfindən təqdim edilib. Faylların təxminən yarısı 2010-cu ildən sonrakı dövrə aiddir.

Yayımlanan videolarda hərbi kameralar vasitəsilə çəkilmiş infraqırmızı görüntülər, fotolarda isə Sakit okeanın qərb hissəsi, Atlantik okeanı və Yaxın Şərq üzərində qeydə alınmış izahı verilməyən obyektlər əks olunub.

CBS telekanalının diqqət çəkdiyi sənədlərdən birində 2015-ci ilin sentyabrında Texas ştatındakı "Pantex" nüvə silahı zavodunun hava məkanına naməlum obyektin daxil olması təsvir edilir.

Hesabatda bildirilir ki, obyekti təqib edən iki zabit ona çata bilməyib. Onlar avtomobildən düşərək binoklla müşahidə aparsalar da, obyektin heç bir səs çıxarmadığını və görünən hərəkətverici sistemə malik olmadığını müəyyən ediblər.

Qeyd edək ki, UNO-larla bağlı sənədlərin məxfilikdən çıxarılması barədə göstərişi ABŞ Prezidenti Donald Tramp verib. İlk sənəd paketi mayın 8-də, ikinci mayın 22-də, üçüncü isə iyunun 13-də açıqlanmışdı.

Qiymət Mahir



XƏBƏR LENTİ
11 IYUL 2026
"Apple"ın ilk qatlana bilən smartfonu gəlir 15:53 İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub 15:35 Türkiyənin NATO-da söz sahibinə çevirilməsi Azərbaycan üçün inanılmaz imkanlar açdı 15:21 Müctəba Xamenei qisas andını içdi: "Atamın qanını o şərəfsiz qatillərdən alacam" 15:15 “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu 15:37 Morten Yulmannın "Sportinq"dəki 141 matçlıq erası bitdi 14:43 Nə səsi var, nə də mühərriki... – NASA-nın gizlətdiyi görüntülər açıldı... 14:37 Bakıda 3 küçə tamamilə məhdudlaşdırılacaq – SƏBƏB... 14:15 Şuşanın daha bir parçası canlanır – Kiçik Qaladərəsinə daha 11 ailə qayıdacaq 14:13 İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşdü 14:10 Prezidenti maliyyələşdirən investor hökumətin başına keçir: Sandu baş nazir postunu ona verir 13:51 "Ağ-qaralar"ın təcrübəli kapitanı formanı təhvil verdi 13:42 Kim qapıları bağladı! – "Biz yox, NATO və tərəfdaşlarınız silahsızlaşsın" 13:34 Dağlıq rayonlarda yaşayanların nəzərinə! Temperatur... 13:18 Pərdəarxası Hörmüz bazarlığı – Vaşinqton Tehrandan hansı rəsmi bəyanatı tələb edir? 12:47 Azərbaycanlıların rayonunda amerikalı ailəni 4 yaşı oğlu ilə dərədə öldürdülər - İllərə damğa vuran olay 12:17 Fatimənin qatili Batumi aeroportunda saxlanıldı - FOTO/VİDEO 12:22 Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - Video 12:11 Amerika kəşfiyyatı Trampın öldürülməsinə imkan vermədi – Sui-qəsdi necə açdılar? 11:43 Ukrayna Rusiyanın adını gördüyü hər şeyi dağıdır 11:26 1000 raket İrana tuşlanıb, əmr verilib 11:11 Şərqi Tehran əyalətində partlayış səsi eşidildi 11:18 İlham Əliyev Monqolustan Prezidentini təbrik etdi 11:48 Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında iştirak etdi 11:46 İlham Əliyev Laçında "Həkəriçay" su anbarının təməlini qoydu 11:01 Bütün Xəbərlər