İllüzionist Hidden müəmmalı şəraitdə yoxa çıxdı

İllüzionist Hidden müəmmalı şəraitdə yoxa çıxdı
26.06.2026 02:00 Dünya

Avstraliyada tanınmış illüzionist Deniel Hiddenin müəmmalı şəkildə yoxa çıxmasından sonra onun cəsədi tapılıb.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı "The Sun" nəşri yayıb.

Məlumata görə, 26 yaşlı illüzionist iyunun 14-də avtomobili və kemperi ilə Kvinslend ştatında istirahətə yollanıb. Səhər saatlarından etibarən onunla əlaqə kəsildikdən sonra narahat olan ailə üzvləri dərhal hüquq-mühafizə orqanlarına müraciət ediblər. Fokusçuya məxsus nəqliyyat vasitəsi hadisədən iki gün sonra tapılsa da, özünün tapılması üçün 100-dən çox insanın cəlb olunduğu genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı keçirilib.

Hiddenin qalıqları iyunun 24-də Maunt-Kuqal milli parkının meşəlik ərazisində aşkar edilib. İllüzionistin qardaşı İlya Cəmşidi bildirib ki, Deniel tez-tez tək istirahətə getsə də, hər zaman ailəsi ilə əlaqədə olub, buna görə də telefonunun sönülü olması dərhal şübhə və həyəcan doğurub.

Polis ilkin araşdırmalardan sonra illüzionistin ölümünü şübhəli hesab etmədiyini və hadisə ilə bağlı araşdırmaların davam etdiyini bildirib. Qeyd edək ki, Deniel Hidden Avstraliyanın şərq sahillərində populyar idi, öz orijinal fokus nümayişləri və sosial media bloqları ilə minlərlə izləyici toplamışdı.

XƏBƏR LENTİ
11 AVQUST 2026
“Qalatasaray” Ukrayna millisinin gənc ulduzunu istəyir! 11:44 Böyrək daşı riskini artıran qidalar açıqlandı 11:11 Xəzəryanı ölkələr İranda toplanacaq 11:51 FIFA-da qalmaqal fonunda Trampdan İnfantinoya açıq dəstək! 11:33 Canlı efirdə Britaniya kralının ölüm xəbəri yayımlandı 11:38 Duşan Vlahoviç Türkiyəyə gəlir! “Beşiktaş”la razılıq əldə olundu 11:29 Sosial jetlag yuxu rejimini poza bilər 11:07 Ədliyyə sistemində dəyişiklik edildi 11:18 Harri Keyn Münhendə qalır! “Bavariya”dan uzunmüddətli plan 11:15 Qaluzin Ermənistanla bağlı açıqlama verdi 11:12 Həbibin Makqreqora qəzəbi bitmir! Kormye səbəbi açıqladı 11:05 Kolumbiyada güclü zəlzələ: Ölənlərin sayı 100-ü keçdi - YENİLƏNDİ 08:36 "Avtomobilləri arxadan çəkən radar"la bağlı NİİM-dən AÇIQLAMA 10:51 Rusiyanın ən iri neft zavodlarından birinə PUA hücumu - VİDEO 10:43 Bu günə olan valyuta məzənnələri 10:28 Azərbaycan neftinin qiyməti 95 dolları ötdü 10:22 Bakıda avtomobil salonunda yanğın olub - VİDEO 10:18 Yeni radar avtomobilləri arxadan da çəkəcək ? - VİDEO 10:10 Qızıl və gümüş daha da bahalaşdı 10:03 “Sabah” Çempionlar Liqasında tarix yazmaq üçün meydana çıxır! 09:56 Voronejdə PUA hücumu: ölən və yaralananlar var - VİDEO 09:53 Dünya ulduzu “Fənərbağça”ya gəlir! Lukaku üçün son detallar 09:28 Dünya fond bazarlarının bu günkü mənzərəsi 09:25 Ronaldo fanatları səhvən başqa cütlüyün toyuna gəlib xaos yaratdılar 09:41 Ukrayna Putinin sarayını qoruyan kompleksi vurdu 09:38 Bütün Xəbərlər