Almaniyada kütləvi etiraz - hərbi xidmətə yox!

Almaniyada kütləvi etiraz - hərbi xidmətə yox!
09.05.2026 02:00 Dünya

Almaniyanın müxtəlif bölgələrində minlərlə tələbə cümə günü yeni hərbi xidmət qanununa etiraz əlaməti olaraq dərslərə qatılmayaraq, bu addımın ölkədə daha geniş militarizasiya siyasətinə keçidin göstəricisi olduğunu bildiriblər.

TodayPress TV xəbər verir ki, “School Strike Against Conscription Initiative” adlı təşəbbüs tərəfindən təşkil olunan aksiyalar Berlin, Hamburq, Bonn və Münhen daxil olmaqla, ölkənin təxminən 130 şəhərində keçirilib.

“Tarixi 8 mayı xatırlayır və açıq şəkildə deyirik: bir daha müharibə yox, bir daha faşizm yox, bir daha məcburi hərbi xidmət yox”, - deyə qrup yaydığı bəyanatda bildirib.

Qeyd edək ki, çağırış İkinci Dünya müharibəsinin başa çatmasının 81-ci ildönümünə təsadüf edib.

Almaniyada 2026-cı ilin əvvəlindən qüvvəyə minən yeni hərbi xidmət qanununa əsasən, 18 yaşına çatan bütün kişilər silahlı qüvvələrə qoşulmaq üçün uyğunluq, bacarıq və maraqlarını qiymətləndirən sorğu anketini doldurmalıdırlar.

Hazırda sistem könüllülük prinsipi əsasında fəaliyyət göstərsə də, etirazçılar hesab edir ki, hökumət mərhələli şəkildə məcburi hərbi xidmətə qayıtmağı planlaşdırır. Onların sözlərinə görə, bu il məcburi anketlər, gələn il isə hərbi həkimlər tərəfindən tibbi müayinələr tətbiq olunacaq.

“Kansler Fridrix Merts kifayət qədər könüllü tapılmadığı halda məcburi xidmətin tətbiq edilə biləcəyini irəli sürür. Bu isə bir şeyi açıq göstərir: müharibəyə hazırlıq gedir və biz – gənclər bu prosesdə yem kimi istifadə olunacağıq”, - deyə təşəbbüs vurğulayıb. 

Berlində cümə günü təxminən 2 min tələbə və onların tərəfdarları paytaxtın simvollarından olan Brandenburq qapısı önündə toplaşıb, daha sonra kansler Fridrix Mertsin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqının qərargahına doğru yürüş ediblər.

Almaniyada yeni hərbi xidmət qanunu hazırda təxminən 184 min aktiv hərbçidən ibarət olan silahlı qüvvələrdə kadr çatışmazlığını aradan qaldırmağı hədəfləyir.

Artan beynəlxalq böhranlar fonunda və NATO qarşısında öhdəliklərin yerinə yetirilməsi məqsədilə Müdafiə Nazirliyi 2035-ci ilə qədər ordu sıralarını 260 mindən çox hərbçiyə çatdırmağı planlaşdırır. Bu isə hər il təxminən 20 min yeni çağırışçının cəlb olunmasını tələb edir və bir çox ekspertlər bunun yalnız könüllülük əsasında mümkün olmayacağını bildirirlər.

Əgər könüllü cəlb etmə kifayət etməzsə, parlament qanuna yenidən baxmalı olacaq və tələbat əsasında, hətta məcburi hərbi xidmət variantını da nəzərdən keçirə bilər.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
“Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 Bütün Xəbərlər