Dünyanı narahat edən ölümcül virusla bağlı YENİ STATİSTİKA - YENİLƏNDİ
Konqo Demokratik Respublikasında (KDR) Eboladan ölənlərin sayı 447-yə çatıb, 1460 təsdiqlənmiş yoluxma halı qeydə alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Rabitə və KİV Nazirliyi məlumat yayıb.
Türkan İsgəndərli
***
18:20
Konqo Demokratik Respublikasında Ebola virusunun yayılması nəticəsində həyatını itirənlərin sayı 438 nəfərə çatıb.
TodayPress TV xəbər verir ki, bu barədə Konqonun Milli İctimai Səhiyyə İnstitutunun (INSP) məlumatlarına istinadən RFI portalı məlumat yayıb.
Bildirilib ki, iyulun 2-də açıqlanan son rəsmi statistikaya əsasən, ölkədə ümumilikdə 1 406 Ebola yoluxması qeydə alınıb. Epidemiya nəticəsində indiyədək 438 nəfər ölüb.
Səhiyyə qurumları virusun yayılmasının qarşısını almaq və yoluxma hallarını nəzarət altına almaq üçün mübarizə tədbirlərini davam etdirir.
Kübra Musayeva