Sirli ölümlər davam edir: İtkin düşən alimlərdən birinin cəsədi tapıldı

Sirli ölümlər davam edir: İtkin düşən alimlərdən birinin cəsədi tapıldı
03.06.2026 11:33 Dünya

ABŞ-nin Nyu-Meksiko ştatının polisi Los Alamos Milli Laboratoriyasının 54 yaşlı əməkdaşı Melissa Kasiasın cəsədinin tapıldığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, o, 2025-ci ilin iyun ayından itkin düşüb.

Məlumata görə, Kasiasın cəsədi Carson Milli Meşəsi ərazisində, MakQaffi silsiləsi yaxınlığında aşkarlanıb. Hadisə yerində tapança da tapılıb. Ölümün səbəbləri araşdırılır.

Bildirilir ki, Melissa Kasias sonuncu dəfə 26 iyun 2025-ci ildə görülüb. Həmin gün həyat yoldaşını işə apardıqdan sonra evə qayıdıb. Daha sonra müşahidə kameraları onu tək halda magistral yolda qeydə alıb. Onun şəxsi və iş telefonlarının evdə, zavod parametrlərinə sıfırlanmış vəziyyətdə tapıldığı qeyd olunur.

Mediada Kasiasın son illərdə hökumət layihələri üzərində çalışan və müəmmalı şəraitdə itkin düşən və ya həyatını itirən bir sıra amerikalı alimlərlə eyni siyahıda göstərildiyi bildirilir. Həmin şəxslər arasında Entoni Çaves, Monika Hasinto Reza, Stiven Qarsiya və Coşua Leblanın adları çəkilir.

Ən çox diqqət çəkən hadisələrdən biri isə 2026-cı ilin fevralında elmi-tədqiqat laboratoriyasının sabiq rəhbəri Uilyam Neilin itkin düşməsi olub.

Bununla belə, hazırda itkin düşən və ya həlak olan alimlər arasında hər hansı əlaqənin mövcudluğunu təkzib edir.

Hadisələrlə bağlı araşdırmalar davam edir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Bütün Xəbərlər