Rauf Zeyni: "Dövlət qurumlarının fəaliyyətinə artıq təkcə dövlət deyil, ictimaiyyət və media da nəzarət edir"

Rauf Zeyni: "Dövlət qurumlarının fəaliyyətinə artıq təkcə dövlət deyil, ictimaiyyət və media da nəzarət edir"
10.07.2026 11:32 Cəmiyyət

"Azərbaycanda dövlət qurumlarının fəaliyyətinə nəzarət artıq yalnız dövlət səviyyəsində deyil, ictimaiyyət və media tərəfindən də həyata keçirilir"

TodayPress TV xəbər verir ki, bu fikirləri Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Rauf Zeyni "Korrupsiyaya qarşı mübarizə, şəffaflıq və ictimai nəzarətin gücləndirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması" adlı tədbirdə çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, rəhbərlik etdiyi təşkilat uzun illərdir ictimai iştirakçılığın təmin olunması, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində müxtəlif layihələr həyata keçirir:

"İctimaiyyət bilməlidir ki, bu gün dövlət qurumlarının fəaliyyətinə təkcə Prezident Administrasiyası və digər dövlət qurumları tərəfindən deyil, həm də ictimaiyyət və media tərəfindən nəzarət olunur. Bizim də əsas məqsədimiz ictimai iştirakçılığı təmin etmək, şəffaflığı artırmaq və korrupsiyaya qarşı mübarizəyə töhfə verməkdir. Təşkilat yalnız layihə müddətində deyil, layihələr başa çatdıqdan sonra da öz təşəbbüsü ilə regionlarda fəaliyyətini davam etdirir. Layihələr adətən üç ay davam edir. Amma biz qalan aylarda da şəxsi vəsaitimiz hesabına rayonlara gedir, tədbirlər keçirir, maarifləndirmə işini davam etdiririk. Yanacağımızı özümüz qarşılayır, heyətimizi aparır və fəaliyyətimizi dayandırmırıq".

Sədr bələdiyyələrin layihənin əsas hədəfi kimi seçilməsinin səbəblərinə də aydınlıq gətirib. Onun sözlərinə görə, bələdiyyələr vətəndaş cəmiyyətinin mühüm institutlarından biridir və onların gücləndirilməsi ictimai nəzarətin genişlənməsinə xidmət edir:

"Vətəndaş cəmiyyətinin dörd əsas elementi var: qeyri-hökumət təşkilatları, bələdiyyələr, həmkarlar ittifaqları və media. Təəssüf ki, tədbirlərimizdə iştirak edən insanların böyük hissəsi hələ də 'vətəndaş cəmiyyəti nədir?' sualına cavab verə bilmir. Bu isə maarifləndirmənin nə qədər vacib olduğunu göstərir".

Rauf Zeyni əlavə edib ki, Azərbaycanda elektron xidmətlərin inkişafı da korrupsiyaya qarşı mübarizənin mühüm istiqamətlərindən biridir. Bu baxımdan "ASAN xidmət"in xüsusi rol oynadığını deyən sədr layihənin dövlətin ən uğurlu antikorrupsiya təşəbbüslərindən biri olduğunu vurğulayıb.

"ASAN xidmət Azərbaycan dövlətinin korrupsiyaya qarşı mübarizə məqsədilə həyata keçirdiyi ən uğurlu layihələrdən biridir. Bu xidmət məhz korrupsiyanın qarşısının alınması üçün yaradılıb və qarşıya qoyulan məqsədlərə nail olub. Təsadüfi deyil ki, həm ölkə daxilində, həm də BMT və digər beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə yüksək mükafatlara layiq görülüb".

O qeyd edib ki, Azərbaycanda bələdiyyələrin səlahiyyətləri və maliyyə imkanları daha da genişləndirilməlidir.

"Bələdiyyələrin güclənməsi üçün onların büdcəsi artırılmalı, qanunvericilik təkmilləşdirilməli və səlahiyyətləri genişləndirilməlidir. Qardaş Türkiyədə və dünyanın bir çox ölkələrində bələdiyyələr daha geniş imkanlara malikdir. Təəssüf ki, son 30 ildə biz bu istiqamətdə istədiyimiz nəticələri tam əldə edə bilməmişik".

İcma nümayəndəsi deyib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində möhkəm qanunvericilik bazası formalaşdırılıb.

"2004-cü ildə "Korrupsiyaya qarşı mübarizə haqqında" qanun qəbul olunub. Bundan əlavə, ölkəmiz korrupsiya ilə bağlı beynəlxalq konvensiyalara qoşulub və milli qanunvericilik həmin sənədlərə uyğunlaşdırılıb".

Sonda Rauf Zeyni bildirib ki, korrupsiyaya qarşı mübarizə, şəffaflığın artırılması və ictimai nəzarətin gücləndirilməsi istiqamətində dövlət qurumları ilə vətəndaş cəmiyyətinin əməkdaşlığı bundan sonra da davam etdirilməlidir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUL 2026
İran Liberiya bayrağı altında üzən neft tankerini vurdu 20:23 Ukrayna 4 il sonra Türkiyə ilə bağlı qərar imzaladı 19:31 İran Küveytə raket zərbəsi endirdi: Partlayış səsi İraqa qədər çatdı 20:04 ABŞ İranın su və elektrik infrastrukturunu hədəf aldı 19:54 Netanyahu İranı hədələdi: “Cavabımız daha güclü olacaq” 19:43 Tramp: “Hörmüz təkcə bir ölkə üçün bağlıdır” 19:37 Tramp fikrini dəyişdi: 20 faizlik rüsum nədir ki… 19:23 Sürücülərə ŞAD XƏBƏR: Bu yollarda təmir işləri bitdi 19:12 Gəncədə daha bir yas mərasimində kütləvi zəhərlənmə baş verdi 19:06 Hər kəs Trampın bu təkrar paylaşımından danışır - FOTO 18:54 150 min avroluq dələduzluqda şübhəli azərbaycanlı Monteneqroda saxlanıldı 18:48 Qarabağ separatçılarının apellyasiya prosesi davam edir 18:39 İran İordaniyaya raket zərbələri endirir - TƏCİLİ 18:30 Ukrayna ilk dəfə bu silahları alacaq - Fransa dəstək olur 18:21 Bu yollarda tıxac var - SİYAHI 18:09 Vaxt çatdı! - Almaniya Rusiya və Ukraynaya çağırış etdi 17:52 "Beşiktaş" Leandro Trossardın transferini açıqladı 17:43 Tehrandan Trampa sərt XƏBƏRDARLIQ: Cavabımız qətiyyətli olacaq! 17:30 Yəməndən Səudiyyəyə ağır hədə: Dünyanın ən böyük neft emalı mərkəzi hədəfdə 17:23 Azərbaycanlı cərrah alman naziri əməliyyat etdi, qarşılığında ölkəsinə 40 milyon dollarlıq yardım aldı 17:15 Yaponiyada "fəlakət ssenarisi" işə düşdü, xəstəxanalar dolur 17:09 Ermənilər İlqar Mirzəyevlə Polad Həşimovun nəşini götürmək istədilər - Əsgərlər sinələrini düşmən artilleriyasının qabağına verdilər 17:05 BMW-dən TƏCİLİ geri çağırma qərarı – Hər an yana bilərlər 16:39 Ermənistan sürətlə qocalır, kiçilir 16:50 "Netanyahuya səs verməyin!": Ərəb şərhçilərindən israilli seçicilərə müraciət 16:43 Bütün Xəbərlər