Azərbaycanlı cərrah alman naziri əməliyyat etdi, qarşılığında ölkəsinə 40 milyon dollarlıq yardım aldı

Azərbaycanlı cərrah alman naziri əməliyyat etdi, qarşılığında ölkəsinə 40 milyon dollarlıq yardım aldı
14.07.2026 17:15 Araşdırma

Bir cərrahiyyə əməliyyatı ilə Almaniya hökumətindən müharibə şəraitində olan ölkəsinə 40 milyon dollarlıq yardım paketi qazandıran həkim — professor, Dr. Ağabəy Azərbaycanini bəlkə də bir çoxumuz tanımırıq.

Ağabəy Azərbaycani 13 iyul 1939-cu ildə Tehranda anadan olub. Erkən yaşda təhsilə başlayaraq 17 yaşında bakalavr dərəcəsi alıb, 15 yaşında isə orta təhsillə bərabər İrandakı Amerika ordusunda tərcüməçi kimi çalışıb. 1957-ci ildən etibarən ABŞ-da tibb təhsili alıb və 1972-ci ildə travmatologiya üzrə cərrah kimi ixtisaslaşıb. 2008-ci ildə dayısı professor Cavad Heyətin tövsiyəsi ilə Beynəlxalq Universitetin klinikasını təsis edib və bura Almaniya ilə Amerikadan 4 milyon dollar dəyərində tibbi avadanlıq gətirilməsini təmin edib.

1988-ci ildə Qarabağda müharibə alovlananda o, Vətənin köməyinə tələsir. Almaniya və Amerikadakı imkanlarını səfərbər edərək Azərbaycana milyonlarla dollarlıq tibbi avadanlıqlar gətirir, yüzlərlə yaralı əsgərimizi, qaçqın və köçkünümüzü təmənnasız əməliyyat edir.

1993-cü ildə Ağabəy Azərbaycani Almaniyanın daxili işlər nazirinin ürəyində olduqca ağır və riskli bir cərrahiyyə əməliyyatını uğurla icra edir və naziri ölümün pəncəsindən qurtarır. Əməliyyatdan sonra almaniyalı nazir öz xilaskarına minnətdarlığını necə ödəyəcəyini soruşduqda, Ağabəy bəyin cavabı tək və qəti olur:

"Mənim Vətənim müharibə şəraitindədir, xalqıma kömək edin!" Almaniya hökuməti Azərbaycana düz 40 milyon dollar həcmində humanitar tibbi yardım karvanı göndərir.

Mədəniyyət və diaspor sahəsində isə Ağabəy Azərbaycani 1988-ci ildə Almaniyanın Solingen şəhərində Leyla Şərifova ilə birlikdə Azərbaycanın ilk diaspor konsertini təşkil edib. Sonrakı dövrlərdə Zeynəb Xanlarova, Lütfiyar İmanov, Adil Bağırov, Fidan və Xuraman Qasımovalar, Cavanşir Məmmədov kimi sənətkarların iştirakı ilə daha 8 konsert proqramı reallaşdırıb. O, həmçinin fəaliyyəti dövründə 200-dən çox azərbaycanlı tələbənin Almaniyada ali təhsil almasına birbaşa təşkilati dəstək göstərib.

Qiymət Mahir

XƏBƏR LENTİ
14 IYUL 2026
Ukrayna ilk dəfə bu silahları alacaq - Fransa dəstək olur 18:21 Bu yollarda tıxac var - SİYAHI 18:09 Vaxt çatdı! - Almaniya Rusiya və Ukraynaya çağırış etdi 17:52 "Beşiktaş" Leandro Trossardın transferini açıqladı 17:43 Tehrandan Trampa sərt XƏBƏRDARLIQ: Cavabımız qətiyyətli olacaq! 17:30 Yəməndən Səudiyyəyə ağır hədə: Dünyanın ən böyük neft emalı mərkəzi hədəfdə 17:23 Azərbaycanlı cərrah alman naziri əməliyyat etdi, qarşılığında ölkəsinə 40 milyon dollarlıq yardım aldı 17:15 Yaponiyada "fəlakət ssenarisi" işə düşdü, xəstəxanalar dolur 17:09 Ermənilər İlqar Mirzəyevlə Polad Həşimovun nəşini götürmək istədilər - Əsgərlər sinələrini düşmən artilleriyasının qabağına verdilər 17:05 BMW-dən TƏCİLİ geri çağırma qərarı – Hər an yana bilərlər 16:39 Ermənistan sürətlə qocalır, kiçilir 16:50 "Netanyahuya səs verməyin!": Ərəb şərhçilərindən israilli seçicilərə müraciət 16:43 Azad edilmiş ərazilərdə qadınların məşğulluğu niyə geridə qalır? - AÇIQLAMA 16:37 Lavrov son anda Türkiyəyə müraciət etdi - "Biz qaz göndəririk, Ukrayna bombalayır"... 16:34 Rusiyada hakimiyyət dəyişikliyinin ayaq səsləri eşidilir - Pekin kəşfiyyatı özünü ələ verdi 16:16 Ukraynada hərbi vəziyyət 20-ci dəfə uzadıldı 16:26 Dünya üçüncü savaşa hamilə: Afrikada dünya müharibəsi çıxacaq 15:54 Qırğızıstan yanacaq ixracını qadağan etdi 15:46 İran bütün qonşuları təhdid etdi - ölkəmizi nə gözləyir? 15:42 Azərbaycanda hər ev elektrik istehsal edə bilər? – İqtisadçıdan təklif 15:35 Azərbaycan ərazisindən istifadəyə görə nə qədər pul ödənilir? 15:28 PSJ Luka Dinlə üçillik müqavilə imzalayacaq 15:19 Prezidentlər bir-birinə, görün, nə hədiyyə etdi - VİDEO 15:11 Hazırda bir qrup dələduz fəaliyyət göstərir - İnsanları belə aldadırlar 15:10 Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ 2 11:00 Bütün Xəbərlər