Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara start verildi

Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara start verildi
24.06.2025 16:55 Cəmiyyət

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş “Gənc xilasedici” Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin final mərhələsinə start verilib.

Bu barədə TodayPress TV-yə Fövqəladə Hallar nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin, Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən builki yarışlarda Azərbaycanla yanaşı Rusiya, Qazaxıstan, Özbəkistan və Belarusdan olan komandalar da iştirak edir.

Tədbir iştirakçıları, əvvəlcə Bakıda Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət ediblər. “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.

Sonra Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyinə həsr olunmuş “Gənc xilasedici” Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin final mərhələsinin açılış mərasimi keçirilib.

"Tədbirdə Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-mayor Adil Abdullayev və Nazirliyin məsul əməkdaşları, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, yerli Elm və Təhsil idarəsinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, Vətən müharibəsi şəhidlərinin övladları və ailə üzvləri iştirak ediblər.

Mərasimə Azərbaycan Respublikasının Dövlət bayrağının meydana gətirilməsi və Dövlət himninin səsləndirilməsi ilə start verilib.

Mərasimdə çıxış edən fövqəladə hallar nazirinin müavini general-mayor Adil Abdullayev keçirilən yarışların yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, məktəblilərdə fövqəladə hallarla mübarizə sahəsində əməli vərdişlərin formalaşması və bu istiqamətdə beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Nazir müavini xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi dövlət gənclər siyasətinin bu gün ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini xatırladıb, bu siyasət nəticəsində Vətəninə, dövlətinə bağlı, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik gənc nəslin formalaşdığını qeyd edib".

Builki yarışların əlamətdar tarix olan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyinə həsr olunduğunu bildirən A.Abdullayev iştirakçılara uğurlar arzulayb.

Daha sonra Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev yarışların əhəmiyyətindən danışıb, belə müsabiqələrin keçirilməsinin yeniyetmə və gənclərin fövqəladə hallarla mübarizə sahəsində yeni təcrübələr əldə etməsi, həmçinin bu sahədə beynəlxalq əməkdaşlıq üçün mühüm rol oynadığını vurğulayıb, tədbir iştirakçılarına uğurlar arzulayıb.

Tədbirin Təşkilat komitəsinin üzvü Məhbubə Mustafayeva yarışların əhəmiyyətindən ətraflı bəhs edərək, bütün komandalara müvəffəqiyyətlər arzulayıb.

Sonra yarışlara qatılmış komandaların təntənəli keçidi baş tutub.

Qeyd edək ki, “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin keçirilməsində məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında sağlam həyat tərzinin təbliği, onlara fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və hərbi-vətənpərvərlik ruhunun aşılanmasıdır:

"Yarış ümumilikdə 4 mərhələdə - məktəb, rayon (şəhər), zona və ümumrespublika yarışları mərhələsində təşkil olunur. Zona yarışlarında qalib gəlmiş komandalar Ümumrespublika final yarışlarında iştirak edirlər. Builki Ümumrespublika birinciliyinin final mərhələsində 12 rayon və şəhərin komandaları birincilik uğrunda mübarizə aparacaqlar. Həmçinin, respublikanın müxtəlif bölgələrindən olan şəhid ailələrinin üzvləri builki yarışa dəvət olunub. Onların asudə vaxtlarının səmərəli təşkil olunması üçün əlavə proqramların keçirilməsi nəzərdə tutulur.

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyinə həsr olunmuş “Gənc xilasedici” Beynəlxalq yarışında isə Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan və Belarusdan olan komandalar qüvvələrini sınayacaqlar.

Yarışlar iyunun 29-na kimi davam edəcək",- məlumatda qeyd olunub.

FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara start verildi — 1
Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara start verildi — 2
Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara start verildi — 3
Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara start verildi — 4
Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara start verildi — 5
Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara start verildi — 6
Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara start verildi — 7
Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara start verildi — 8
Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara start verildi — 9
XƏBƏR LENTİ
13 AVQUST 2026
Azərbaycandan tranzit keçməklə Ermənistana 20 vaqon yük göndərildi 14:45 UEFA “Rakuv”a sərt cəza verdi: növbəti pozuntuya sektor qadağası! 14:43 Kaya Kallas İsrailə təşəkkür etdi 14:30 Putinin İturupa səfəri Tokionu ayağa qaldırdı: Yaponiya Rusiyaya etiraz etdi 14:16 Reyndersə 60 milyon avroluq təklif: “Mançester Siti”dən ayrılır? 14:02 İsrail Livandan çəkilməyəcək - Müdafiə naziri ordudan uzunmüddətli hazırlıq tələb etdi 13:39 “Karri heç yerə getməyəcək!” – “Golden State”dən əmin mesaj 13:58 Paşinyan Simonyana yeni vəzifə verdi 13:48 ABŞ və Yaponiya Çinə qarşı nəhəng layihəyə hazırlaşır: Dünyanın ən dərin mədəni tikiləcək 13:35 Paşinyan: “Dostluq şəraitində həll istəyirik” 13:43 Piastri zirvəyə gedən yolu açıqladı: “Yeni şeylər sınayıram” 13:35 “Atletiko”nun əsas hücumçusu mövsümün əvvəlində sıradan çıxdı 13:30 Paşinyan Ermənistandan Azərbaycana ixracla bağlı danışdı 13:27 Metroda məhdudiyyətlər tələbələrin avtobuslardan istifadəsini artıracaq – Güzəştlər olacaq? 13:09 “Ən gərgin rəqabət III qrupda olacaq: 5 min abituriyent ali məktəbə qəbul olmayacaq” 13:04 Sabah hava necə olacaq ? 12:55 “Avroviziya 2027”nin keçiriləcəyi yer təsdiqləndi 12:51 Prezident: Regionda sülh gündəliyi Azərbaycanın təşəbbüsü ilə başladılıb 12:43 Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi 12:37 Ermənistan hərbçisi güllələnmiş vəziyyətdə tapıldı 12:31 DİQQƏT: Metronun iş rejimi dəyişir 12:24 Bir illik sülhdən sonra ilk ünvan: NAXÇIVAN 12:12 SON DƏQİQƏ: Qardaş ölkədə şiddətli zəlzələ oldu 12:18 Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi 12:11 NBA əfsanəsinə sərvət təklifi: 3 günə 100 min dollar! 12:07 Bütün Xəbərlər