DİQQƏT! Bu ərazilərdə iki gün su olmayacaq
Bakı və Abşeron rayonunun bir neçə qəsəbəsinin su ilə təchizatı iki gün ərzində dayandırılacaq.
İri Şəhərlərin Su Təchizatı QSC-dən TodayPress TV-yə bildirilib ki, fasilə Abşeron rayonu üzrə Saray, Ceyranbatan, Mehdiabad, Fatmayı, Goradil qəsəbələri və Corat bağ massivi, həmçinin Sabunçu rayonu üzrə Kürdəxanı, Pirşağı, Ramana, Maştağa, Bilgəh və Nardaran qəsəbələrinin bəzi ərazilərini əhatə edəcək.
Məlumata görə, buna səbəb adıçəkilən yaşayış məntəqələrini içməli su ilə təmin edən, istismar müddəti başa çatmış qəzalı magistral xəttin bir hissəsinin yenisi ilə əvəz olunması işlərinin aparılmasıdır.
Qeyd olunub ki, təmir-bərpa işləri ilə əlaqədar 28 iyul 2026-cı il tarixində səhər saatlarından 30 iyul 2026-cı il tarixində günorta saatlarınadək həmin ərazilərdə su təminatında fasilə yaranacaq.