Dəfnində izdiham yaşanır, yollar bağlanır - Azərbaycanın ən qəribə məşhuru, repin atası Hüseyn Dərya "Kamaz"ın altında can verir

Dəfnində izdiham yaşanır, yollar bağlanır - Azərbaycanın ən qəribə məşhuru, repin atası Hüseyn Dərya "Kamaz"ın altında can verir
29.06.2026 11:27 Cəmiyyət

Həyatı da ifa etdiyi replər kimi sürətli keçdi. Səhnədə milyonları coşdurub "Kef elə" deyə qışqıran insan, əslində, doğulduğuna belə peşman idi.

Bu gün Hüseyn Dəryanın (Muradov) doğum günüdür. Yaşasaydı, 51 yaşı tamam olacaqdı.

Hüseyn 1975-ci il iyunun 29-da Bakıxanov qəsəbəsində, beş uşaqlı ailədə doğulur. Nərimanov rayonundakı 4 saylı fars təmayüllü məktəbdə oxuyur. Daha sonra Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olunur. Amma ali təhsili seçmir, çünki Qarabağ müharibəsi başlamışdı. Könüllü cəbhəyə yollanır, düz 4 il 4 ay səngərdə döyüşür.

Müharibədən qayıdandan sonra həyatını musiqiyə bağlayır. 2000-ci illərin əvvəlində ölkədə əsl Hüseyn Dərya fırtınası qopdu: meyxana və muğamı repə qatıb janrı kütləviləşdirir.


Son müsahibəsində sənətdəki uğurlarından belə bəhs edir:

"Bu gün repi efir və dünya səviyyəsinə kim çıxarıb? Prezident və deputat seçkilərində, dövlət layihələrində, toylarda rep... Bunu kim edib? Əlbəttə, mən!

15 respublika arasından Azərbaycana ilk dəfə "Aslanskiy" nominasiyasını qazandırır. 2004-cü ildə "İlin ən yaxşı reperi", "İlin ifaçısı" və "İlin albomu" mükafatlarını eyni anda götürür. Üzeyir Hacıbəyov diplomunu, "Yaşa, Azərbaycan" prezident mükafatını alan ilk reper olur. İddialı görünsə də, reallıqda tam bir dərviş idi: 

"Dünya malında gözüm yoxdur. Altımda imarət ucaltmadım, çünki əsl sənətkaram".

Şou-biznesin vəfası: İki qadın arasında parçalanan həyat

Uğurun zirvəsində olanda insan gələcək təhlükələri görə bilmir. Hüseynin həyatını alt-üst edən narkotik asılılığı həm sənətinə, həm də ailəsinə ağır zərbə vurur.

Şəxsi həyatı iki qadının sevgisi və ittihamları arasında qalır. İlk həyat yoldaşı Sevda xanım illərlə onun müalicəsinə çalışdığını, qızı atasız qalmasın deyə dözdüyünü desə də, ayrılıqda reperin ikinci xanımı Sona İbadovanı günahlandırır:

"Sona bizim yuvamızı yıxdı. Hüseynə tez-tez zəng edir, mesaj yazırdı".


Amma Hüseyn həbsxanaya düşəndə, hamı ondan üz çevirəndə yanında yenə Sona olur. Hüseyn son müsahibəsində bu fədakarlığı unutmur:

"Bir sözümlə qışın covğununda belə həbsxanaya gəlirdi. Bəhanə etmirdi. Buna görə Sonaya minnətdaram". 

Bəs dostlar, sənət yoldaşları? Bircə nəfər də olsun reperin yolunu gözləmir, təkcə reper Dadodan başqa. Qalan hamı onu tək qoyur. Hüseyn isə bu vəfasızlığa acı bir gülüşlə cavab verirdi:

"İndi hamı məni axtarır, toya çağırır. Mən də pulumu alıb gedirəm. Həyat belədir. İnsan ən vəhşi məxluqatdır".

"38 ilin məhbusuyam": 10 manatlıq benzin pulu

Həbsxana Hüseyni tamamilə dəyişir. O, ölkədə narkotik asılılığını millət qarşısında açıq etiraf edən yeganə məşhur idi:

"Səhv etmişəm, mənə şans verin, məni cəmiyyətdən silməyin dedim, xalq da bu şansı verdi".

2008-ci ildən ömrünün sonuna qədər, tam 6 il təmiz qalır. Canlı yayımda qan analizi verməyə belə hazır idi. Lakin media və ətrafındakı insanlar keçmişini ona qarşı daim silah kimi istifadə edir, yalan həbs xəbərləri yayır.


Həbsxana onun üçün fiziki məkandan ibarət deyildi, çünki bütün ömrünü zindan sayırdı:

"38 yaşım var və 38 ildir məhbus həyatı yaşayıram. Sadəcə bir gün orada, bir gün burada..." 

İçəridə olanda rəisi Nizami müəllimə yalvarırmış: 

“Mən, rəhmət və əbədiyyət üçün yaşayan insanam. Mənim bu dünyanın var-dövlətində gözüm yoxdur. Fərqi yoxdur, zindan olur, ya müharibə... Bir dənə qələmimi əlimdən almasınlar. Həbsxanada Nizami Quliyev idi rəisim... Deməli, ona da deyirdim ki, Nizami müəllim, azadlığımı əlimdən alırsınız, alın, ixtiyarımı da əlimdən alırsız, alın. Eybi yoxdur... Çörəyimi də əlimdən alırsız, alın. Bir dənə bu qələmimi əlimdən almayın, mən onunla yaşayıram. Deyirdi ki, bala, get karsa. Al, bu da sənə qələm. Get orada yaz”.

Cəmiyyətin təzyiqi onu daxilən bitirir, doğulmağına peşman olduğunu deyir. Hətta iki həftə boyunca hər gün intihar planları qurduğunu gizlətmir:

"Yaşadığım hər gün cəhənnəmə doğru bir addımdır".

Bir vaxtlar şou-biznesdə hamıdan çox qazanan adam, son günlərini dostlarının verdiyi yanacaq pulu ilə yola verir:

"Dostlar kömək edir. Al bu 10 manatı, benzin vurarsan deyirlər. Belə dolanıram".

Fatal narkoz və morqdakı sirli xırıltı

Hüseyn şou-biznesin və medianın laqeydliyindən çox yorulur: 

"Bu sənətin yiyəsi çoxdur. Kim kimə nə istəyir yazır, şər atır, axırda da şou adlandırırlar. Amma bu mənim həyatımdır".

Bu gərginlik və çarəsizlik onu 14 mart 2014-cü ildə hava limanı yolunda ağır qəzaya aparır. İdarə etdiyi avtomobil KamAZ-la toqquşur. Ölümü də həyatı kimi müəmmalı olur. İlk xanımı Sevdanın iddiasına görə, Hüseyn ağır astma xəstəsi idi, ona narkoz vermək olmazdı. Xəstəxanada əməliyyat zamanı vurulan o narkoz onun sonu olur. Sağlığında küsülü olduğu həmkarları Elşad Xose və Anar Nağılbazla onu ölüm barışdırır. Anar Nağılbaz dəfnə gəlir, kədərini belə bölüşür:

"Çox pis oldum... Qalmaqalları öz adıma yazıb, onu qızışdıranlardan uzaq tutmaq istəyirdim".


Ən dəhşətli hadisə isə morqda yaşanır. Şahid Fəxrəddin Sadıqzadənin dediyinə görə, cənazəni maşına qoyanda içəridən qəribə bir xırıltı gəlir. Çəkiliş aparan Fəxrəddin bəylə bərabər, reperin xanımı Sona da onu eşidir:

"Bu, Hüseynin səsidir..."

Ölümündən bir neçə ay əvvəl verdiyi son müsahibəsində bu şeiri oxuyur:

"Çatacaqdır əcəlim, mən yumacam gözlərimi,

Uzanıb qarə məzarda açacam dizlərimi.

Gələcəkdir gələcək, hər kimki oxusa sözlərimi

Əbədi ruhuma rəhmət oxuyacak, inşallah!"

Sanki ölümünün ssenarisini danışır…

"Mənim xoşbəxtliyim Allahın məni bu dünyada cəzalandırmasıdır. Cəhənnəmi burada çəkirəm, o dünyaya günahım qalmır". 

Cəhənnəmini elə bu torpaqda yaşadı. Qorxmadı, sözünü dedi və getdi. Ruhu şad olsun…

Qiymət Mahir

XƏBƏR LENTİ
29 IYUN 2026
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək 13:21 Nazirə ağır itki üz verdi 13:07 İyunun son günündə neçə dərəcə isti gözlənilir? 12:44 İran Bəhreyndəki ABŞ bazalarına zərbə endirdi - VİDEO 12:36 Bağdadın "ürəyində" yanğın başladı: Şəhər mərkəzi alova təslim oldu 12:31 Ötən həftə bu ərazilər minalardan təmizləndi 12:24 Azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanıldı 12:19 "Araz-Naxçıvan" İssouf Paro ilə bağlı qərar verdi 12:09 Tarix artıq həqiqətin axtarıldığı məkan olmaqdan çıxır: İsrailin qərarının məzmunu nədir? 11:26 Azərbaycanın güləş üzrə çempionu körpə qızını və arvadını İŞİD-ə qurban verdi - İsmayıllıdakı güləşçi Suriyada cəllada çevrildi 11:52 Gədəbəydə ermənilərdən qisas alan Axıska türkü - "Bu da Məsmə xalanın əvəzi!" deyib düşmənin üstünə şığıdı 11:34 Ermənistan Zəngəzura doğru - Tunel tikintisi başladı 11:27 Dəfnində izdiham yaşanır, yollar bağlanır - Azərbaycanın ən qəribə məşhuru, repin atası Hüseyn Dərya "Kamaz"ın altında can verir 11:27 Bakının seçilməsi təsadüf deyil! - Ərdoğan Azərbaycanın strateji rolunu belə qiymətləndirdi 11:19 Gəncədə əsir düşənləri qırdırmaq üçün Surətin qardaşını oğurlayıb öldürmək istəyirdilər - İllər sonra açılan SİRR 11:17 “Kadir İnanır onun həyat yoldaşı olmağımı istəmişdi" -Azərbaycanlı müğənnidən etiraf... 11:07 Qara dənizdən Xəzər dənizinə böyük dəyişikliklər baş verəcək: Gözlər Avropada 11:02 Rusiyanın yanacaq limiti 15 litrə endirildi: Benzin növbələri günlərlə davam edir - VİDEO 11:00 “44 günlük müharibədə Bakıya kömək edənlər…” – İrəvandan gələn açıqlama şok edir 10:53 Prezident "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 10:47 Azərbaycanda kriptovalyuta ilə bağlı qanun qəbul edilə bilər? Qurum rəsmisindən açıqlama 10:40 Ərzaqlıq buğdanın yeni qiyməti müəyyən edildi - SƏRƏNCAM 10:34 Anomal istilərdən sonra ildırım Eyfel qülləsini belə vurdu - VİDEO 10:28 Rəsmi Bakı qondarma “erməni soyqırımı” ilə bağlı İsrailə çağırış etdi 10:16 Rusiya Ukraynaya zərbələri davam etdirir: Ölənlər və onlarla yaralı var 10:07 Bütün Xəbərlər