“Kadir İnanır onun həyat yoldaşı olmağımı istəmişdi" -Azərbaycanlı müğənnidən etiraf...

“Kadir İnanır onun həyat yoldaşı olmağımı istəmişdi" -Azərbaycanlı müğənnidən etiraf...
29.06.2026 11:07 Cəmiyyət

“Bu gün çox üzücü bir gündür. Bütün sənət dünyasının başı sağ olsun. Türk kinosunun sütunlarından biri olan Kadir İnanırın dünyadan köçməsi bütün Türkiyə üçün çox ağır bir itkidir. Kadir bəyi yaxından tanıdığım üçün inanılmaz dərəcədə onun itkisinə üzgünəm. Türk dünyası böyük insanı və sənətkarını itirdi. Mən çox xoşbəxtəm ki, Kadir İnanırla iki layihədə görüşmüşəm. İlk tanışlığım bir reklam filmi idi. Orada həyat yoldaşı rolunu oynamışdım. Türkiyənin ilk reklamlarından biri olduğuna görə dəqiqəsi böyük idi. Demək olar ki, iki gün çəkildi. Mən orada iki böyük sənətkarla-həm Kadir İnanırla, həm də rejissor Sinan Çetinle görüşüb tanış oldum. Mənim ifa etdiyim rola görə çox sənətçi kastinq olunmuşdu, amma Kadir İnanır kimi bir sənətkarla çəkilmək mənim payıma düşdü. Kadir İnanır özü qərar vermişdi ki, onun həyat yoldaşı roluna mən çəkilim. O sadəcə həyat yoldaşı olaraq məni seçmişdi. Bu mənim üçün böyük xoşbəxtlik idi. Orada tanış olduq, azərbaycanlı olduğumu biləndə ölkəmiz haqda ağız dolusu danışdı və Bakıya gəlmək istədiyini bildirdi. Hətta məndən soruşurdu ki, “biz oralarda çoxmu tanınırıq?”. Deyirdim ki, əlbəttə ki, çox tanınıb və sevilirsiz. Fasilələrdə məndən Azərbaycan mahnıları oxumağımı xahiş edirdi. O qədər zəhmi var idi ki, ona “yox” deyə bilmirdim. 2 gün boyunca mən ona mahnılar oxudum”.

TodayPress TV xəbər verir ki, bu barədə Moderator.az-a açıqlamasında Türkiyədə yaşayan tanınmış aktrisa, Əməkdar İncəsənət xadimi Məlahət Abbasova deyib. O daha sonra əlavə edib:


“Uzun illərdən sonra mən onunla birlikdə “Dərman bəy” serialında çəkildim. Yenə də orada çəkilən aktyorlara Kadir İnanır qərar vermişdi. Kino sahəsində onun bir çəkisi var idi. Kadir İnanırın sözünün qarşısında heç kim bir kəlmə deyə bilməzdi. O kimi seçirdisə o da çəkilirdi. Kastinq şirkətindən mənə demişdilər ki, Kadir bəy sənin şəkilini görəndə “aa, bu Azərbaycan qızıdır, bacımı oynaya bilər” demişdi. Orada da Kadir bəyin razılığı olmuşdu. Onunla təkrar qarşılaşdıq, məni görəndə inanılmaz dərəcədə sevindi. Biz 1 ilə yaxın Quşadasında çəkilişlərdə olduq. Axşamlar otelin foyesində bütün yaradıcı kollektivlə söhbətlərimiz olurdu. Bu serialda Nəbahət Çəhrə, Haluk və Can bəy və s. aktyorlar da çəkilirdi. Kadir bəyin bacısı rolunu oynamaq mənim üçün böyük qürur idi” deyə o bildirib.

Aktrisa Kadir İnanırın ömrünün son illərindən də danışıb:


“Kadir bəy çox zəhmli bir insan idi. Kaprizləri var idi. Onun sözünün qabağında heç kim heç nə deyə bilməzdi. O çəkilişə gələndə meydançada sakitlik olurdu. İnsanlara sayğısı böyük idi. Kadir bəyin o görünüşündən çəkinirdim. Amma Allahından məni çox istəyirdi. Bir gün də serial çəkilişində nəsə baş vermişdi, çox əsəbi idi. Məni yenidən çağırıb dedi ki, “çox əsəbiyəm, mənə bir Azərbaycan mahnısı oxu”. Mən də bir az qorxdum, daha sonra onun üçün mahnı oxudum. Çəkiliş kollektivi də onun xasiyyətini bilirdi. Zarafatca mənə deyirdilər ki, “gördün əsəbləşir, bir Azərbaycan mahnısı oxu sakitləşsin”. Təsəvvür edirsiz, bir ilin içində bəlkə də “Ayrılıq”, “Pəncərədən daş gəlir”, “Sarı gəlin”, “Daşlı qala” mahnılarını onun üçün 70 dəfə oxumuşdum. Onun həyat yoldaşı Jülide Kural da bizim teatrın aktrisasıdır. Julide xanımın vasitəsilə ona tez-tez salam göndərirdim. Yanına getmək istəyirdim, hətta yoldaşına da zəng edəcəkdim. Amma bilirdim ki, çox çəki atdığına görə heç kimlə görüşmək istəmirdi. Heç kimin onu bu vəziyyətdə görməsini istəmirdi. Onun məsləhətləri, tövsiyyələri üçün çox darıxacam” deyə Məlahət Abbasova deyib.

TodayPress TV


XƏBƏR LENTİ
18 AVQUST 2026
Belarus sərhədindəki insidentdən sonra general istefa verdi 01:38 Uşaq kəmərini bağlamadı, bütöv reys ləğv edildi! 00:34 ABŞ Prezidentindən Kim Çen Inla bağlı maraqlı paylaşım - FOTO 01:21 Qurban Qurbanov: "Çempionatdakı hər oyuna ciddi yanaşmalıyıq" 01:33 Amerikalılar Trampdan üz döndərir? - Reytinq 33%-ə düşdü 01:10 Ərdoğan Trampla İran və Qəzzanı müzakirə etdi 02:00 Kuşner HƏMAS-a 90 gün vaxt verdi: “Silahlar təhvil verilsə...” 00:54 Polşa ordusu müharibəyə hazırlaşır 00:14 Rus nefti daşıyan tanker Qara dənizdə hücuma məruz qaldı 23:59 “Barselona” dünya ulduzunu heyətinə qatdı! 23:51 Ankara və London strateji tərəfdaşlığı gücləndirir 23:33 Emin Cavadlı üçün DÇ-də bürünc medal şansı! 23:31 İraq İrandan hücumla bağlı rəsmi izahat TƏLƏB ETDİ 23:19 Brent neftinin qiyməti 91 dolları ötdü 23:03 Kim Çen In Trampın təklifinə cavab verdi 22:50 İki güləşçimiz dünya çempionatından medalla döndü! 22:52 Tramp İranla razılaşmadan imtina etdi: "Onlar hazır deyil" 22:42 Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirdi 22:32 DİM sədrindən abituriyentlərə XƏBƏRDARLIQ: "Ödənişli xidmətə tələsməyin!" 22:25 Hakan Fidan iranlı həmkarı ilə telefon danışığı apardı - Nələr müzakirə edildi? 22:17 İsrail ordusu "sarı xətt"də qalacaq! - Rəsmi AÇIQLADI 22:06 Sumqayıtda ağır qəza: Yaralananlar var - VİDEO 21:46 Ukrayna ordusu bu kəndi geri alaraq, 30 əsgəri əsir götürdü - VİDEO 21:39 TƏCİLİ: İran BƏƏ-yə məxsus tankeri ələ keçirdi 21:13 “Qarabağ” qələbə qazandı - YENİLƏNDİ 19:41 Bütün Xəbərlər