Gədəbəydə ermənilərdən qisas alan Axıska türkü - "Bu da Məsmə xalanın əvəzi!" deyib düşmənin üstünə şığıdı

Gədəbəydə ermənilərdən qisas alan Axıska türkü - "Bu da Məsmə xalanın əvəzi!" deyib düşmənin üstünə şığıdı
29.06.2026 11:38 Təhlil

Tariximiz harada doğulmasından, harada böyüməsindən asılı olmayaraq, Vətənimiz uğrunda canından keçən igidlərlə doludur. Axıska türkü İsgəndər Aznaurov da belə insanlardan idi.

1956-cı ildə Özbəkistanda doğulmuşdu. Lakin 1980-ci illərin sonlarında Fərqanədə baş verən qanlı hadisələrdən sonra ailəsi ilə birlikdə Azərbaycana köçməli oldu. Bura onun ikinci yurdu idi və vaxtı gələndə o, bu yurdu qeyrətlə qorudu.

1992-ci ildə, Qarabağ müharibəsinin ən qızğın vaxtında baş leytenant İsgəndər Aznaurov könüllü olaraq cəbhəyə yollandı. Onu Gədəbəy istiqamətinə, Şınıx və Başkənd bölgəsinə göndərdilər.

İsgəndər topçuluqda əsl peşəkar idi. Onun idarə etdiyi artilleriya batareyası düşmən mövqelərini nöqtə zərbələri ilə darmadağın edirdi. Elə buna görə də qısa müddətdə hamı onu "Topçu İsgəndər" kimi tanımağa başladı.

"Mutudərə", "Ərdağı", "Kaftar qayası" və "Ləzgi daşı" kimi ən vacib yüksəkliklərin azad olunmasında onun böyük rolu olub. Erməni tərəfi radioda onun adını eşidəndə artıq bilirdi ki, bir neçə dəqiqəyə başlarına mərmi yağacaq.

İsgəndəri əsgərləri və yerli sakinlər həm də ürəyi təmiz, sadə bir insan kimi çox sevirdilər. Gədəbəydə bu gün də danışılan məşhur bir hadisə var.

Bir dəfə ermənilər kəndləri atəşə tutanda zəifləmiş bir güllə kənd sakini Məsmə xalanın ayağına dəyir. Ciddi xəsarət olmasa da, İsgəndər bunu eşidəndə bərk əsəbiləşir. Dərhal əmr verir və ermənilərin hərbi mövqelərini düz dörd saat aramsız top atəşinə tutur. Qarşı tərəfə yaxşıca dərs verdikdən sonra deyir:


"Bu da Məsmə xalanın ayağına dəyən güllənin əvəzi."

Məsmə xala sonralar onu xatırlayaraq deyirdi:

"O məni ana kimi sevirdi, mən də onu öz balam kimi bəsləyirdim, yeməyini, çayını hazırlayırdım."

İsgəndər Aznaurov 18 aprel 1993-cü ildə Gədəbəydə növbəti döyüşlərin birində qəhrəmancasına şəhid oldu. O, Bakıda, Şəhidlər xiyabanında dəfn olunub.

Ölümündən sonra, 1995-ci ildə ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi. İsgəndərin adı bu gün həm də Gədəbəy dağlarında yaşayır. Vaxtilə döyüşdüyü, düşmənə göz açdırmadığı həmin post indi xalq arasında "İsgəndər qalası" adlanır. 

Jalə Rövşən

XƏBƏR LENTİ
29 IYUN 2026
"Demokratiya TV"nin rəhbəri həbs edildi 14:38 Sürücülər, EHTİYATLI OLUN! - Yer yarılır, içinə girə bilərsiniz 14:32 Sızan bağırsaq sindromu barədə nə bilinir? Simptomlar və yanaşmalar 14:20 Rusiya yüzlərlə Ukrayna PUA-sını vurdu 14:18 Meteohəssas şəxslərin NƏZƏRİNƏ! Geomaqnit qasırğası olması ehtimalı var 14:09 ABŞ Müdafiə naziri gecə ilə Bakıya uçdu - Rusiya və İranı təşvişə salan 100 milyonluq layihə… 13:59 Pirşağıda dənizdə qadın batdı 13:56 Bir zənglə borca düşənlərin dərdinə çarə tapıldı - Daha aldanmayacaqsınız 13:53 Rus dilinin hökmdar olduğu cəmiyyətdə Azərbaycan dilini kimlər necə dövlət dili edə bildilər? 13:45 Rusiya Ukraynanı "qaranlığa" qərq etdi - 8 vilayətdə işıqlar söndü! 13:33 Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək 13:21 Nazirə ağır itki üz verdi 13:07 İyunun son günündə neçə dərəcə isti gözlənilir? 12:44 İran Bəhreyndəki ABŞ bazalarına zərbə endirdi - VİDEO 12:36 Bağdadın "ürəyində" yanğın başladı: Şəhər mərkəzi alova təslim oldu 12:31 Ötən həftə bu ərazilər minalardan təmizləndi 12:24 Azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanıldı 12:19 "Araz-Naxçıvan" İssouf Paro ilə bağlı qərar verdi 12:09 Tarix artıq həqiqətin axtarıldığı məkan olmaqdan çıxır: İsrailin qərarının məzmunu nədir? 11:26 Azərbaycanın güləş üzrə çempionu körpə qızını və arvadını İŞİD-ə qurban verdi - İsmayıllıdakı güləşçi Suriyada cəllada çevrildi 11:52 Gədəbəydə ermənilərdən qisas alan Axıska türkü - "Bu da Məsmə xalanın əvəzi!" deyib düşmənin üstünə şığıdı 11:34 Ermənistan Zəngəzura doğru - Tunel tikintisi başladı 11:27 Dəfnində izdiham yaşanır, yollar bağlanır - Azərbaycanın ən qəribə məşhuru, repin atası Hüseyn Dərya "Kamaz"ın altında can verir 11:27 Bakının seçilməsi təsadüf deyil! - Ərdoğan Azərbaycanın strateji rolunu belə qiymətləndirdi 11:19 Gəncədə əsir düşənləri qırdırmaq üçün Surətin qardaşını oğurlayıb öldürmək istəyirdilər - İllər sonra açılan SİRR 11:17 Bütün Xəbərlər