Müharibə zamanı qidalanma və su təchizatı mövzusunda müzakirə aparıldı

Müharibə zamanı qidalanma və su təchizatı mövzusunda müzakirə aparıldı
19.06.2026 16:26

"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası"nın Protokoluna əsasən, ölkələr arasında hərbi logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Müdafiə Nazirliyinin Logistika Baş İdarəsində tədbir keçirilib.

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, plana uyğun olaraq qonaqlara Vətən müharibəsində logistika sahəsində qazanılmış təcrübələrə dair təqdimatlar verilib.

Tədbirdə ölkələr arasında qardaşlıq münasibətlərinin regionda sülh və sabitliyə töhfə verdiyi xüsusi qeyd olunub.

Tərəflər şəffaflaşmış döyüş meydanında logistikanın həlledici rolunu müzakirə edib, strateji xəbərdarlıq, kritik zəifliklər və avtonom təminat dövrü mövzularında fikirlərini bölüşüblər.

Müharibə zamanı qidalanma və su təchizatı, maddi-texniki vəsaitlərin daşınması, texniki qulluq bölmələrinin fəaliyyəti və yaralıların təxliyəsi, hamam-camaşırxana şəraitinin yaradılması, eləcə də digər təminat mövzuları ətrafında müzakirələr aparılıb.

Həmçinin qonaqlar hərbi hissələrdən birində Azərbaycan Ordusunda əşya və ərzaq təminatının təşkili sahəsində görülən işlərlə tanış olublar.

Sonda tədbirin yekunlarına dair işçi protokolu imzalanıb, qarşılıqlı hədiyyələr təqdim edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

TodayPress TV

FOTOLAR

Müharibə zamanı qidalanma və su təchizatı mövzusunda müzakirə aparıldı — 1
Müharibə zamanı qidalanma və su təchizatı mövzusunda müzakirə aparıldı — 2
Müharibə zamanı qidalanma və su təchizatı mövzusunda müzakirə aparıldı — 3
XƏBƏR LENTİ
19 IYUN 2026
Balaca bir rayonun əhalisi qədər tələbə universitetdən qovulub 17:53 DİM: Məzun təhsil proqramının 40–77%-ni mənimsəmir 17:35 Amerika ilə müharibə bitdi: İran qolunu çırmalayıb, Qafqaza girir 17:20 Ölkədə dəhşət yaşanır – Rusiyanın cəmi 10 qırıcısının qaldığı deyilir 17:12 Ceyhun Bayramov Almaniya səfirini qəbul etdi 17:04 Temperatur 7 dərəcə enəcək - XƏBƏRDARLIQ 16:52 Şahmatçımız dünya çempionunu MƏĞLUB ETDİ - VİDEO 16:38 Qızıl mədəni vuruldu - qan su yerinə axdı - VİDEO 16:23 Müharibə zamanı qidalanma və su təchizatı mövzusunda müzakirə aparıldı 16:25 Ukrayna Moskva səmasını ələ keçirdi, “28 Panfilovçu” filmini çəkir – Bütün Rusiya canlı tamaşa edir 16:09 Azərbaycanın baş nazirini Tiflisdə arxadan güllələyib öldürdülər - Xoyski yaratdığı ölkənin şəhidi oldu... 15:57 "Araz-Naxçıvan" Luka Dumançiçlə anlaşdı 15:47 Moskvanın vurulmasının bədəli - Azərbaycanlılara milyonlarla ziyan dəydi, çarəsizdirlər 15:34 XİN ikitərəfli görüş barədə məlumat yaydı - Nələr müzakirə edildi? 15:29 Növbəti 3 gündə Azərbaycanda güclü külək əsəcək 15:20 "Sabah" Ceyms İdslə yolları ayırdı 15:09 Məktəbəqədər təhsillə bağlı yeni model tətbiq ediləcək 15:07 Moskva "qələbə" elan etdi - Zelenskinin məktubuna Moskvadan cavab gəldi 14:57 Sənaye və kənd təsərrüfatı obyektləri subsidiyalaşdırılacaq - TƏSDİQLƏNDİ 14:53 Bu Nazirliklərə yeni səlahiyyətlər verildi - FƏRMAN 14:49 Xəzər rayonunda yanğın başladı 14:47 Məclisi bağlayıb istədiklərini edirlər - İranda parlament qiyama qalxdı, Əraqçinin "Qırmızı Xətti" keçildi 14:31 Moskva gün işığına həsrət qaldı - Ukrayna dronları səmaları örtdü - VİDEO 14:12 Rusiya yoxa çıxır, nə edirsiniz? 14:06 İran erməni qardaşlarına bərk hiddətləndi: Proseslər nəzarətdən çıxır... 14:01 Bütün Xəbərlər