Azərbaycan kursantları Qazaxıstanda - "Aybın-2026" toplanışı

Azərbaycan kursantları Qazaxıstanda -  "Aybın-2026" toplanışı
26.06.2026 19:00

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski və Heydər Əliyev adına hərbi liseylərin kursantlarından ibarət komanda Qazaxıstanın Akmola vilayətində keçirilən XII Beynəlxalq "Aybın-2026" Gənclərin Hərbi-Vətənpərvərlik Toplanışında iştirak edir.

TodayPress TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Toplanışda Azərbaycan komandası ilə yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Rusiya komandaları, həmçinin Qazaxıstanın güc strukturlarının, hərbi təhsil müəssisələrinin və hərbi-vətənpərvərlik klublarının nümayəndələri iştirak edirlər.

Tədbirin əsas mərhələləri plana uyğun olaraq Şokan Ualixanov adına Hərbi Kollecin "Amandık" təlim poliqonunda keçirilir. Toplanış çərçivəsində 53 komandanı təmsil edən 1000-ə yaxın iştirakçı arasında hərbi-taktiki səhra oyunları, intellektual və yaradıcılıq müsabiqələri, eləcə də robototexnika üzrə yarışlar təşkil olunur.

Azərbaycan komandası "Aybın-2026" toplanışında yüksək hazırlıq və peşəkarlıq nümayiş etdirərək Azərbaycanı layiqincə təmsil edir.

TodayPress TV

XƏBƏR LENTİ
26 IYUN 2026
Aİ tarixində ilk: Enerji saxlama sistemlərinə dair üçtərəfli saziş imzaladı 20:27 Tramp İranı atəşkəsi pozmaqda İTTİHAM ETDİ 20:21 Türkiyə gəmiləri Hörmüz boğazını təhlükəsiz tərk etdi - RƏSMİ 20:06 DÇ-2026 tarixin ən çox tamaşaçı toplayan çempionatı oldu 20:01 Zavodda partlayış baş verdi, ölən var 19:29 Türkiyənin məşhur aktyoru vəfat etdi 19:37 İyunun 23-dən etibarən Hörmüz boğazında böyük təxliyə - Rəqəmlər açıqlandı 19:25 Təki pul olsun, evdə saxlayaq - Banklar niyə belə edir? 19:27 Bəqai Körfəz ölkələrini tənqid etdi - "Hücumlara görə məsuliyyət daşıyırlar" 18:52 Azərbaycan kursantları Qazaxıstanda - "Aybın-2026" toplanışı 18:59 ABŞ-nin ələ keçirdiyi gəminin iranlı heyəti vətəninə qayıdır - RƏSMİ 18:30 BƏƏ və İran XİN rəhbərləri regional gərginliyi müzakirə etdilər 18:21 SON DƏQİQƏ: Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi 18:29 TƏCİLİ: Oman ABŞ-dən yardım istədi — Xüsusi qüvvələr artıq ərazidədir 18:17 Yaponiyada güclü zəlzələ baş verdi 18:13 Bakıda UFC-yə sayılı saatlar: Rəqiblərin ilk qarşılaşması baş tutdu 18:04 Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyindən DİQQƏTÇƏKƏN ADDIM 17:47 Pekində təyyarə 528 metrlik göydələnə çırpıldı - VİDEO 17:38 Türkiyə Səfirliyinin paylaşımı diqqət çəkdi – Azərbaycan Ordusuna belə səsləndilər 17:20 Zaxarova Paşinyanı “demaqoq” adlandırdı 17:06 Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı artdı 16:51 Ceyhun Bayramov İtaliyalı həmkarı ilə strateji tərəfdaşlıq münasibətlərini müzakirə etdi 16:46 Bu milli komandalar DÇ-2026-da növbəti matçlarına çıxacaqlar 16:28 Yeni generallara rütbələri təqdim edildi - FOTO 16:19 Filippində güclü zəlzələ oldu 16:04 Bütün Xəbərlər