Azərbaycan HHQ komandanı Türkiyədə rəsmi səfərdədir

Azərbaycan HHQ komandanı Türkiyədə rəsmi səfərdədir
02.07.2026 17:34

Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Türkiyədə rəsmi səfərdədir.

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, general-leytenant N.İslamzadə "Anadolu Qartalı – 2026" beynəlxalq taktiki-uçuş təlimi çərçivəsində bir sıra tədbirlərdə iştirak edib, şəxsi heyətlə görüşüb.

Azərbaycan heyətinin rəhbəri polkovnik Zaur Məmmədov təlimin gedişi və şəxsi heyət qarşısında qoyulan tapşırıqlar barədə HHQ komandanına məruzə edib.

Təlimdə şəxsi heyətin nümayiş etdirdiyi peşəkarlıq nazir müavini tərəfindən yüksək qiymətləndirilib.

Sonra general-leytenant Namiq İslamzadə və Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlu arasında görüş keçirilib.

Görüşdə ölkələr arasında hərbi aviasiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, birgə keçirilən təlimlərin əhəmiyyəti və qarşılıqlı təcrübə mübadiləsi xüsusi vurğulanıb.

Hər iki ölkənin Hərbi Hava Qüvvələrinin komandanları təlim fəaliyyətlərini havadan izlədikdən sonra təlim çərçivəsində təşkil olunan sərgidə nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olublar.

TodayPress TV

FOTOLAR

Azərbaycan HHQ komandanı Türkiyədə rəsmi səfərdədir — 1
Azərbaycan HHQ komandanı Türkiyədə rəsmi səfərdədir — 2
Azərbaycan HHQ komandanı Türkiyədə rəsmi səfərdədir — 3
Azərbaycan HHQ komandanı Türkiyədə rəsmi səfərdədir — 4
Azərbaycan HHQ komandanı Türkiyədə rəsmi səfərdədir — 5
XƏBƏR LENTİ
02 IYUL 2026
Sabah Paşinyan İranın ən böyük yasında iştirak edəcək 18:39 Rusiya-Ukrayna müharibəsi bu tarixədək davam edəcək 18:29 Trampın səbəbinə “NATO xalqı” kef edir 18:22 Dünyanı narahat edən ölümcül virusla bağlı YENİ STATİSTİKA 18:12 CZ Scorpion EVO 3: Müasir avtomatların etibarlı və modulyar nümunəsi 18:10 BMT-dən Azərbaycana tərif: Yol təhlükəsizliyi sahəsində mühüm nailiyyətlər var 18:06 Nazirliyin sabiq idarə rəisi yarım milyonluq mənimsəmədə ittiham olunur 17:54 Azərbaycan HHQ komandanı Türkiyədə rəsmi səfərdədir 17:41 Kiyevə gecə hücumu: Ölənlərin sayı 20-yə çatdı - VİDEO - YENİLƏNDİ 2 08:24 Amerika ilə haqq-hesab bitdi - İran kürdlərin boğazına çökdü 16:55 Pakistan borc batağında üzən ərəb ölkəsi ilə yollarını ayırdı 16:45 Meteohəssas insanların NƏZƏRİNƏ! Sabah geomaqnit qasırğası olacaq 16:43 Seboreik dermatit: Əlamətlər hansılardır və necə nəzarətdə saxlamaq olar? 15:22 Səhiyyə nazirinin müavinlərinin sayı artırıldı - FƏRMAN 16:23 Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetlərinin rəhbər heyəti görüşdü 16:15 "Qəbələ" Səlahət Ağayevlə müqavilənin müddətini uzatdı 16:09 Qazaxıstanda SSRİ dövrü bitdi - Ölkə faktiki müstəqil oldu 15:32 NATO Rusiyanın "dərdindən" gecələr yata bilmir 15:30 Türkiyədə güclü zəlzələ oldu 15:26 Baş beyin şişi: Əlamətlər hansılardır və müalicə şansları nə qədərdir? 15:14 SOCAR hansı ölkələrdə nə qədər qazanır? 15:09 İran Hörmüzdən keçən tankerlərə xəbərdarlıq etdi 15:05 İdman jurnalistlərinin rəngarəng həyatı: Həftənin 7 günü, günün 24 saatı iş... 14:52 "Tottenhem" Mateuş Fernandeşi heyətinə qatdı 14:36 Ərdoğanla foto Avropa İttifaqının qadın rəhbərini siyasətdən silir 14:30 Bütün Xəbərlər