Ukrayna ilə İran ətrafında gərginliyin artdığı mərhələdə Azərbaycan hansı geosiyasi təhdidlərlə üzləşə bilər?

Ukrayna ilə İran ətrafında gərginliyin artdığı mərhələdə Azərbaycan hansı geosiyasi təhdidlərlə üzləşə bilər?
13.07.2026 16:47

Beynəlxalq münasibətlərdə baş verən proseslər özünün kəskin fazasına qədəm qoyub. Dünyanın müxtəlif yerlərində baş verən hadisələr göstərir ki, qlobal nizam çöküb. Bu, bizim coğrafiyada da özünü kəskin şəkildə büruzə verir.

Maraqlıdır, Ukrayna ilə İran ətrafında gərginliyin artdığı mərhələdə Azərbaycan hansı geosiyasi təhdidlərlə üzləşə bilər? 

Məsələ ilə bağlı TodayPress TV-ə danışan politoloq Natiq Miri bildirib ki, bu gün Ukrayna, Rusiya, ABŞ, İsrail və İran arasında gedən müharibələr bilavasitə Azərbaycanın sərhədləri yaxınlığında cərəyan edir. Azərbaycanın cənub sərhədlərində İranla bağlı müharibə gedirsə, şimal sərhədlərində də Ukrayna-Rusiya müharibəsi davam edir. Ona görə də bu təhdidlər və təhlükələr hər zaman mövcuddur:

“Çünki müharibə bir yanğındır. Bu yanğın zamanı küləyin hansı istiqamətdən əsəcəyini, açığı, bəzən birmənalı şəkildə proqnozlaşdırmaq və müəyyənləşdirmək mümkün olmur. Üstəlik, küləyin hansı şiddətdə əsəcəyi də hələlik bəlli deyil. Bu isə o anlama gəlir ki, yanğının qonşu ölkələrə də keçmək təhlükəsi var.

Gördüyünüz kimi, ABŞ-İran arasındakı müharibə artıq bütün Körfəz ölkələrini əhatə edib. Bunun daha böyük miqyas alacağını, yəni Körfəz ölkələrinin də genişmiqyaslı müharibəyə qoşulacağını təsəvvür edin. Eyni zamanda, qlobal güclərin bu məsələyə reaksiyasını və əks reaksiyasını da nəzərə alın. O zaman bu yanğının miqyasının nə qədər böyüyə biləcəyi və hansı təhlükələr yarada biləcəyi aydın görünür. Bu baxımdan belə bir təhlükə mövcuddur”.

Analitikin sözlərinə görə, Azərbaycanın mövqeyi yalnız beynəlxalq hüquq çərçivəsində olmalıdır. Çünki beynəlxalq hüquq hər kəsin tabe olmalı, qəbul etməli olduğu və bütün hüquqların fövqündə dayanan hüquq sistemidir:

“Məhz beynəlxalq hüququn və onun mexanizmlərinin işləməməsi ucbatından Azərbaycan 30 il işğal faktı ilə üzləşdi, milyona yaxın vətəndaşımız böyük faciələr və sarsıntılar yaşadı. Buna görə də məsələlərə beynəlxalq hüquq nöqteyi-nəzərindən yanaşmaq ən doğru yanaşmadır. Bu, orta güc dövlətinin yanaşmasıdır və Azərbaycanın orta güc dövləti olmaq strategiyası da təxminən bu kontekstdə formalaşır. Çünki orta güc dövlətinin xarici siyasət prioriteti müəyyən mənada balans siyasətini özündə ehtiva edir. Yəni bir qlobal gücün geosiyasi maraqları naminə digər qlobal güc mərkəzinin maraqları nə qurban verilir, nə də gözardı edilir. Azərbaycan bütün qlobal və regional güclərlə bərabər məsafədə əməkdaşlıq etmək niyyətindədir. Ən böyük immunitet, Azərbaycanı təhlükələrdən qoruyacaq əsas amil də məhz bu siyasətdir. Buna görə də Azərbaycan Ukrayna-Rusiya müharibəsinin dərhal dayandırılmasını istəyir. Bu, dövlət başçısının və dövlətin rəsmi mövqeyidir. Eyni yanaşma İran-ABŞ-İsrail münaqişəsinə də aiddir”.

N.Miri Prezidentin Şuşa Qlobal Media Forumundakı çıxışına da toxunub:

“Azərbaycan Prezidenti İlham Əliyevin bugünkü Şuşa Qlobal Media Forumundakı çıxışında da açıq şəkildə vurğulandı ki, bəzən hər bir insan, o cümlədən hər bir dövlət "dur" nöqtəsini bilməlidir. Yəni Azərbaycanın gücü dəfələrlə Ermənistanı üstələsə də, ölkəmiz ərazi bütövlüyünü və suverenliyini bütün ərazilərində bərpa etdikdən sonra daha da irəli gedərək əlavə geosiyasi məqsədlər həyata keçirə bilərdi. Ancaq Azərbaycan dayandı. Dayanmaq həddini bilmək deməkdir. Əgər həddini bilməz və onu aşarsansa, bunun ağır nəticələri ola bilər. Bəzən böyük iddialarla çıxış etmək mümkündür. Lakin bu iddialar yalnız imkanlara uyğun olduğu və başqalarına ciddi zərər vermədiyi halda keçərli hesab edilə bilər. Ona görə də indiki vəziyyətdə hər kəsə verilən əsas mesaj və tövsiyə "dur" nöqtəsidir. Yəni müharibələr dayanmalı, sülh prosesi başlamalı, böyük və zərərli iddialardan geri çəkilməyə ehtiyac var”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
“Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Bütün Xəbərlər