İrandan Azərbaycana TƏHDİD? : "Baha başa gələcək!"

İrandan Azərbaycana TƏHDİD? : "Baha başa gələcək!"
05.02.2026 18:07 Təhlil

İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şamxani "Əl-Mayadin"ə geniş müsahibəsində Azərbaycanı təhdid edib.


Şamxani müxbirin ABŞ bazalarına zərbə olub-olmayacağı ilə bağlı sualına əvvəlki müharibədə bəzi təhdidlərə dair məlumatlarının olduğunu, artıq səbirli olmayacaqlarını, bölgədəki tərəflərə bunu bildirdiklərini və digərlərini sənədləşdirilmiş şəkildə məlumatlandıracaqlarını deyib.

Şamxaninin bu açıqlaması İranın Azərbaycanı dolayı yolla hədələməsi kimi qiymətləndirilə bilərmi? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, İranın mühafizəkarları daim kəskin mövqe nümayiş etdirirlər:


"Onlar əsasən İran İnqilab keşikçiləri Ordusunun (SEPAH) üzvləridir və Azərbaycanı yerli-yersiz təhdid etməyi adət halına gətiriblər. Hətta 12 günlük müharibə zamanı da SEPAH tərəfindən Azərbaycana hədə-qorxu gəlinmişdi, lakin İran Prezidenti Məsud Pezeşkian bütün bu iddiaları təkzib etmişdi". 

“ABŞ İrana hücum edərsə...”

Onun sözlərinə görə, hazırda İran konkret olaraq ABŞ ilə razılaşmaq istəmir. İrandakı mühafizəkarlar hökumətin apardığı siyasətə, xüsusilə də Pezeşkianın xəttinə qarşıdırlar. Faktiki olaraq onlar İranı daha dərin bataqlığa sürükləyirlər.

"Əgər Amerika Birləşmiş Ştatları İrana hücum edərsə, İran tərəfi ilk növbədə Körfəz ölkələrində yerləşən Amerika hərbi bazalarını hədəf alacaq. Azərbaycanda isə ümumiyyətlə Amerikanın hərbi bazası yoxdur və ABŞ-nin burada hər hansı genişmiqyaslı iqtisadi layihəsi də mövcud deyil. Buna baxmayaraq, əgər Azərbaycana qarşı hər hansı təxribat həyata keçirilməyə cəhd edilsə, Türkiyə faktoru var və bu, İrana qarşı sarsıdıcı nəticələr doğura bilər. Eyni zamanda Güney Azərbaycanda yaşayan azərbaycanlıların etiraza qalxması istiqamətində də Azərbaycan müəyyən addımlar ata bilər".

"İran Azərbaycanı asanlıqla təhdid edə bilməz”

Analitikin qənaətincə, İran hesab etməməlidir ki, Azərbaycanı təhdid etmək və ya Azərbaycana qarşı təxribatlar törətmək onun üçün asan başa gələcək:


“Bu gün İran Amerika ilə ciddi konfrontasiya vəziyyətindədir. Ölkə daxilində sosial-iqtisadi vəziyyəti sabitləşdirmək əvəzinə, ABŞ ilə  dialoqa gedərək problemləri həll etmək əvəzinə, göründüyü kimi, yenə də ənənəvi siyasətinə — anti-Azərbaycan xəttinə sadiq qalır və Azərbaycanı hədələyir. Anlamaq istəmirlər ki, Azərbaycanın seçdiyi istiqamət doğrudur və İranda təxminən 40 milyon azərbaycanlı yaşayır. Yəni Güney azərbaycanlılarla bağlı da Azərbaycan öz siyasətini açıq şəkildə ortaya qoya bilər”.    

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
“Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 Bütün Xəbərlər