Süni nəfəs aparatına qoşulan hərbi blok: KTMT-nin ömrü qısalır...

Süni nəfəs aparatına qoşulan hərbi blok: KTMT-nin ömrü qısalır...
29.10.2025 16:37

KTMT-nin baş katibi İmanqali Tasmaqambetov qurumun kollektiv qüvvələrinin döyüş potensialının artırılacağını açıqlayıb. 


O bildirib ki, üzv ölkələrdə hərbi kadr hazırlığı müasir texnologiyalar əsasında təkmilləşdiriləcək. Həmçinin KTMT-nin təhlükəsizlik strategiyasının müddəti uzadılacaq və yeni çağırışlara uyğunlaşdırılacaq. Bu addımlar təşkilatın gələcəkdə hərbi qarşıdurmalarda daha aktiv rol alacağı ehtimalını gündəmə gətirib. 

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan "Alyans" strateji araşdırmalar mərkəzinin sədri Abutalıb Səmədov bildirib ki, bu bəyanat KTMT-nin “nəfəsi hələ kəsilməyib” görüntüsü yaratmaq cəhdidir:


"KTMT-nin baş katibinin verdiyi bəyanat, təşkilatın hələ də yaşadığını və gələcəkdə daha da güclü quruma çevriləcəyinə dair inam yaratmaq məqsədi daşıyır. Əslində isə, hamı anlayır ki, bu təşkilatın real potensialı yoxdur. KTMT əslində Rusiyadır. Ermənistan yaxın zamanda, yəqin ki, bu təşkilatdan çıxacaq. Təbii ki, ölkədə keçiriləcək parlament seçkilərində ruspərəst qüvvələr qalib gəlməsə". 

Analitik qeyd edib ki, ittifaqın gələcəyi, lider dövlətin dominantlığı səbəbindən artıq sual altındadır:


"Mərkəzi Asiya dövlətləri də hələlik məcburiyyətdən təşkilatda qalır. KTMT-nin hər hansı bir hərbi qarşıdurmada iştirak etmək potensialı yoxdur. Əgər olsaydı, Ukrayna müharibəsində üzv dövlətlər Rusiyaya real dəstək verərdilər. Lakin heç biri belə addım atmadı.

Buna görə də KTMT-nin ömrünü yalnız bir neçə il uzatmaq, belə bəyanatlarla təşkilatın “yaşadığı” və “gücləndiyi” görüntüsünü yaratmaq mümkündür. Amma reallıq ondan ibarətdir ki, KTMT uzunmüddətli yaşamaq iqtidarında deyil. Çünki təşkilatın lider dövləti olan Rusiya bir blokda olduğu ölkələrin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etmir". 

A. Səmədov əlavə edib ki, KTMT hələki süni şəkildə yaşadılır:

"Bu ittifaqda inam yoxdur. İnam olmayan yerdə isə hər hansı bir beynəlxalq qurumun uzunömürlü olması mümkün deyil. Bu cür bəyanatlar bundan sonra da veriləcək, “hər şey qaydasındadır” görüntüsü yaradılacaq. Amma artıq müşahidəçilərə yaxşı məlumdur ki, KTMT-nin ömrü qısadır və o, heç bir qarşıdurmada vahid blok kimi iştirak etməyəcək".

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
Bratislavada Azərbaycan fırtınası: iki qadın güləşçimiz yarımfinala çıxdı! 17:08 Hövsandakı "Araz" marketlərdə kartla ödəniş dayandı, sakinlər kassada qaldı 16:52 NBA çempionundan Dubaya böyük dəstək: Tristan Tompson klubun siması oldu! 16:45 Türkiyədən Netanyahunun təhdidlərinə sərt cavab: “Onun oyunlarını puça çıxaracağıq” 16:11 Fernando Alonso üçün yeni dövr başlayır? “Aston Martin”dən mühüm addım 16:04 İran Kaliforniyanı öz ərazisi elan etdi 15:49 “Real Madrid” hamını geridə qoydu – milyardlıq klubların siyahısı 15:42 UKMTO təcili məlumat yaydı: Yəmən sahillərində tanker ələ keçirildi 15:40 Ukraynaya ayrılan milyardlar haradadır? "Mossad"ın keçmiş zabitinə xüsusi tapşırıq 15:31 Rusiyalı tennisçiyə Azərbaycan və digər ölkələrdən təmsilçilik təklif olunub 15:20 İstanbulda tramvay relsdən çıxdı 14:53 “Qalatasaray” Batrakov üçün hərəkətə keçdi – 25 milyon avroluq transfer 14:34 Tacikistan Rusiyadan üz döndərib İrana yönəldi 14:21 İran ABŞ-yə xəbərdarlıq etdi: “Bu dəfə daha güclü silahlardan istifadə edəcəyik” 13:53 Şimali Koreya Yapon dənizinə 10 ballistik raket atdı 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Bütün Xəbərlər