Qırmızı nöqtə aktivləşdi: Azərbaycan dünyanın mərkəzinə necə çevrildi?

Qırmızı nöqtə aktivləşdi: Azərbaycan dünyanın mərkəzinə necə çevrildi?
13.07.2026 15:46

Tez-tez Azərbaycanın coğrafi mövqeyinin üstünlüklərindən və onun qazandırdığı dividendlərdən bəhs edirik.

Bəs nədir bu üstünlüklər?

Azərbaycanın xəritədəki yerinə sadəcə coğrafi nöqtə kimi baxmaq düzgün olmazdı. Bu yerləşmə ölkəyə eyni anda həm Şərqlə Qərbi, həm də Şimal ilə Cənubu idarə etmək imkanı verir.

Dünyada bu iki nəhəng ticarət oxunun tam kəsişməsində dayanan və hər iki layihədə aparıcı rol oynayan ölkələrin sayı çox azdır. Biz faktiki olaraq Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən Orta Dəhlizin ən kritik quru və dəniz qovşağıyıq. Eyni zamanda Rusiya, İran və Hindistan arasında birbaşa dəmir və avtomobil yolu bağlantısını təmin edən yeganə rahat keçid də məhz buradan keçir.

Burada ən böyük üstünlüklərdən biri Xəzər dənizidir. Mərkəzi Asiyanın dənizə çıxışı olmayan dövlətləri, yəni Qazaxıstan, Özbəkistan və Türkmənistan öz məhsullarını Qərb bazarlarına çıxarmaq üçün mütləq Xəzəri keçməlidirlər.

Ələt Limanının coğrafi yerləşməsi elə hesablanıb ki, gəmilər sahilə yan alan kimi yüklər dərhal magistral dəmir və avtomobil yollarına ötürülür. Bu da beynəlxalq daşımalarda ən vacib şərt olan vaxt itkisini minimuma endirir. Üstəlik, Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə Azərbaycan ərazisi böyük yolların çəkilməsi üçün daha rahat və düzənlik relyefə malikdir.

Ermənistanın dağlıq relyefi və Gürcüstanın çətin dağ aşırımları böyük həcmli yüklərin sürətlə daşınmasına təbii maneələr törətdiyi halda, Azərbaycan Şərqdən Qərbə və Şimaldan Cənuba qədər olan məsafədə geniş, maneəsiz koridorlar təqdim edir. Bu isə daşınma xərclərini birbaşa aşağı salır.

Bu coğrafi relyef təkcə qatarların keçməsi üçün yox, həm də qlobal enerji və rəqəmsal data xətlərinin çəkilməsi üçün ən qısa yoldur. Vaxtilə karbohidrogen ehtiyatlarımızı Avropaya çatdıran Cənub Qaz Dəhlizi məhz bu coğrafiyanın imkanları sayəsində reallaşdı.

İndi isə proses yeni mərhələyə keçir; Mərkəzi Asiyanın "yaşıl enerji" potensialının Xəzərin dibi ilə Azərbaycana, buradan isə Qara dəniz vasitəsilə Avropaya ötürülməsi planlaşdırılır. Vətən müharibəsindən sonra isə bu coğrafi üstünlük daha da gücləndi.

Qarabağ və Şərqi Zəngəzurda tikilən beynəlxalq hava limanları və yeni avtomobil yolları ölkənin cənub-qərb istiqamətindəki logistik imkanlarını tamamilə yenilədi və Naxçıvan üzərindən Türkiyəyə açılan daha qısa alternativ yolların zəminini yaratdı.

Bütün bunları birləşdirəndə aydın olur ki, keçmişdə böyük güclərin rəqabət və toqquşma meydanına çevrilmək riski daşıyan bu coğrafiya, düzgün və praqmatik idarəetmə sayəsində bu gün Azərbaycanın ən böyük dayanıqlı aktivinə çevrilib.

Ölkə öz yerləşməsini hamının marağının kəsişdiyi, münaqişələrdən uzaq və əvəzolunmaz bir qlobal tranzit mərkəzi kimi qəbul etdirə bilib.

Qiymət Mahir

XƏBƏR LENTİ
13 IYUL 2026
İran boşboğazlıq etdi, danışıqları pozdu - Tramp "qamçı"ya əl atdı 16:58 İran siyahı açıqladı - Bu dövlətlərin rəhbərləri infaz ediləcək 17:06 Böyüyən arzular, kiçilən evlər - Ali təhsil və miqrasiya valideynləri necə tənhalaşdırır? 16:58 Ukrayna ilə İran ətrafında gərginliyin artdığı mərhələdə Azərbaycan hansı geosiyasi təhdidlərlə üzləşə bilər? 16:47 Türkiyə Osmanlı sərhədlərini bərpa edir, Hörmüz boğazı Ankaraya tapşırılır - İDDİA 16:38 "Qarabağ"da gözlənilməz ayrılıq 16:35 Cibində son model telefon, evində borc dəftəri: "Gizli yoxsulluq" kimləri tapır? 16:29 Rafael Ağayevə ağır itki 16:08 SONDƏQİQƏ! Böyük Britaniya SEPAH-ı terror təşkilatı kimi tanıdı 16:03 Prezidentin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumu ilə bağlı videoçarx paylaşıldı 15:57 Qırmızı nöqtə aktivləşdi: Azərbaycan dünyanın mərkəzinə necə çevrildi? 15:46 Rusiya dağılırdı, Putin gəldi, qorudu 15:44 Mollaların ən qatı prezidenti İsrail agenti çıxdı - Sepah Əhmədeinejatı dustaq etdi 15:36 Müəllimlər saathesabı yox, tam iş günü çalışacaq - AÇIQLAMA 15:30 Sabahın havası açıqlandı 15:24 AŞPA-dan çıxmaq Avropa İttifaqı ilə əlaqələri kəsəcək? - İkili standartlara qarşı növbəti addım 15:14 Prezident Folklend adaları məsələsinə münasibət bildirdi 15:05 "Kiçik dövləti və məğlub xalqı" qalib millətə və Orta Gücə yüksəldən Müzəffər Ali Baş Komandan İlham Əliyev 14:52 Amerikanın ən nüfuzlu adamını İran öldürdü - Duqindən sensasion açıqlama 14:46 Türkiyədə çalışan azərbaycanlı həkimlərdən çağırış –"Yeni qanun gələcəyimizi təhlükəyə atır" 14:41 Prezident: "Belə avtomobillə heç yerə getmərəm" 14:25 PSJ Dzion Sudzuki ilə danışıqlara başladı 14:29 Qrahamın sirr kimi ölümü - Rusiya dronlarının yol açdığı amerikan faciəsi 14:19 Erməni mediası Prezidentlə bərabər Qarabağı gəzir 13:49 MM-in növbədənkənar sessiyasının son iclasının tarixi açıqlandı 13:43 Bütün Xəbərlər