Paşinyan Moskvaya nifrət püskürdən Qərbin "əsas adamı"na yüksək vəzifə verdi

Paşinyan Moskvaya nifrət püskürdən Qərbin "əsas adamı"na yüksək vəzifə verdi
04.08.2026 11:21

Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" Partiyasının aparıcı simalarından olan Ruben Rubinyan son illərdə ölkənin ən sürətlə yüksələn siyasətçilərindən biridir.  Nikol Paşinyanın ən yaxın siyasi müttəfiqlərindən sayılan Rubinyan uzun müddət parlamentin sədr müavini, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə Ermənistanın xüsusi nümayəndəsi kimi fəaliyyət göstərib. 2026-cı il avqustun 3-də isə Ermənistan Milli Assambleyasının sədri seçilərək ölkənin siyasi iyerarxiyasında ən yüksək vəzifələrdən birini tutub. 


1990-cı il martın 8-də İrəvanda anadan olan Rubinyan İrəvan Dövlət Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıb. Daha sonra Böyük Britaniyanın University College London (UCL) universitetində təhlükəsizlik siyasəti, Polşanın Yagellon Universitetində isə Avropaşünaslıq üzrə magistr təhsili alıb. Onun akademik fəaliyyəti əsasən Avropa inteqrasiyası və Avropa siyasəti mövzularını əhatə edib. 

2018-ci ildə Ermənistanda baş verən "məxməri inqilab"dan sonra Nikol Paşinyanın komandasına qoşulan Rubinyan əvvəlcə xarici işlər nazirinin müavini təyin olunub. Ardınca parlamentə deputat seçilib, Xarici əlaqələr daimi komissiyasına rəhbərlik edib, 2021-ci ildən isə parlament sədrinin müavini vəzifəsində çalışıb.

Həmin ildən etibarən Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi kimi fəaliyyət göstərən Rubinyan Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç ilə aparılan danışıqlarda İrəvanı təmsil edib. Onun adı Ankara–İrəvan münasibətlərinin normallaşdırılması prosesində əsas fiqurlardan biri kimi çəkilir. 

Rubinyan Paşinyan hakimiyyətinin ən Qərbyönlü siyasətçilərindəndir.  O, Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinin genişləndirilməsini və Avropa institutları ilə daha sıx əməkdaşlığı dəstəkləyən mövqeyi ilə tanınır. Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra Moskvanın siyasətini tənqid edən çıxışları və Ermənistanın Qərblə yaxınlaşmasını müdafiə etməsi onun həm Ermənistan, həm də Rusiya mediasında tez-tez müzakirə olunan siyasətçilərdən birinə çevrilməsinə səbəb olub. Siyasi müşahidəçilər onu Paşinyan komandasının Qərbə inteqrasiya siyasətinin əsas simalarından biri kimi qiymətləndirirlər. 

36 yaşlı siyasətçi erməni dili ilə yanaşı, ingilis və rus dillərini sərbəst bilir. Xaricdə aldığı təhsil və beynəlxalq təşkilatlarla əməkdaşlığı ona diplomatik mühitdə fəallıq göstərmək imkanı yaradıb.

Rubinyan şəxsi həyatını ictimaiyyətdən uzaq saxlamağa üstünlük verir. O, evlidir və ailəsi barədə mediaya geniş məlumat vermir. Atası Karapet Rubinyan Ermənistanın tanınmış siyasətçilərindən biridir. O, 1990-cı illərdə Ermənistan Ali Sovetinin sədri və parlament sədrinin müavini vəzifələrində çalışıb, ölkənin müstəqilliyinin ilk illərində siyasi proseslərin fəal iştirakçılarından olub.


Siyasi müşahidəçilərin fikrincə, Ruben Rubinyan xarici siyasət məsələlərində keçmiş sədr Alen Simonyanla müqayisədə daha açıq Qərbyönlü mövqeyi və Rusiyanın region siyasətinə yönəltdiyi sərt tənqidləri və radikallığı ilə seçilir. Bu səbəbdən onun parlament sədri seçilməsi Paşinyan hakimiyyətinin Qərbə yaxınlaşma kursunun daha qabarıq şəkildə davam etdiriləcəyi kimi qiymətləndirilir. 

Jalə Rövşən 

FOTOLAR

Paşinyan Moskvaya nifrət püskürdən Qərbin "əsas adamı"na yüksək vəzifə verdi — 1
XƏBƏR LENTİ
04 AVQUST 2026
Bayron Skottdan səs-küylü LeBron–Cordan açıqlaması! 12:47 Azərbaycan XİN başçısı ilə İqnasio Kassis arasında geniş tərkibdə görüş keçirildi - YENİLƏNDİ 11:57 Pezeşkiandan istefa açıqlaması: Nə baş verir? 12:32 Şahbuzda zəlzələ oldu 12:24 Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılmasında əsas mərhələ başlayır 12:08 Bakı dərhal hərəkətə keçdi, İsrail prosesi dayandırdı 12:01 Artıq sürücülərə ehtiyac olmayacaq - Qəza olsa... 12:00 Ceyhun Bayramov İqnazio Kassisi qarşıladı 11:37 Türkiyədə Azərbaycan güləşçilərinin zəfər yürüşü! 11:31 Paşinyan Moskvaya nifrət püskürdən Qərbin "əsas adamı"na yüksək vəzifə verdi 11:21 Ermənistan KTMT-dən çıxarılır? - Bu tarixdə müzakirə olacaq 11:07 Qanunsuz saxlanılan silah-sursat aşkarlandı 11:01 Zverev məşhur tennisçilərin yoxluğuna aydınlıq gətirdi 10:49 Qızıl 11 dollar bahalaşdı 10:42 Əfsanəvi tennisçidən oyunun formatını dəyişəcək ideya 10:28 Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşdü 10:26 Əfsanə iki ulduzun fərqli oyun üslubundan danışdı 10:19 Azərbaycanda polkovnik qəfil vəfat etdi - FOTO 10:01 Braun LeBronla bağlı həyəcanını gizlətmədi 10:03 Diskvalifikasiyadan sonra Mudriki yeni klub gözləyir 09:48 Ağdamda baş vermiş yanğınlarla bağlı şübhəli bilinən şəxs saxlanıldı - VİDEO 09:40 Kriştianu Ronaldonun toyu dünya ulduzlarını bir araya gətirəcək 09:29 Moskvaya dəhşətli hücum - Ölü və yaralılar var - VİDEO 09:26 Əfsanədən yeni qərar: Bundesliqadan ayrılmadı! 09:16 Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi 09:13 Bütün Xəbərlər