Zverev məşhur tennisçilərin yoxluğuna aydınlıq gətirdi

Zverev məşhur tennisçilərin yoxluğuna aydınlıq gətirdi
04.08.2026 10:49 İdman

Aleksandr Zverev Sinner, Alkaras və Cokoviçin Monreal “Masters”ində iştirak etməməsinin səbəbini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Punto de Break” nəşri məlumat yayıb. 

Dünya reytinqində ikinci pillədə qərarlaşan almaniyalı tennisçi Aleksandr Zverev bunun əsas səbəbinin “Masters 1000” seriyasına daxil olan turnirlərin iki həftə davam etməsinin olduğunu bildirib. 

O hesab edir ki, xüsusilə ABŞ Açıq çempionatından (US Open) əvvəl belə uzunmüddətli yarışlar bəzi tennisçilər üçün əlavə yük yaradır.

“Əla formada qalmaq üçün bəzi oyunçular daha çox, digərləri isə daha az turnirdə iştirak etməlidirlər. Mənim üçün oynamaq vacibdir, buna görə də yarışlarda çıxış edirəm. Ancaq artıq ikinci və ya üçüncü ildir ki, Alkaras, Sinner və Cokoviç burada oynamırlar. Bu, iki həftəlik “Masters 1000” turnirlərinin nəticəsidir. Xüsusilə US Open öncəsi bu müddət bəzi oyunçular üçün həddindən artıq uzundur. Mən də əvvəllər daha çox ATP-500 və ATP-250 turnirlərində çıxış edirdim. Lakin indi evdən və ailədən uzun müddət uzaqda qalmalı olduğum üçün bunu etmirəm. Bununla belə, mənim üçün matç praktikası çox vacibdir”, – deyə Zverev bildirib.

Qeyd edək ki, Monreal “Masters” turniri avqustun 2-dən 13-dək keçirilir. Yarışın kişilər arasında tək oyunlar üzrə ümumi mükafat fondu 9,5 milyon ABŞ dollarıdır.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
04 AVQUST 2026
Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılmasında əsas mərhələ başlayır 12:08 Bakı dərhal hərəkətə keçdi, İsrail prosesi dayandırdı 12:01 Artıq sürücülərə ehtiyac olmayacaq - Qəza olsa... 12:00 Azərbaycan XİN başçısı ilə İqnasio Kassis arasında təkbətək görüş başladı 11:57 Ceyhun Bayramov İqnazio Kassisi qarşıladı 11:37 Türkiyədə Azərbaycan güləşçilərinin zəfər yürüşü! 11:31 Paşinyan Moskvaya nifrət püskürdən Qərbin "əsas adamı"na yüksək vəzifə verdi 11:21 Ermənistan KTMT-dən çıxarılır? - Bu tarixdə müzakirə olacaq 11:07 Qanunsuz saxlanılan silah-sursat aşkarlandı 11:01 Zverev məşhur tennisçilərin yoxluğuna aydınlıq gətirdi 10:49 Qızıl 11 dollar bahalaşdı 10:42 Əfsanəvi tennisçidən oyunun formatını dəyişəcək ideya 10:28 Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşdü 10:26 Əfsanə iki ulduzun fərqli oyun üslubundan danışdı 10:19 Azərbaycanda polkovnik qəfil vəfat etdi - FOTO 10:01 Braun LeBronla bağlı həyəcanını gizlətmədi 10:03 Diskvalifikasiyadan sonra Mudriki yeni klub gözləyir 09:48 Ağdamda baş vermiş yanğınlarla bağlı şübhəli bilinən şəxs saxlanıldı - VİDEO 09:40 Kriştianu Ronaldonun toyu dünya ulduzlarını bir araya gətirəcək 09:29 Moskvaya dəhşətli hücum - Ölü və yaralılar var - VİDEO 09:26 Əfsanədən yeni qərar: Bundesliqadan ayrılmadı! 09:16 Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi 09:13 “Arsenal”ın ulduzu gözünü bütün kuboklara dikdi! 09:00 ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana ilk rəsmi səfərinə başladı 08:41 “Barselona” azarkeşlərini düşündürən Ferran Torres açıqlaması 08:48 Bütün Xəbərlər