Ağdamda baş vermiş yanğınlarla bağlı şübhəli bilinən şəxs saxlanıldı - VİDEO

Ağdamda baş vermiş yanğınlarla bağlı şübhəli bilinən şəxs saxlanıldı - VİDEO
04.08.2026 09:40 Hadisə

Ağdam rayonu ərazisində son günlər baş vermiş yanğın hadisələrinin səbəblərinin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırmalar çərçivəsində əraziyə qaldırılmış pilotsuz uçuş aparatı (PUA) və video-müşahidə kameralarının görüntüləri təhlil olunub. Toplanmış materiallar əsasında Ağdam-Ağcabədi inzibati ərazilərinin kəsişməsində yerləşən əkin sahələrinin qəsdən yandırılması faktı müəyyən edilib.

İlkin araşdırmalar zamanı hadisənin 77-PT-225 dövlət qeydiyyat nişanlı "Niva" markalı avtomobili idarə edən 29 yaşlı Səbuhi Hüseynli tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən olunduğundan həmin şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. Hazırda S.Hüseynlinin təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsi, hadisənin bütün hallarının tam və hərtərəfli araşdırılması, habelə əmələ hüquqi qiymət verilməsi istiqamətində zəruri prosessual tədbirlər davam etdirilir.

Xatırladaq ki, ötən günlərdə Ağdamın bir sıra kəndlərində yanğınlar baş verirdi.

TodayPress TV

XƏBƏR LENTİ
04 AVQUST 2026
Qanunsuz saxlanılan silah-sursat aşkarlandı 11:01 Zverev məşhur tennisçilərin yoxluğuna aydınlıq gətirdi 10:49 Qızıl 11 dollar bahalaşdı 10:42 Əfsanəvi tennisçidən oyunun formatını dəyişəcək ideya 10:28 Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşdü 10:26 Əfsanə iki ulduzun fərqli oyun üslubundan danışdı 10:19 Azərbaycanda polkovnik qəfil vəfat etdi - FOTO 10:01 Braun LeBronla bağlı həyəcanını gizlətmədi 10:03 Diskvalifikasiyadan sonra Mudriki yeni klub gözləyir 09:48 Ağdamda baş vermiş yanğınlarla bağlı şübhəli bilinən şəxs saxlanıldı - VİDEO 09:40 Kriştianu Ronaldonun toyu dünya ulduzlarını bir araya gətirəcək 09:29 Moskvaya dəhşətli hücum - Ölü və yaralılar var - VİDEO 09:26 Əfsanədən yeni qərar: Bundesliqadan ayrılmadı! 09:16 Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi 09:13 “Arsenal”ın ulduzu gözünü bütün kuboklara dikdi! 09:00 ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana ilk rəsmi səfərinə başladı 08:41 “Barselona” azarkeşlərini düşündürən Ferran Torres açıqlaması 08:48 Moskvaya dron hücumu: Ölənlər var - VİDEO 08:28 Krasnıy Borda nəhəng anbar vuruldu - VİDEO 08:18 Qırmızı və sarı pomidorun fərqi nədir? 00:56 Köpəkbalıqlarının qanında kokain tapıldı 00:24 Okeanın dibində “ölüm zonaları” tapıldı 00:17 Səudiyyə Ərəbistanı səhranı yaşıllaşdırır: 159 milyon ağac 23:47 Fransada çaylar bir-bir quruyur 23:35 Alimlərdən xəbərdarlıq: 2030-a qədər hər şey dəyişə bilər 22:34 Bütün Xəbərlər