Kriştianu Ronaldonun toyu dünya ulduzlarını bir araya gətirəcək

Kriştianu Ronaldonun toyu dünya ulduzlarını bir araya gətirəcək
04.08.2026 09:29 İdman

Kriştianu Ronaldo toyuna Həbib Nurməhəmmədov və Konor Makqreqoru dəvət edib.

TodayPress TV xəbər verir ki, bu barədə “MMA Weekly” nəşri məlumat ya yıb.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo keçmiş UFC çempionlarına Corcina Rodrigeslə keçiriləcək toy mərasiminə dəvət göndərib.

Ronaldo və Corgina Rodrigesin toyu gələn həftəsonu Portuqaliyanın Madeyra adasında baş tutacaq. 

Dəvət olunan qonaqlar arasında musiqiçilər Dreyk, Rihanna və Cennifer Lopez, məşhur bloger IShowSpeed, britaniyalı teleaparıcı Pirs Morqan və digər tanınmış simalar da yer alır.

Məlumata əsasən, nikah mərasimi Funşal kafedralında keçiriləcək. Bundan sonra cütlük toy məclisini şəhərdə yerləşən beşulduzlu otellərdən birində təşkil edəcək. Tədbirlə əlaqədar otel rəhbərliyi qonaqlara cümə və şənbə günləri iki mərtəbənin, eləcə də bir neçə bar zonasının bağlı olacağını bildirib.

Qeyd edək ki, Funşal Kriştianu Ronaldonun doğulduğu şəhərdir. Portuqaliyalı ulduz futbolçu Corcina Rodrigesə 2025-ci ildə evlilik təklifi edib. Cütlük 2016-cı ildən münasibətdədir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
04 AVQUST 2026
Qızıl 11 dollar bahalaşdı 10:42 Əfsanəvi tennisçidən oyunun formatını dəyişəcək ideya 10:28 Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşdü 10:26 Əfsanə iki ulduzun fərqli oyun üslubundan danışdı 10:19 Azərbaycanda polkovnik qəfil vəfat etdi - FOTO 10:01 Braun LeBronla bağlı həyəcanını gizlətmədi 10:03 Diskvalifikasiyadan sonra Mudriki yeni klub gözləyir 09:48 Ağdamda baş vermiş yanğınlarla bağlı şübhəli bilinən şəxs saxlanıldı - VİDEO 09:40 Kriştianu Ronaldonun toyu dünya ulduzlarını bir araya gətirəcək 09:29 Moskvaya dəhşətli hücum - Ölü və yaralılar var - VİDEO 09:26 Əfsanədən yeni qərar: Bundesliqadan ayrılmadı! 09:16 Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi 09:13 “Arsenal”ın ulduzu gözünü bütün kuboklara dikdi! 09:00 ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana ilk rəsmi səfərinə başladı 08:41 “Barselona” azarkeşlərini düşündürən Ferran Torres açıqlaması 08:48 Moskvaya dron hücumu: Ölənlər var - VİDEO 08:28 Krasnıy Borda nəhəng anbar vuruldu - VİDEO 08:18 Qırmızı və sarı pomidorun fərqi nədir? 00:56 Köpəkbalıqlarının qanında kokain tapıldı 00:24 Okeanın dibində “ölüm zonaları” tapıldı 00:17 Səudiyyə Ərəbistanı səhranı yaşıllaşdırır: 159 milyon ağac 23:47 Fransada çaylar bir-bir quruyur 23:35 Alimlərdən xəbərdarlıq: 2030-a qədər hər şey dəyişə bilər 22:34 Qanada plastik tullantılardan bunu düzəltdilər - Görənlər təəccübləndi 22:21 Ceki Çan Azərbaycandadır 00:50 Bütün Xəbərlər