Seçki hesabı: 102-ci BAZA QALIR — Paşinyan NƏ PLANLAYIR?

Seçki hesabı: 102-ci BAZA QALIR — Paşinyan NƏ PLANLAYIR?
27.02.2026 17:04 Təhlil

Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 26-da Polşada diplomatik nümayəndələr və analitiklərlə keçirdiyi görüşdə ölkəsinin Rusiya ilə hərbi əməkdaşlığına dair diqqətçəkən açıqlama verib. 

O bildirib ki, Ermənistanın Rusiyaya məxsus 102-ci hərbi bazanın ölkədən çıxarılması ilə bağlı hər hansı planı yoxdur və rəsmi İrəvan Moskva ilə mövcud tərəfdaşlıq münasibətlərini davam etdirir. 


Paşinyanın sözlərinə görə, Ermənistan və Rusiya arasında iqtisadi və siyasi əlaqələr möhkəm olaraq qalır və iki ölkə arasında sıx əməkdaşlıq mövcuddur. 

Bu açıqlama regionda baş verən geosiyasi dəyişikliklər, eləcə də Ermənistanın son dövrlərdə Qərblə münasibətlərini genişləndirməyə çalışdığı bir mərhələdə səsləndirilməsi baxımından diqqət çəkir.

Bəs Paşinyan 102-ci hərbi bazanı ölkədən çıxarmaq istəsə belə, bu nə dərəcədə mümkündür və belə bir addımın hansı nəticələri ola bilər?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) sədrinin Beynəlxalq Məsələlər üzrə müavini Elşən Mustafayev Ermənistanın Baş nazirinin Polşada Rusiya ilə bağlı verdiyi açıqlamaların təsadüfi olmadığını deyib:


“Ölkədə iyun ayında parlament seçkiləri keçiriləcək və Rusiyanın bu seçkilərə müxtəlif vasitələrlə müdaxilə etməsi gözlənilir. Belə bir vəziyyətdə onun bu cür bəyanatlar vermə ehtimalı əvvəlcədən də gözlənilən idi. Ermənistandakı 102-ci baza müqavilə əsasında hələ uzun illər orada qalmalıdır. Eyni zamanda Avrasiya İqtisadi İttifaqında (Aİİ) təmsil olunduğundan Ermənistanın Rusiya ilə siyasi, iqtisadi və hərbi əməkdaşlığının olduğunu deməsi də normaldır”.

BƏS PAŞİNYAN NƏ DƏRƏCƏDƏ SƏMİMİDİR? 


E.Mustafayev Paşinyanın bu cür bəyanatları məcburiyyətdən verdiyi qənaətindədir:

“Onun üçün iyun ayındakı seçkiləri qazanmaq əsas prioritetdir. Seçkilərdən sonra dünyada baş verən beynəlxalq vəziyyətdən asılı olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) da çıxa, müxtəlif yollarla 102-ci baza ilə bağlı müqaviləni vaxtından əvvəl ləğv edə bilər. Hətta gələcək üçün iqtisadi təminatlar əldə edəcəyi halda Aİİ-dən də çıxa bilər”.


Ekspertin sözlərinə görə, əslində, Paşinyanın “Rusiya ilə isti münasibətlərin olması” ilə bağlı bəyanatına rəsmi Moskva inanmır və bunun situasiyaya uyğun səsləndirildiyini bilir:

“Ona görə də yaxın üç ayda Ermənistandakı seçkilərə maksimum şəkildə təsir etməyə cəhd edəcək. Əgər bu müdaxilə özünü ciddi şəkildə göstərəcəksə, o zaman Paşinyan hətta seçkidən əvvəl Polşada verdiyi açıqlamaların tam əksini səsləndirərək, Rusiya əleyhinə bütün istiqamətlər üzrə kampaniyaya başlaya bilər”.

Qiymət Mahir

XƏBƏR LENTİ
31 IYUL 2026
Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Bütün Xəbərlər