Moskva Krım uğrunda ölümünə savaşa girir - VİDEO

Moskva Krım uğrunda ölümünə savaşa girir - VİDEO
24.06.2026 10:50

Rusiya üçün Krım Vladimir Putinin hakimiyyət dövrünün ən böyük rəmzi və Kremlin "əbədi torpaq" kimi təqdim etdiyi siyasi xəzinədir. Elə 2022-ci ildə başlayan müharibənin əsas hədəflərindən biri də yarımadanı quru yolu ilə Rusiyaya birləşdirmək idi. İndi mənzərə göstərir ki, Moskva artıq Krımı əlində saxlamaq üçün hər şeyini ortaya qoyur.

Sevastopol hərbi dəniz bazası, cənub cəbhəsinin logistika mərkəzi və Ukraynanı vuran raket-dron platforması olan bu yarımadanın itirilməsi və ya tam blokadaya düşməsi Kreml üçün hərbi iflasla bərabər, həm də siyasi fəlakət deməkdir. Bu səbəbdən Moskva eyni vaxtda həm paytaxtı, həm Krımı, həm də cəbhə xəttini qorumağa çalışsa da, Ukraynanın ardıcıl zərbələri bu planı pozur.

İyunda Krımda yaranan kəskin yanacaq böhranı vəziyyətin nə dərəcədə kritik olduğunu deyir.

Ukrayna ordusunun Kerç körfəzinə, Mariupol istiqamətindəki quru dəhlizinə və neft anbarlarına endirdiyi zərbələr nəticəsində yarımadada mülki əhaliyə benzin satışı dayandırılıb, yanacaq yalnız hərbçilərə və dövlət qurumlarına paylanır.

Bu isə kilometrlərlə uzanan növbələrə, işıq kəsintilərinə və turizm mövsümünün tamamilə batmasına yol açıb. Rusiya daxilindəki neft emalı zavodlarının vurulması ümumi istehsalı rəsmən aşağı salıb və cəbhədəki rus qoşunlarının hücum tempini zəiflədib. İndi Kreml çox çətin bir seçimlə üz-üzədir. Putin bilmir, paytaxtı qorusun, Krımı saxlasın, yoxsa cəbhədə irəliləsin...

Rusiyanın S-300 və S-400 hava hücumundan müdafiə sistemləri Ukrayna dronlarının hədəfinə çevrilərək ciddi şəkildə sıradan çıxıb.

Elektron müharibə sistemləri birtəhər vəziyyəti idarə etməyə çalışsa da, real raket ehtiyatını əvəz edə bilmir. Buna görə də Baş Qərargah hava hücumundan müdafiə qüvvələrini yalnız ən strateji nöqtələrə — Moskvaya, Kerç körpüsünə və əsas neft zavodlarına çəkir, qalan bölgələr isə müdafiəsiz qalır.

Baş Qərargah rəisi Valeri Gerasimovun siyasi rəhbərliyə bütün istiqamətləri eyni vaxtda qorumağın qeyri-mümkünlüyü barədə hesabat verməsi gözlənilir.

Bütün bunlara rəğmən, Moskva Krım uğrunda  axıra qədər gedəcək. Çünki yarımada əldən çıxsa, müharibənin heç bir ideoloji mənası qalmır. Cənubdan rus ordusu mühasirə daxilində logistikasız qalır.

Ukrayna bunu hədəfləyir: Krımı sanksiyalar və zərbələrlə  "ada"ya çevirmək, Rusiyanı daxildən tükəndirmək. Rusiyanın hələ də böyük ətdən divarı və hərbi potensialı olsa da, Krım artıq Moskva  üçün həm əsas güc rəmzi, həm də müharibənin taleyini həll edəcək ən zəif, ən baha başa gələn nöqtədir. 

Jalə Rövşən

XƏBƏR LENTİ
03 IYUL 2026
Evlərdə gizli xəzinə var: Azərbaycan ailəsinin ehtiyatı nə qədərdir? 19:51 Türk dünyası bu bəyannamədə birləşdi 20:20 Axrıncı dəfə olsun, Elvin! 20:12 Rusiyadakı benzin qıtlığı Azərbaycana təsir edəcək? - AÇIQLANDI 20:04 33 ildən sonra itkin-şəhid doğma kəndində dəfn olundu 19:43 Rəsmilər İranda vida mərasimində belə iştirak etdilər - Prezidentin başsağlığı çatdırıldı 19:34 XƏBƏRDARLIQ: İyulun 7-də bu kənd və qəsəbələr qazsız qalacaq 19:13 “Qarabağ”ın yeni transferi bəlli oldu 19:26 Ömürlük məhkum edilən Qarabağ separatçıları apellyasiyada nə istədi? 19:19 Sərnişinlərin NƏZƏRİNƏ: Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir 19:06 Suriyanın müdafiəsi türk generala tapşırıldı 18:59 33 il itkin sayılan qadın doğma kəndində torpağa tapşırıldı 18:46 Pezeşkian Xamenei ilə vidalaşarkən ağladı - VİDEO 18:33 Bakı-Tbilisi-Qars qatarları Çinə qədər gedə bilər - TƏKLİF 18:23 Xaricdə yaşayan ermənilər üçün PİS XƏBƏR 18:15 Tuskdan Zelenskiyə: “Gərginliyi sən yaratdın” 18:07 Azərbaycan insanı ən çox hansı səbəbdən ölür? 17:42 Rayonlarda leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ 17:29 Nəyi gözləyirik? - Delimitasiyanın vaxtı keçir... 17:18 Zelenskinin portreti: Ukrayna nə qədər tab gətirə biləcək? 16:59 Yastıq altında yatan milyardlar: Azərbaycan əhalisinin evdə nə qədər nağd pulu var? 16:50 Ter Ştegen “Barselona”dan ayrılır: “Ayaks”la razılıq əldə olundu 16:41 Xameneinin övladları niyə dəfn mərasimində görünmədi? 16:20 Zəngəzurdan keçən dəmiryolu Azərbaycanın mülkiyyətində – Proses necə reallaşa bilər? 16:24 Ermənistanın bu kəndləri xəritədən silinir - Əhali sürətlə əraziləri boşaldır 16:19 Bütün Xəbərlər