Bakı-Tbilisi-Qars qatarları Çinə qədər gedə bilər - TƏKLİF

Bakı-Tbilisi-Qars qatarları Çinə qədər gedə bilər - TƏKLİF
03.07.2026 18:24 Dünya

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakı-Tbilisi-Qars dəmiryolunun modernləşdirilməsindən sonra işə salınmasını alqışlayıb və onun tikilməkdə olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu magistralı ilə birləşdirilməsi məsələsinin işlənib-hazırlanmasını təklif edib.

TodayPress TV Oxu.Az-a istinadən xəbər verir ki, bu bəyanat Şavkat Mirziyoyevin Tbilisidə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü zamanı səsləndirilib.

Bakı-Tbilisi-Qars dəmiryolu Çinə qədər uzanacaq?

Tərəflər nəqliyyat-tranzit əməkdaşlığının gücləndirilməsini və bu sahədə iki ölkənin potensialından tam istifadə etmək üçün əlverişli şəraitin yaradılmasını müzakirə ediblər. Özbəkistana məxsus yüklərin daşınması prosesində "Batumi" və "Poti" dəniz limanlarının infrastrukturundan daha geniş istifadə edilməsi vurğulanıb. Həmçinin Özbəkistan mallarının sərgilənəcəyi şouruma sahib logistika mərkəzinin və sənaye zonasının qurulması niyyəti müsbət qarşılanıb.

Nəqliyyat məsələləri ilə yanaşı, Ş.Mirziyoyev və İ.Kobaxidze ticari-iqtisadi, investisiya, sənaye, turizm və mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini də müzakirə ediblər.

Danışıqların yekunlarına əsasən, tərəflər qarşıdakı illər ərzində ticarət dövriyyəsinin həcminin bir milyard ABŞ dollarına yüksəldilməsi, ticarət sahəsindəki disbalansın aradan qaldırılması və məhsulların qarşılıqlı tədarükünün artırılmasını hədəfləyən xüsusi "yol xəritəsi"nin tərtib olunması ilə bağlı razılıq əldə ediblər.

Bundan əlavə, aqrar, enerji, elektrotexnika, əczaçılıq, qida və yüngül sənaye, tikinti materiallarının istehsalı, rəqəmsallaşdırma, informasiya texnologiyaları (İT), rəqəmsal bankçılıq və turizm sektorlarında müştərək layihələrin icrası barədə razılaşmalar qəbul edilib. Bu layihələrin dəstəklənməsi məqsədilə ortaq investisiya fondunun qurulması təklifi irəli sürülüb.

Eyni zamanda, Gürcüstanda Özbəkistan səfirliyinin təsis edilməsi barədə qərar qəbul olunub. Danışıqların yekunları üzrə əldə olunmuş razılaşmaların həyata keçirilməsinə dair birgə yol xəritəsi hazırlanacaq.

XƏBƏR LENTİ
17 AVQUST 2026
Netanyahu razılaşdı - Qəzzada nə baş verəcək? 20:45 Pentaqon çarəsiz qaldı - Hörmüzdə plan tapa bilmir 20:33 Xırdalan sakinlərinin NƏZƏRİNƏ! Bu marşrutların hərəkət sxemi dəyişdirildi 20:20 ABŞ səfirliyi 40 min manat maaşa işçi axtarır 20:10 “Qarabağ” - “Şamaxı” matçında hesab bərabərləşdi - CANLI 19:41 “Krım da Qarabağ kimi azad olacaq” - Ukraynalı səfirdən diqqətçəkən çıxış 20:01 Kabildə dəhşətli partlayış - Məktəblilərin də yaralandığı hadisənin DETALLARI - VİDEO 19:49 Əmirbəyov və Litva səfiri nələri müzakirə etdi? 19:54 Direktor olmaq istəyənlərin DİQQƏTİNƏ! 19:16 Almanlar kütləvi şəkildə orduya gedir - 13 ilin rekordu 19:23 Zelenskidən sentyabr üçün yeni plan - DETALLAR 19:13 Kuşner Netanyahunu 4 saat “dilə tutdu” 19:07 28 yaşlı gənc Bakıda faciəvi şəkildə öldü 18:56 3 rusiyalı Azərbaycan tərəfindən təcili axtarışa verildi 18:47 Sakinlərə ŞAD XƏBƏR! Xocasəndə su problemi həll olundu 18:30 Sürücülərin DİQQƏTİNƏ! Bu küçələr bağlanacaq 18:23 Moskva Londona sərt xəbərdarlıq etdi: “Bunun nəticələri olacaq!” 18:14 Hörmüzdən gəmilərin keçidi sərbəst olmalıdır - Ərdoğan 17:44 General-mayor Abbasəli Novruzov dəfn olundu - FOTO 17:21 İnfantinonun dördüncü müddəti sual altında: FIFA-ya rəsmi müraciət 17:35 Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana gətirildi 17:06 “Qarabağ”a “Tvente” oyunu öncəsi zərbə: Cəfərquliyev zədələndi 17:03 Bu tarixdən şagirdlərin elektron yerdəyişməsi başlayır 16:54 Tramp: “İran ağ bayraq qaldırmalıdır” 16:21 TƏBİB-də iki vəzifəli şəxs işdən çıxarıldı - YENİ TƏYİNATLAR - FOTO 16:29 Bütün Xəbərlər