Aİ-dən Macarıstana qarşı yeni plan: Prinsiplərə zidd davranış...

Aİ-dən Macarıstana qarşı yeni plan: Prinsiplərə zidd davranış...
23.05.2025 14:57 Təhlil

“Avropa İttifaqının (Aİ) Macarıstanı səsvermə hüququndan məhrum etmə istəyi onu göstərir ki, həqiqətən də Qərb və Avropa üçün bu gün təbliğ etdikləri dəyərlərin heç bir əhəmiyyəti yoxdur”.

Politoloq Elşad Mirbəşiroğlu bunu TodayPress TV-yə açıqlamasında deyib.

O, Qərb institutlarının hər zaman başqa ölkələrə, xalqlara liberalizm dərsi keçməyə can atdıqlarını bildirib:

“Əslində özlərində nə liberallıq, nə də özlərinin dəstəklədiyi dəyərlər mövcud olmur. Bunu həmişə görmüşük. Vaxtilə Böyük Britaniyanın Baş naziri Uinston Çörçil demişdi ki, demokratiya bizim uzaq vuran silahımızdır, o silahla hədəflərimizi rahatlıqla vururuq. Çörçil açıq etiraf etmişdi ki, əslində Qərb üçün demokratiya, liberalizm, söz azadlığı kimi dəyərlər sadəcə silahdır. Onu hansı dövlətlərə, xalqlara təsir göstərmək istəyirlərsə, onlara münasibətdə tətbiq edirlər. Avropa institutları, strukturları daxilində də yanaşma eynidi, yəni bizimlə razı deyilsənsə, deməli bizə qarşısan. Bu baxımdan Aİ çərçivəsində Macarıstana münasibət də demək olar ki, eynidir. Birincisi, Avropa İttifaqı özünün geosiyasi ekspermenti ilə bir dövləti, xalqı məhv etdi”.

Ekspert bugünkü reallıqların, Rusiya-Ukrayna müharibəsinin əslində Rusiya-NATO və Rusiya-Aİ müharibəsi olduğunu göstərdiyini qeyd edib:

“İstifadə olunan resurs Ukrayna dövləti, ərazisi, xalqı oldu. Bu baxımdan, Aİ əslində Ukraynanı üzvlüyə qəbul etməklə vəziyyəti daha da gərginləşdirir. Macarıstanın Baş naziri Viktor Orban da bunu çox yaxşı dərk edir. Əslində Orbanın sərgilədiyi mövqe Aİ-nin özünə də öz simasını qorumağa imkan vermiş olar. Aİ qəbul etsə də, etməsə də, Rusiyaya qarşı real güc ortaya qoya bilməyib”.

Analitikə görə, Ukraynanın Avropaya inteqrasiyası, NATO ilə Ukrayna arasında inteqrasiya sürətləndikcə bu, Ukraynanın vəziyyətini daha da ağırlaşdıracaq. 

“Buna qarşı çıxış edən Macarıstanın da səs hüququ əlindən alınır. Bu onu göstərir ki, həqiqətən də Avropa üçün bu gün təbliğ etdikləri dəyərlərin əslində heç bir əhəmiyyəti yoxdur. Onlar sadəcə olaraq başqa xalqlara təsir və nəzarət imkanlarını formalaşdırmaq üçündür. 500 ilə yaxındır ki, Avropa dünyaya bu cür intriqalarla təsir göstərməkdədir. Bu baxımdan hesab edirəm ki, Macarıstana qarşı sərgilənən münasibət Avropanın dünyaya sırımağa çalışdığı demokratiya, mövqe sərbəstliyi, liberalizm prinsiplərinə dabandabana ziddir. Bununla Avropa İttifaqı bir daha özünün əsl simasını göstərmiş olur”.

Qeyd edək ki, Avropa İttifaqı Şurası mayın 27-də Avropa İttifaqı haqqında Müqavilənin 7-ci maddəsinə uyğun olaraq Macarıstanın Birlikdə səsvermə hüququndan məhrum edilməsi məsələsinə dair dinləmələr keçirəcək. 

Qiymət Mahir

FOTOLAR

Aİ-dən Macarıstana qarşı yeni plan: Prinsiplərə zidd davranış... — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” – Paşinyanın xanımı təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Bütün Xəbərlər