İsrail qarışdı: 30 min dindarın hərbi xidmət tələbi...Netanyahuya seçki təzyiqi

İsrail qarışdı: 30 min dindarın hərbi xidmət tələbi...Netanyahuya seçki təzyiqi
29.12.2025 17:56

İsraildə daxili gərginlik artıb: Bnei-Brak yaxınlığında ultra-ortodoks haredilər saxlanılan kişilərin azad olunmasını tələb edərək yolu bağlayıb, polisə müdaxilə ediblər. Negev bölgəsində isə milli təhlükəsizlik naziri İtamar Ben-Qvir yerli etirazçılar tərəfindən daşlanıb. Hadisələr ölkədə hərbi xidmət və hökumət üzvlərinə qarşı ictimai narazılığın yüksəldiyini göstərir.  


Maraqlıdır,  İsraildə haredi etirazlarının artması ölkədə siyasi stabilliyə və hökumətin hərbi xidmət siyasətinə necə təsir göstərə bilər?   


Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Sədrəddin Soltan bildirib ki, Qanun layihəsi haredilərin hərbi xidmətə çağırılmasını nəzərdə tutur:

"Bu qanun layihəsi yeni deyil. Bu ilin payızında, noyabr ayında parlamentdə müzakirə edilib və zaman-zaman İsraildə hərbi xidmətə çağırışla bağlı yeni qanun layihəsi gündəliyə gətirilmişdir. Qanun layihəsinin mahiyyətində əsasən haredilərin hərbi xidmətə çağırılması nəzərdə tutulur".

Analitik qeyd edib ki, qanun layihəsi qəbul edilərsə, haredilər hərbi xidmətə çağırılacaqlar:

"Haredilər kimdir? Bunlar ortodoks yəhudilər, yəni dindar və ənənəçi adamlardır. Onlar dünyəvi aləmlə çox əlaqədə deyillər və Yəhudi Tövratına sadiqdirlər. Əvvəllər onları hərbi xidmətə çağırmayıblar. Son bir ildə onların da hərbi xidmətə çağırılması gündəliyə daxil edilib. Ehtimal olunur ki, qanun layihəsi qəbul ediləcəyi halda birinci dövrdə 30 mindən çox ortodoks yəhudi hərbi xidmətə çağırılacaq. Məqsəd İsrail əhalisinin hərbi müdafiə qabiliyyətini artırmaqdır. Bundan əlavə, koalisiya, yəni indiki hökumətə, Likud partiyasına qoşulmuş qüvvələr, qanun layihəsi qəbul edilməzsə koalisiyadan çıxmaqla hökumətə təzyiq göstərir".


S.Soltan sonda əlavə edib ki, qanun layihəsi İsraildə siyasi gərginliyi artırıb erkən seçkilərə təsir edə bilər:

"Hesab edirəm ki, İsraildə bu və digər oxşar məsələlərin həlli növbədənkənar parlament seçkilərindən sonra reallaşa bilər. Qanuna uyğun olaraq növbəti seçki payızda olmalıdır, amma etirazlar artarsa və koalisiyadakı tərəfdaşlar Binyamin Netanyahu hökumətinə təzyiqləri gücləndirərsə, Netanyahu erkən seçkilərə getmək müddətini qısalda bilər. Odur ki, hərbi xidmətə çağırışla bağlı yeni qanun layihəsi İsraildə siyasi kabinetin yenidən formalaşmasına və erkən seçkilərin keçirilməsinə təsir göstərə bilər". 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
02 AVQUST 2026
Pişiyiniz sizi neçə il xatırlayır? Alimlərdən təəccübləndirən cavab 21:52 KDR tarixinin ən ağır Ebola epidemiyası yaşanır 01:49 Boynu qəfil fırlatmaq insulta səbəb ola bilər? - Mühüm xəbərdarlıq 01:41 Rumıniya AES-i fəaliyyətini dayandıra bilər - Səbəb nədir? 01:34 İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkim izah etdi 01:30 "SpaceX" raketinin Ayla toqquşmasına günlər qaldı 00:48 Çin Yer kürəsini dəyişəcək nəhəng layihəyə başladı: Alimlər həyəcanlandı 21:18 Peruda turist təyyarəsi qəzaya uğradı: Ölənlər var 01:37 Tramp "51-ci ştat" paylaşımını təkrarladı 01:05 Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı apardı 00:47 "Hürmüzdəki insidentlər İrana hücum bəhanəsidir" – Tehran rəsmi mövqeyini açıqladı 00:29 Fransada meşə yanğınları nəzarət altına alındı - Baş nazir 00:04 ABŞ-nin sabiq diplomatı xəbərdarlıq etdi: Tramp İrana qarşı hansı addımı atacaq? 23:43 "Patriot" raketləri anbarlarda qalmamalıdır - Zelenskidən Qərbə açıq çağırış 23:24 13 yaşlı futbolçu faciəvi şəkildə həlak oldu 23:09 Keçmiş kənd təsərrüfatı naziri vəfat etdi 22:59 FIFA prezidentinin yerinə kim gələcək? - UEFA-nın diqqətində iki namizəd var 22:55 Rusiyanın mərkəzində restoranda PARTLAYIŞ - Ölən və yaralananlar var 22:40 "Sabah" hücum xəttini ingilis klubunun futbolçusu ilə möhkəmləndirdi 22:30 Kiyevdə dəhşətli zərbə - raket zavodları hədəfə alındı 22:07 İtaliyada son 40 ilin ən güclü zəlzələsi - Xəsarət alanlar var 21:46 Miqrasiya böhranı böyüyür - İrlandiya TƏCİLİ iclas çağırdı 21:58 ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar 21:44 İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi 21:30 İlham Əliyevdən Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım 21:22 Bütün Xəbərlər