ABŞ-dən yeni qərar: Miqrantları nə gözləyir?

ABŞ-dən yeni qərar: Miqrantları nə gözləyir?
23.07.2025 17:56 Təhlil

ABŞ hökuməti Əfqanıstan və Kamerundan olan miqrantların müvəqqəti qoruma statusunu (TPS – Temporary Protected Status) dayandırmaq barədə qərar verib. Bu qərarla on minlərlə miqrant hüquqi müdafiədən məhrum edilir və ölkədə qalmaq hüququnu itirir.       

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Abutalıb Səmədov bildirib ki, bu qərar Əfqanıstan hökuməti ilə ABŞ arasında münasibətlərin pisləşməsinə səbəb olmayacaq.

Onun sözlərinə görə, Vaşinqtonun qərarının arxasında “Taliban” hökumətinə olan etimad dayanır: 

“ABŞ hökuməti düşünür ki, “Taliban” rəhbərliyi Əfqanıstanda təhlükəsiz şərait yaratmağı bacarıb. Bu səbəbdən də miqrantların geri qaytarılması qərarı verilib. Hərçənd ki, bir çox dairələr bu yanaşmanı qəbul etmir, lakin bu qərar “Taliban” hakimiyyətinə etimad ifadəsi kimi də qiymətləndirilə bilər”.  

Politoloq hesab edir ki, sözügedən qərar Əfqanıstan hakimiyyəti tərəfindən də müsbət qarşılanacaq və son illərdə “Taliban”ın göstərdiyi fəaliyyətə ABŞ prezidenti Donald Trampın verdiyi qiymət kimi dəyərləndiriləcək.

“Belə ki, təxminən 11 min 700 əfqanın statusu dərhal qüvvədən düşəcək. Kamerun vətəndaşları üçün isə bu müddət 4 avqusta qədər uzadılıb. Bu tarixdən sonra 5200 nəfərdən çox kamerunlu da eyni vəziyyətə düşə bilər. Miqrant hüquqlarını müdafiə edən təşkilatlar bu qərarın qarşısını almaq üçün məhkəməyə müraciət etsə də, Virciniyadakı Apellyasiya Məhkəməsi ABŞ hökumətinin qərarını qüvvədə saxlayıb və təxirə salmayıb”.

Siyasi şərhçi vurğulayıb ki, rəsmi Vaşinqton hesab edir ki, Əfqanıstan və Kamerun vətəndaşları artıq öz ölkələrinə qayıdaraq təhlükəsiz şəkildə yaşaya bilərlər. 

Lakin hüquq müdafiəçiləri və miqrantlar bu fikirlə razı deyil. Onlar bildirirlər ki, xüsusilə Əfqanıstanda təhlükəsizlik hələ də zəifdir və ölkəyə geri qayıdan şəxsləri həbs, işgəncə və hətta ölüm təhlükəsi gözləyə bilər.

Qeyd edək ki, ABŞ-də TPS statusu vətəndaş müharibəsi, təbii fəlakət və ya digər humanitar böhran səbəbindən öz ölkəsinə qayıtma təhlükəli olan miqrantlara verilir.

Türkan İsgəndərli

FOTOLAR

ABŞ-dən yeni qərar: Miqrantları nə gözləyir? — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Bütün Xəbərlər