“Bu qələbə xeyirin şər üzərində qələbəsidir” — Ramiz Yunus

“Bu qələbə xeyirin şər üzərində qələbəsidir” — Ramiz Yunus
08.11.2025 10:20 Təhlil

“Güclü birlik və on milyonluq xalqın yekdil iradəsi nəticəsində Azərbaycan regionda status-kvonu tam dəyişərək lider dövlətə çevrilib”. 

TodayPress TV xəbər verir ki, bunu Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus 8 Noyabr — Vətən müharibəsində Zəfər Gününün 5-ci ildönümü münasibətilə “Facebook” hesabındakı paylaşımında yazıb.

Professor qeyd edib ki, bu zəfər Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etməklə, təkcə Ermənistan üzərində deyil, eyni zamanda uzun illər bu ölkənin arxasında dayanan Rusiya və ikili standartlı Qərb siyasəti üzərində də qazanılmış tarixi zəfərdir.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi dövründə Rusiya hər gün İrandan keçməklə Ermənistana silah-sursat göndərirdi, Qərb isə beynəlxalq hüququ tapdalayaraq Azərbaycanın işğal altındakı torpaqlarını görməzlikdən gəlirdi.

Ramiz Yunus yazıb:

“Bu, xeyirin şər üzərində qələbəsidir, ədalətin qələbəsidir. Biz hamımız bu günə inanırdıq və o gün gəldi. Xalq olaraq qalib olmaq hissi hər bir azərbaycanlının qəlbində qürur doğurur. Bu zəfər Azərbaycanın igid övladlarının qanı, qəhrəman şəhidlərimizin və Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuzun böyük fədakarlığı hesabına əldə olunub. O ordunun arxasında isə bütün Azərbaycan xalqı dayanırdı”.

Siyasətçi əlavə edib ki, bu güclü birlik və on milyonluq xalqın yekdil iradəsi nəticəsində Azərbaycan regionda status-kvonu tam dəyişərək lider dövlətə çevrilib:

“Bu gün Azərbaycanın fikri və mövqeyi Vaşinqtonda, Brüsseldə, Parisdə, Moskvada və Tehranda nəzərə alınır — elə o mərkəzlərdə ki, cəmi beş il əvvəl Azərbaycana təzyiq göstərir, təcavüzkar Ermənistanı dəstəkləyirdilər. Biz öz qələbəmizə olan inamımızla həmin mərkəzlərin illərlə formalaşdırdığı yalan və ədalətsizlik paradiqmasını sındırdıq.”

Ramiz Yunusun sözlərinə görə, son beş ildə Azərbaycan xarici siyasətində möhtəşəm uğurlara imza atmaqla sübut edib ki, bir xalq vahid qələbə inamı ilə nələrə nail ola bilər:

“Biz unutmamalıyıq ki, nə yüz il əvvəlki, nə də yeni tariximizdəki səhvləri təkrarlamalıyıq. Nə Ermənistanın, nə də onu dəstəkləyən mərkəzlərin ağlına bir daha torpaqlarımıza göz dikmək fikri gəlsin. Biz hər zaman hər bir ssenariyə hazır olmalıyıq”.

Professor nitqinin sonunda bildirib ki, Azərbaycanın Vətən müharibəsində nümayiş etdirdiyi birlik bu gün də ən böyük strateji üstünlükdür:

“Müasir dünyanın xaotik mənzərəsində güclü və birləşmiş qalmaq həyati dərəcədə vacibdir. Biz bunu bacardıq və bütün dünyaya sübut etdik. Zəfər Günün mübarək, əziz Azərbaycan! Qəhrəmanlarımızın ruhları şad olsun!”

Qiymət Mahir

TodayPress TV 

XƏBƏR LENTİ
15 IYUN 2026
Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Bütün Xəbərlər