İranda "Güney Azərbaycan" ifadəsi zəlzələ yaratdı - AZTV-yə hücumun şifrələri

İranda "Güney Azərbaycan" ifadəsi zəlzələ yaratdı -  AZTV-yə hücumun şifrələri
28.07.2026 11:28

“Fikrimcə, ETTELAAT-ın AzTV-ni "düşmən media qurumları" siyahısına daxil etməsi İsrail–İran müharibəsi ilə bağlı deyil. ABŞ-İsrail ittifaqının İrana hava zərbələri zamanı Azərbaycan televiziyaları, özləlliklə Az.TV tərəf tutmadı, tərəfsiz xəbərlər yaydı. Siyasi şərhçilərin fikirləri isə öz subyektiv düşüncələridir. Buna görə telekanalı hədəfə almaq düzgün yanaşma deyil”.

Bunu TodayPress TV - yə açıqlamasında Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli deyib.


Onun sözlərinə görə, Azərbaycan telekanalları İranda heç zaman bölücülüyü qızışdırmayıb, dini fitnəkarlıq salmayıb:

“Bunun əksinə olaraq Azərbaycanda fəaliyyət göstərən İran KİV-ləri hər cür ideoloji təxribata gediblər. İran KİV-ləri heç bir media prinsiplərinə məhəl qoymayıblar. Onların işi-gücü dini zəmində bölücülük yaratmaq, Azərbaycan Respublikasındakı sekulyar dövlətə, dünyəvi təhsil sisteminə qarşı etibarsızlıq yaratmaq olub. Səhər-2 telekanalı müxbirin əlin mikrofon verib sosial narazı qrupların içərisinə göndərirdi. Çəkdiyi videoları hissələrə ayırıb, üstündə işləyib sosial şəbəkələrdə yayırdılar. Azərbaycan televiziyaları isə bunu heç zaman etməyib. Məgər İranda sosial narazı qruplar, insanlar yoxdur? Bunu bizim KİV-lər də edə bilərdi, amma etmirdi. Çünki Azərbaycan Respublikasında peşəkar media var, az-çox jurnalistika prinsiplərinə əməl olunur”.

E.Cəfərli deyib ki, İranın Az.TV-ni “qara siyahıya” salması telekanalın son illər gördüyü işlərlə bağlıdır:

“Az.TV olduqca əhəmiyyətli layihələr başlayıb. Telekanal Azərbaycan və ümumtürk tarixinə həsr olunan televiziya bu cür ekran əsərləri təkcə tarixi hadisələri tamaşaçıya çatdırmır, həm də ortaq milli yaddaşın və türk kimliyi şüurunun möhkəmlənməsinə xidmət edir. İranın hiyləgər molla rejimi məhz bu məqamı nəzərə alaraq həmin serialalrın İranda türklər arasında milli özünüdərk və türk düşüncəsinin daha da güclənməsinə təsir göstərə biləcəyini düşünür”.

Araşdımaçı jurnalist hesab edir ki, Azərbaycan telekanalları özləri də bilmədən İranda türklər arasında milli düşüncənin formalaşmasında, azərbaycançılı şüurunun möhkəmlənməsində misilsiz rol oynayıb:

“Son 30 ildə dini mövhumat bataqlığına salınmış Güney Azərbaycan toplumu Azərbaycana nəfəslik kimi baxıblar. Azərbaycan Respublikasındakı dünyəvi sistemə, sekulyar məktəblərə həsrətlə boylanıblar. Azərbaycan televiziyasından yayımlanan muğam konsertləri, saz musiqisi, bədii qiraət, Azərbaycan dilində çəkilmiş filmlər Güneydə böyük mənəvi təsir buraxıb. Tehranı narahat edən əslində budur. Sosial şəbəkələrdə yəqin ki, rastlaşmısız, bu gün təkcə Təbrizdə, Ərdəbildə deyil, hətta Həmədan, Xorasanda yaşayan türkləri özlərinə “Azərbaycan türkü” deyir. Bu onu göstərir ki, İranda türklük, azərbaycançılıq şüuru ön plana keçir. Bu isə Azərbaycan mediasının xidmətidir”.

Jalə Rövşən 

FOTOLAR

İranda "Güney Azərbaycan" ifadəsi zəlzələ yaratdı -  AZTV-yə hücumun şifrələri — 1
XƏBƏR LENTİ
28 IYUL 2026
Əfsanəvi Mourinyonun sirrləri ilk dəfə üzə çıxacaq 12:51 İlham Əliyevlə Putin arasında telefon danışığı – TƏCİLİ 12:44 Karrinin gələcəyi ilə bağlı iddialara son nöqtə qoyuldu 12:38 Tehran yardım adı ilə əhaliyə arxalarındakı dövlətin Azərbaycan yox, İran olması təbliğatını aparıb 12:30 LeBron üçün yeni missiya: “Filadelfiya”da hər şey ona tapşırılacaq 12:11 XİN Perunu Milli Günü münasibətilə təbrik etdi 12:01 Yaponiyada güclü zəlzələ oldu - Sunami təhlükəsi elan edilib 11:53 XİN: Mariya Zaxarovanın keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər reallığın təhrif olunmasıdır 11:48 Güney Azərbaycan niyə İranın boğazında qaldı? 11:34 İranda "Güney Azərbaycan" ifadəsi zəlzələ yaratdı - AZTV-yə hücumun şifrələri 11:28 Məşq faciə ilə başa çatdı: norveçli idmançı həyatını itirdi 11:27 Səyyar ASAN xidmət Laçında 11:24 Vaxt uzadan qapıçılar artıq cəzasız qalmayacaq 11:17 İranda Azərbaycandan çox yəhudi yaşayır, nədir bu nifrət, Tehran?! 11:11 Tramp Abe Hamadehin Azərbaycana səfəri barədə məqaləsini öz səhifəsində paylaşdı 11:10 Leau üçün yeni yarış: “Fənərbağça” da sıraya qoşuldu 11:06 SEPAH həddini aşdı - Azərbaycanı İran cəhənnəminə daxil etmək üçün bombalanmış gəmilərdən istifadə etdilər 11:00 US Open öncəsi Sabalenkadan maraqlı məşq görüntüləri 10:52 Addainin yeni ünvanı hər kəsi təəccübləndirdi 10:36 “Qızıl top” sahibi PSJ-ni seçdi 10:23 Küləkli hava davam edir - FAKTİKİ HAVA 10:21 “Arsenal” Vinisius bombasını partlatmağa hazırlaşır 10:14 İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı? 10:11 Arda Turandan Çempionlar Liqası ilə bağlı mühüm açıqlama 10:00 Sudzuki uğrunda transfer yarışı qızışır 09:50 Bütün Xəbərlər