Əliyevin ən güclü silahı ortaya çıxdı - İrandan və ermənilərdən dalbadal bəyanatlar verildi

Əliyevin ən güclü silahı ortaya çıxdı - İrandan və ermənilərdən dalbadal bəyanatlar verildi
11.05.2026 12:50

Prezident İlham Əliyev  Zəngilanda  şəhər sakinləri ilə görüşü zamanı bildirib ki, Zəngilanı təkcə Azərbaycanın nəqliyyat mərkəzlərindən biri deyil, həm də bütün regionun nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik. Dövlət başçısı hazırda inşası davam edən dəmir yolundan da bəhs edib: 

“Yaxın gələcəkdə — bəlkə də bir il və ya ilyarım ərzində — Bakı şəhərindən Zəngilana qatarla səfər etmək mümkün olacaq. Necə ki, bu gün Ağdama qatarla getmək mümkündür. Gələn il isə Xankəndiyə dəmir yolu ilə getmək mümkün olacaq. Bu dəmir yolu daha sonra davam etdirilərək Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə birləşdiriləcək.” 


Mesaj aydındır. Dəmir yolu Əliyevin  ən güclü silahıdır.  Gəlin baxaq niyə? Nədir bu məsələnin arxasında dayanan əsas səbəb?

Geosiyasi üstünlük, iqtisadi diversifikasiya, suverenliyin bərpası və diplomatik "kozrlar"...       

Azərbaycan Şərq-Qərb (Orta Dəhliz) və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyi üçün dəmir yolu infrastrukturu Bakını regionun əsas logistik mərkəzinə çevirir. Bakı-Tbilisi-Qars xətti Çini Avropa ilə ən qısa və etibarlı yolla birləşdirir, eyni zamanda Ermənistanı regional layihələrdən təcrid edərək Azərbaycanın strateji üstünlüyünü möhkəmləndirir.

Şimal-Cənub Dəhlizi isə Rusiyanı Fars körfəzi və Hindistanla birləşdirən marşrutda Azərbaycanı əvəzedilməz tranzit ölkəsi edir. Zəngəzur Dəhlizi layihəsi bu strategiyanın ən önəmli hissəsidir. Bu dəhliz Azərbaycanın əsas ərazisini Naxçıvanla və Türkiyə ilə birbaşa dəmir yolu ilə bağlayır. O, təkcə nəqliyyat yolu deyil, həm də Türk dünyasını coğrafi cəhətdən birləşdirən strateji amildir. Eyni zamanda Ermənistanın uzun illər davam edən blokada siyasətinə son qoyur və Bakıya regionda şərtləri diktə etmək imkanı yaradır.


Son dövrdə bu layihənin sürətlə irəliləməsi, xüsusilə Horadiz-Ağbənd istiqamətində işlərin yekunlaşması İrandan və Ermənistandan ardıcıl narahat bəyanatlara səbəb olur. Bu reaksiyalar dəmir yolunun real gücünü göstərir: rəqiblər onu dayandırmağa çalışsa da, proses Azərbaycanın xeyrinə inkişaf edir.İqtisadi baxımdan dəmir yolları neftdən asılılığı azaltmağın ən vacib vasitəsidir. Tranzit daşımaların 2030-cu ilə qədər 30-43 milyon tona çatdırılması hədəflənir. Azad edilmiş ərazilərdə, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda sürətlə qurulan yeni dəmir yolları (Bərdə-Ağdam, Horadiz-Ağbənd) bu bölgələri iqtisadi dövriyyəyə qaytarır və ölkənin ümumi dayanıqlılığını artırır. 


Diplomatik planda isə qonşu və uzaq dövlətlərin yüklərinin Azərbaycan ərazisindən keçməsi onların Bakı ilə iqtisadi maraqlarını üst-üstə salır. Rusiya, İran, Mərkəzi Asiya ölkələri, Türkiyə və Avropa İttifaqı kimi oyunçular Azərbaycana daha çox bağlı olur. Bu asılılıq Bakının beynəlxalq arenada manevr imkanlarını genişləndirir və təhlükəsizlik zəmanətlərini gücləndirir. 

İrandan və Ermənistanın revanşist quruplarından  gələn dalbadal bəyanatlar da məhz bu silahın effektiv şəkildə işlədiyini bariz nümunəsidir.  Məsələn, İranın Ali Rəhbərinin müşaviri Ali Əkbər Vəlayəti Zəngəzur dəhlizini  “İranın şimal marşrutlarını kəsən”, “NATO-nun İran sərhədinə yaxınlaşması” kimi xarakterizə edərək, “İran bunu Rusiyayla və ya Rusiyasız blok edəcək” deyib. O, layihəni “Amerikanın geosiyasi təhdidi” adlandırıb və “Trampın muzdlularının qəbristanlığına” çevriləcəyini bildirib. Digər İran rəsmiləri də bu marşrutu “İranın regional tranzit əhəmiyyətini zəiflədən” və “Ermənistanın suverenliyinə təhdid” kimi qiymətləndirirlər.


Bu bəyanatlar dəmir yolunun real gücünü göstərir: rəqiblər onu dayandırmağa çalışsa da, proses Azərbaycanın xeyrinə inkişaf edir.  Ermənistanın revanşist qurupları  isə “suverenlik” prinsipini önə çəkərək, hər hansı “ekstrateritorial dəhlizə” qarşı çıxır və marşrutun tam nəzarətinin Ermənistan ərazisində qalmasını tələb edir. Bu reaksiyalar da Bakının irəli sürdüyü “dəmir yolu” konsepsiyasının yaratdığı "valna"nın miqyasının nə qədər geniş olduğunu sübut edir. 

Qısacası, İlham Əliyev üçün dəmir yolu sadəcə nəqliyyat vasitəsi deyil. O, Azərbaycanı qlobal ticarətin mühüm mərkəzlərindən birinə çevirən, rəqibləri təcrid edən, Türk dünyasını inteqrasiya edən və regional siyasi proseslərə birbaşa təsir imkanı verən strateji güc alətidir. 

 Jalə Rövşən


XƏBƏR LENTİ
31 IYUL 2026
Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Bütün Xəbərlər