Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu keçiriləcək

Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu keçiriləcək
17.06.2026 12:13

2026-cı il iyunun 25-də “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu keçiriləcək. Forumda İraq, Suriya, Livan və Türkiyədən 30 nəfərə yaxın vətəndaş cəmiyyəti təmsilçisinin iştirakı nəzərdə tutulur. 

Bəs Azərbaycanın İraq türkmanləri ilə bağlı strategiyası nədir? Forumun keçirilməsində konkret olaraq hədəflərimiz nələrdir? Hazırkı əlaqələr irs olaraq ortaya nələri qoyur, yəni gələcək nəsillərə nələri qoyacağıq?

Suallarımızı cavablandıran AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev ilk olaraq bildirdi ki, türkmanlar, xüsusilə də Yaxın Şərq ölkələrində (İraq, Suriya, Livan, İordaniya) yaşayan türkmanlar etnik cəhətdən Azərbaycana bağlıdırlar:


“Tarixin müxtəlif dövrlərində ictimai-siyasi səbəblərdən həmin ərazilərə köçərək orada məskunlaşıblar. Qarabağ zəfərindən sonra Azərbaycanın dövlət siyasətində etnik köklərə qayıdış, milli dəyərlərin qorunması və yaşadılması, eyni zamanda Azərbaycandan kənarda milli-mənəvi dəyərlərimizi, dilimizi və adət-ənənələrimizi yaşadan soydaşlarımızla əlaqələrin genişləndirilməsi prioritet istiqamətlərdən birinə çevrilib”.

Onun sözlərinə görə, konkret olaraq türkmanlarla bağlı Azərbaycanda müxtəlif sahələri əhatə edən bir sıra mühüm işlər həyata keçirilir:

“Təbii ki, milli köklərə bağlılıq ilk növbədə elmi dairələrdə əsas tədqiqat obyektinə çevrilir. Məsələn, Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif institutlarında türkmanlarla bağlı tədqiqatlar xeyli genişlənib. Bunun üçün AMEA-da türkmanlarla əlaqədar elmi tədqiqatların Əlaqələndirmə Şurası yaradılıb. Müxtəlif konfranslar keçirilir, kitablar və məqalələr çap olunur. Vətəndaş cəmiyyətlərinin inkişafı, əlaqələrin dərinləşməsi və mövcud problemlərdən birgə çıxış yollarının tapılması da əsas məsələlərdən biridir. Təsadüfi deyil ki, Azərbaycanda artıq ikinci dəfə Türkman vətəndaş cəmiyyətlərinin Həmrəylik Forumu keçiriləcək. Mədəni, iqtisadi və sosial sahələrdə də yeni layihələr həyata keçiriləcək ki, bütün bunlar türkman irsinin yaşadılmasına xidmət edir”.

Orxan İsayev əlavə edib ki, türkmanlarla bağlı aparılan siyasət cənab Prezident İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir” tezisinə tam uyğun şəkildə həyata keçirilir:

“Azərbaycan hər bir dövlətin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır, bu dəyərləri dəstəkləyir. Eyni zamanda Azərbaycan xalqının dünyanın müxtəlif coğrafiyalarında yaşayan önəmli parçaları ilə elmi, mədəni və ədəbi əlaqələrin inkişafında maraqlıdır. Bütün bunları nəzərə alaraq, yaxın günlərdə keçiriləcək “Türkman irsi: Türkman vətəndaş cəmiyyətlərinin II Həmrəylik Forumu” böyük önəm kəsb edir”.

Konkret olaraq hədəflərdən bəhs edən O. İsayev ilk növbədə türkman vətəndaş cəmiyyətləri ilə əlaqələri genişləndirmək üçün çalışdıqlarını deyib:

“Bu, həm də türkman cəmiyyətinin inkişafı istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilməlidir. Bu gün türkman vətəndaş cəmiyyətlərində mövcud olan problemlər və çətinliklər Azərbaycanda ciddi şəkildə öyrənilir, əməkdaşlıq çərçivəsində həmin problemlərin həlli yolları axtarılır. Sözsüz ki, vətəndaş cəmiyyətləri ilə sıx əlaqələr ortaq dəyərlərin və ortaq irsin qorunması, yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından da əhəmiyyətlidir. Bu cür forumların təşkili, mütəxəssislərin müxtəlif panellərdə çıxışları və ümumilikdə əlaqələrimizin genişlənməsi mövcud vəziyyətin daha real qiymətləndirilməsinə, gələcəkdə birgə atılacaq addımların müəyyənləşdirilməsinə imkan verir”.

Qiymət Mahir

XƏBƏR LENTİ
17 IYUN 2026
Autizmli uşaqlar diqqətdən kənarda qalmadılar - Onlar üçün turnir keçirildi 13:29 Erməni uşaq türkə tüpürdü, Paşinyanın bu çıxışı gündəm oldu - VİDEO 13:26 Kremlin strateji tərəfdaşlıq nağılı bitir? Putin fərqli düşünür, deputat isə Pekini ittiham edir! 13:21 Məşhur memardan tənqid: "Vandallar Bakını sökür" 13:09 İbrahim Mbaye dünya çempionatlarında qol vuran ən gənc afrikalı futbolçu oldu 13:12 İnternet oyunlarına baxıb müəllimini güllələyən şagirdlə bağlı xəbər Azərbaycanda GÜNDƏM oldu 12:56 12:53 12:45 Nazirin xalasıoğlu öldürüldü - Ölkəni şoka salan QƏTL - VİDEO 12:44 Psixiatriya müayinəsinə dair yeni tənzimləmə müəyyənləşir 12:47 Sabahın havası açıqlandı - Neçə dərəcə istilik olacaq? 12:29 Azərbaycan nefti ucuzlaşmaqda davam edir 12:20 Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu keçiriləcək 12:13 Sürücülərin DİQQƏTİNƏ: Maşından düşərkən pusqu sizi gözləyir - VİDEO 12:13 TƏCİLİ! Xəzərdə zəlzələ oldu 12:01 Zəngəzur Dəhlizi “Turan Yolu” adlandırılır - Baxçalıdan möhtəşəm TƏKLİF 11:58 Alen Simonyan evlənir 11:55 "Araz-Naxçıvan" Ülvi İsgəndərovla yeni müqavilə imzaladı 11:39 Müəllimlərin sertifikasiya imtahanları başladı - YENİLƏNDİ 11:30 Ukrayna Rusiyanı öz nefti ilə yandırır 11:28 “BƏƏ tolerantlığı: köklü bir irs və dayanıqlı bir baxış” adlı tədbir keçirildi 11:15 I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır 11:07 Azərbaycan XİN İslandiyanı təbrik etdi 11:00 İnanılmaz: İran nüvə bombasından da güclü silah əldə etdi! 10:45 SON DƏQİQƏ! Bu obyektlərdən istifadə ÖDƏNİŞLİ OLDU 10:36 Bütün Xəbərlər